Adının
üstündə böyüyən igid
(Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova)
Dayansın boz qurdum,
çaşdı xəyalım!
Bir içim su verin, pozuldu
halım!
Türk oğlu yerlərdə qalıb, dardadır!
Tezcə soraq salın, Mete hardadır!?
Hardadır Atilla, o yel qanadlım?
Oğuz tayfalarım, süvarim,
atlım?
Bilgə Xaqan sorun, nə yol göstərir?
Düşmən
tapdağında yaram qan verir!
Yer xan, Göy xan
gəlsin üstümə
mənim!
Ulduz xan yetişsin tüstümə mənim!
Qorqud ərənləri qutardımı, de?
Fatehlər doğulan diyardımı,
de?
Məmləkətim niyə qul oldu yada?
Nə idi günahım
fani dünyada?
Aslanlar Aslanı Teymurləng hanı,
Ey, bəşər övladı,
sən türkü tanı!
Manas gələr sənə
divan etməyə!
Əlində qılıncı cövlan
etməyə!
Sultan Bəyazidi
yadına sal bir,
Unutmusan deyən, sayqısız səfil!
Topun lüləsini kəsən
İsmayıl,
Doğrayar bu ərzi, yatmısan
ayıl!
Şah babamdan qürur, ad qalıb mənə!
Qəhrəmanlıq
ölmür, kafir, bilsənə!
Fateh dünyaları fəth eyləmişdir,
Yurdu qorumağı əhd eyləmişdi!
Babək, Cavanşir qürurum mənim!
Yasar, olacağıq canına qənim!
Koroğlu silkələr ərzi, bunu bil!
Özgə qismətinə göz dikən qafil!
Həzilər,
Mehdilər doğan xalqdı bu,
Aslanı döyüşdə boğan xalqdı bu!
Səttar xan, Bağır xan qulağı səsdə,
Sanki Təxti çıxdı dəmir
qəfəsdən!
Qəhrəman
Mübariz dadıma çatdı!
Min ildir alışan oduma çatdı!
Ər ana doğmuşdu bu ər oğulu,
Yazıram adına mərdlik
nağılı!
«Ağ atlı oğlan»dı sevdiyi nağıl,
Koroğlu gücüylə böyüdü
oğul!
Atası qəhrəman böyüsün
deyə,
Mübariz adını verdi
körpəyə.
Nağıllarla
yaşa doldu qəhrəman,
Oğul təki verdi
yurda imtahan!
Ana qürur duyur onun adıyla!
Vətən fəxr eyləyir bu övladıyla!
Aldı yağıları başına
igid,
Çaldı torpağıma, daşıma
igid!
Mübariz sevdiyi torpaqdı, torpaq,
Üstündə
düşmənlər yeriyir
ancaq!
Torpağın
haqqı var, yerin haqqı var,
Təəssüf
bilməyir bunu bu yasar!
Əmanət qoymuşam o yurdu, bilin!
Ordakı ruhlar da, bir
ordu bilin!
Bir vaxt duracaqdı ayağa ruhlar!
Çarən olmayacaq o zaman, yasar!
Vətən torpağını sevən
igidlər!
Eşit, olacaqlar bir gün
səfərbər!
Ruhlar oğullara yar olacaqdır!
Bu dünya başına dar olacaqdır!
Unutdun haqqımı yaramaz dığa!
Çörək
verdik nahaq sən tək alçağa!
Xalqın bağırından qopan oğullar!
Sənin pisliyini sanma unudar!
Udmadı etdiyin yamanlıqları,
Mübariz - bu yurdun fəxri,
vüqarı!
Çox-çox
mübarizlər yatır
kölgədə,
Axırın çatıbdır, ey haramzadə!
İtil torpağımdan, çəkil
geriyə!
Qorx o gündən, yatmış
vulkan yeriyə!
Alıb qasırğalar, süpürər
səni,
Əjdaha çeynəyib tüpürər
səni!
Səbrin də həddi var, gözlə düşmənim!
Deyəcək sözümü mərdlərim
mənim!
Olacaq tayfana əsgərim qənim!
Məğlub olmaz sənə mənim Vətənim!
Mübariz, adınla fəxr etdim, inan!
Yüz ili bir gündə fəth etdin, inan!
Səninlə öyünür ana Vətənim!
Yurdun düşməninə sən
oldun qənim!
Adın əsrlərə yazıldı
şahid!
Şərəfli
igidsən, şərəfli
şəhid!
Türkün yaddaşında nur kimi saçdın!
Adınla bir yeni səhifə
açdın!
Bir göz qırpımında
sərhədi keçdin!
Sayğısız
düşməni atəşlə
biçdin!
Sərdin zərbələrlə yağını
yerə!
Nümunə göstərdin o gün bəşərə!
Təkbaşına
çaldın düşmənə
zəfər!
Mərdliyin söyləndi dillərdə
əzbər!
Getdiyin yollar da köməyin
oldu,
Bu sənin öz arzun, istəyin oldu,
Türklüyün
adını qaytardın
geri!
Eşqini, odunu qaytardın geri!
Adına min əhsən söylədi
dillər!
Azəri yurdunu tanıdı ellər!
Cənnət məkanında sən rahat uyu!
Ey igid millətin igid, ər oğlu!
Ərlərin adını yaşadır
ellər!
Eşqinlə döyünür bu gün könüllər!
Çoxlu mübarizlər yetirər
Vətən,
Qəhrəman
adınla fəxr edirəm mən!
Susdurdun igidim neçə haqsızı,
Bu ana torpağın oğulu, qızı,
Ruhuna rəhmətlər oxuyur sənin!
Qəlblərdədir
hər vaxt yerin, məskənin
Zərəngiz
Dəmirçi Qayalı
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 13.