“Bakı
barədə gözəl xatirələrimi həmişə qəlbimdə
saxlayacağam”
I Bakı Beynəlxalq Teatr Konfransı sənət aləmində geniş rezonans doğurub
Noyabrın 9-10-da Bakıda
keçirilən və dünyanın məşhur teatr xadimlərini, sənət aləminin
tanınmış simalarını bir araya gətirən Beynəlxalq Teatr
Konfransı həqiqətən də böyük
mədəniyyət hadisəsi idi. Tədbirin beynəlxalq sənət aləmində doğurduğu geniş rezonans, konfransın iştirakçısı
olmuş əcnəbi teatr
mütəxəssislərinin zəngin təəssürat dolu ürək sözləri, dərin təşəkkür
və minnətdarlıq ifadə edən məktubları bunu bir daha
təsdiqləyir. Bu günlərdə
Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilən həmin
məktublardan seçmələri oxuculara
təqdim edirik.
Sevgili dostlarım!
Bakıda keçirilən teatr konfransı barədə “Habertürk” qəzetində yayımlanmaq üçün çox xoş bir yazı yazdım. Nazir Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, təşkilatçılar barədə ürək sözlərimi demişəm. Mən bu konfransı heç vaxt unutmayacağam.
Tuncer Cücenoğlu, dramaturq (Türkiyə).
* * *
Gözəl konfrans təşkil etdikləri üçün bir daha təşkilatçılara xoş sözlərimi və minnətdarlığımı bildirmək istərdim!
Reynhard Auer, rejissor (Avstriya).
* * *
Biz inanılmaz dərəcədə səmərəli vaxt keçirdik. Bu, sözün əsl mənasında bir möcüzə idi!
Daniel Bənks,
prodüser, “Sərhədsiz
teatr” (ABŞ).
* * *
Gördüyünüz
işə, göstərdiyiniz
qonaqpərvərliyə və
mehribanlığa görə
çox sağ olun. Konfrans iştirakçılarının
seçimi təqdirəlayiqdir.
Bu cür maraqlı
insanları bir yerə topladığınıza
görə sizi təbrik edirəm. Xüsusən könüllü tərcüməçilərin gözəl işini qeyd etməliyəm. Onlar böyük bir konfransın uğurlu keçməsinə
heç də kiçik olmayan töhfələr vermişlər.
Əminəm ki, biz gedəndən sonra onlar bir həftə
ərzində dincəlib,
yuxularını ala biliblər.
Mən Gənc Tamaşaçılar
Teatrında maraqlı
görüşlər keçirmişəm
və orada tamaşa qoymaq üçün ingilis rejissorunu gətirməyə
kömək edəcəyəm.
Azərbaycan Prezidentinin teatr sahəsinin inkişafı
ilə bağlı imzaladığı 10-illik proqram
əsl fantastikadır.
Unudulmaz tədbirin keçirilməsinə görə
bir daha təşəkkür edirəm.
Rocer MkKann, prodüser, pedaqoq (Böyük Britaniya).
* * *
Konfransa dəvət etdiyinizə və gözəl təşkilatçılığa görə dərin təşəkkürümü bildirirəm.
Şəhərinizin
saçdığı ilhamverici
enerjini duyurdum.
Teatr sənətinin inkişafında
sizə böyük uğurlar diləyirəm.
Mənim təbriklərimi və ürək sözlərimi
təşkilatçılara və könüllü tərcüməçilərə çatdırmağınızı rica edirəm.
Ən xoş arzularla,
Cənis Pun, dramaturq, aktrisa (Honkonq).
* * *
Əziz dostlar!
İlk növbədə gözəl
ölkənizə, Bakı
şəhərinə dəvət
etdiyinizə görə,
maraqlı insanlar, teatrlar və sizin unikal mədəniyyətinizlə
görüşlərə görə sizə dərin təşəkkürümü
bildirirəm.
Mən zəngin təəssüratların
təsiri altındayam
və yenə də sizlərlə görüşmək istəyirəm.
Çox şadam ki, teatr konfransınızın
bu cür yüksək səviyyədə
təşkil olunmasına
nail olmusunuz!
