“40-cı
qapı” Amerikada “ən yaxşı ssenari”
mükafatını qazanıb
Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə “Ritm Production”
kinoşirkətində istehsal olunan “40-cı qapı” filmi
bu günlərdə daha
bir uğur qazanıb.
Noyabrın 11-14-də Amerika Birləşmiş
Ştatlarında keçirilən “New York Eurasian Film
Festival”da “40-cı
qapı” filmi “ən yaxşı ssenari” mükafatına layiq
görülüb. Ekran
əsərinin prodüseri Xəqani Həşimovun
verdiyi məlumata görə, bu “40-cı qapı” filminin
beynəlxalq kinofestivallarda
qazandığı sayca 11-ci
mükafatıdır.2008-ci ildə çəkilən filmin rejissoru və ssenari müəllifi Elçin
Musaoğlu, operatoru
Abdulrəhim Beşaratdır. Filmdə Həsən Səfərov,
Rövşən Ağayev, Gülər Nəbiyeva,
Elmira Şabanova, Rafiq Əzimov çəkiliblər.
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 6.