Mənsum
İbrahimovun yubileyi Ağdamda qeyd edilib
Ağdamın Quzanlı qəsəbəsindəki
Olimpiya İdman Kompleksində tanınmış xanəndə,
Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 50
illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon
İcra Hakimiyyətinin başçısı Nizami
Sadıqov, professor Bəxtiyar Əliyev, “Ağdam” qəzetinin
redaktoru Baxşeyiş Hətəmov və başqaları
çıxış edərək yubilyarın həyat və
yaradıcılığından, onun yaratdığı
ölməz obrazlardan, muğamlarımızın
inkişafındakı xidmətlərindən
danışıblar. Bildirilib ki, M. İbrahimovun fəaliyyəti
ölkə rəhbərliyi tərəfindən daim yüksək
qiymətləndirilib və 1998-ci ildə o, Əməkdar
artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb, Prezident mükafatçısıdır.
Yubiley tədbirində xalq artistləri Qədir Rüstəmov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artist Təyyar Bayramov, gənc xanəndələr Səbuhi İbayev, Ehtiram Hüseynov, Elnur Zeynalov, Leyla Əsgərovanın ifasında muğam, təsnif və xalq mahnıları səslənib.
Sonda çıxış edən
Mənsum İbrahimov onun
əməyinə verilən yüksək qiymətə görə
ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlıq edib, növbəti belə tədbirləri işğaldan azad olunmuş torpaqlarımızda qeyd
etməyi arzulayıb.
Mədəniyyət.-
2010.- 19 noyabr.- S. 6.