Bakıda Çexov adına Beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi davam edir

 

   Xəbər verdiyimiz kimi, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq, Bakıda Çexov adına Beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi başlanıb. Noyabrın 30-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Procent” şirkəti, həmçinin Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.

     

   Noyabrın 12-14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində festival çərçivəsində ilk tamaşa - “Aureliyanın oratoriyası” nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi və səhnə tərtibatçısı əfsanəvi aktyor Çarli Çaplinin qızı Viktoriya Tyeredir. Əsas obrazın ifaçısı isə Çarli Çaplinin nəvəsi Aureliya Tyeredir.

   “Yeni sirk” janrına aid edilən, teatr və sirk elementlərinin sintezindən ibarət tamaşada klounada, sirk tryukları, illüzionizm, rəqs, pantomima və kukla teatr elementləri yer alıb. Söz, danışıq olmayan bu tamaşanı hamı başa düşür.

   Festivalın proqramına daxil olan digər iki tamaşa - Belarusun “Toy” və Kanadanın “Yağış” səhnə əsərləridir.

   Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında səhnələşdirdiyi və “SounDrama” janrında olan “Toy” tamaşasına teatrsevərlər noyabrın 20, 21, 22-də Gənc Tamaşaçılar Teatrında baxa biləcəklər. Teatrdan bildiriblər ki, “SounDramateatrda yeni, eyni zamanda, olduqca çətin sayılan janrdır. Bu janrda əsas aparıcı xətt - səslərdir. Tamaşada rus belarus dilləri, xalq alətləri ənənəvi mahnıların simvolik səslənməsi vəhdət təşkil edir. Bundan başqa, tamaşada SounDrama studiyasının musiqisi ilə yanaşı, İqor Stravinskinin "Svadebki" əsərindən götürülmüş parçalardan da istifadə olunub.

   SounDramajanrının yaradıcısı Vladimir Pankovdur. Yeddi il ərzində SounDrama studiyası 12 layihə həyata keçirib. Tamaşa Yanka Kupala adına Milli Akademik Teatrı (Belarus) Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının birgə layihəsidir. Moskvadakı uğurlu premyerasından sonra kollektiv bu tamaşa ilə Avropaya qastrol səfərinə çıxıb. Qastrol səfərinə Bakıda yekun vurulacaq.

   Kanadanın tanınmış Eluaz sirkininYağıştamaşası isə 2003-cü ildən bütün dünyada uğurlu qastrol səfərlərinə çıxıb. Tamaşanın rejissoru Daniele Finse Paskadır. Publikanın sevimlisi olan Daniele Finse Paska rejissor, yazışı, xoreoqraf, həm kloundur. Yağıştamaşası noyabrın 25-dən 30-dək Rus Dram Teatrında göstəriləcək.

 

 

   Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 5.