Konfrans barədə Beynəlxalq Teatr Tədqiqatları Federasiyasına hesabat yazmışam. Konfransda Azərbaycanın bir neçə teatr xadimi ilə tanış oldum və əminəm ki, bu əlaqələr
ölkələmiz arasında
mədəni mübadilənin
inkişafına töhfə
verəcək.
Fərəh Yeganə, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İran).
* * *
Əsrarəngiz,
möhtəşəm və
eyni zamanda mehriban və doğma Bakı və onun qonaqpərvər
sakinlərinin hamısına
“Bravo!” deyirəm. Unudulmaz
günlər keçirdim.
Uğurlar və daha da
çiçəklənmə arzu edirəm.
İosif Yusupov, teatr rəssamı, “Metropolitan Opera” (ABŞ).
* * *
Ən yüksək səviyyədə
təşkil elədiyiniz
teatr konfransına, bir çox ölkələrin teatr mütəxəssislərini bir
araya gətirdiyinizə
görə minnətdarlığımı
bildirməyi özümə
borc sayıram. Siz həqiqətən belə yüksək səviyyədə təşkil
etdiyiniz ilk konfransla fəxr edə bilərsiniz. Hörmətli
naziri, nazir müavini, eləcə də təşkilatçıları
(könüllü tərcüməçilər
daxil olmaqla) ürəkdən təbrik
edirəm.
Mən çox şadam ki, mənim çıxışım Çin,
İran, Sinqapur,
ABŞ, Türkiyə və
digər ölkələrin
nümayəndələri tərəfindən
bəyənilib və
onlar məndən hətta onun tam mətnini istəyiblər.
Konfrans zamanı fürsətdən
istifadə edib Honkonqdan Cənis, İrandan Fərəh və könüllü tərcüməçimiz Aida ilə
birlikdə Bakını
maşınla gəzdik,
şəhərlə yaxından
tanış olduq. Sizin ölkəniz necə də gözəldir! Sizin qonaqpərvərliyiniz inanılmazdır.
Mən Bakı barədə olan gözəl xatirələrimi
həmişə qəlbimdə
saxlayacağam.
Ursula Vertenberg,
dramaturq, Beynəlxalq Teatr İnstitutu - İsveçrə.
* * *
Əminəm ki, siz artıq
60 təşəkkür məktubu
almısınız, ancaq
xahiş edirəm, bu 61-cini də oxuyasınız.
Konfransınızı
nə dərəcədə
bəyəndiyimi ifadə
etmək üçün
söz tapa bilmirəm. Təşkilatçılar
və Rus Dram Teatrının əməkdaşları
ilə sanki uzun illər ərzində dostluq etmişəm. Nümayiş
etdirdiyiniz qonaqpərvərliyiniz
fövqəladədir və
mən artıq Bakının gözəlliyi,
mətbəxi üçün
darıxıram.
Nyu-Yorka qayıtdıqda kədərlə
hiss etdik ki, burada həyat bambaşqadır. Bakıya
yenidən qayıtmaq arzusundayam və tezliklə görüşəcəyimizə
əminəm.
Nyu-Yorkdan sevgilər ilə,
İrina Krujilina, teatr geyimi üzrə rəssam (ABŞ).
* * *
Çox sağ olun!
Nə gözəl təəssürat!
Ilk dəfə ölkənizə
gəlmək və ona bütün varlığımla aşiq
olmaq. Azərbaycan teatr mütəxəssisləri
ilə illər ərzində topladığım
kiçik təcrübəmi
bölüşmək. Köhnə
həmkarlarımla görüşmək
və yeniləri ilə, o cümlədən,
azərbaycanlı gənc
və yaşlı nəslin nümayəndələri
ilə tanış olmaq. Necə də ilhamvericidir!
Gələn tədbirlərin hazırlanmasında
istənilən dəstək
və köməyimi göstərmək arzusundayam.
Piter Qoldfarb, aktyor, prodüser, Beynəlxalq Teatr İnstitutu - ABŞ.
* * *
Olduqca maraqlı teatr konfransının təşkilatçılarını
və həmkarlarımı
təbrik edirəm.
Azərbaycanda keçirdiyim günlər
mənə böyük
ləzzət verib və mən yaxın gələcəkdə
ölkənizə qayıtmaq
niyyətindəyəm.
Qonaqpərvərlik
və göstərdiyiniz
xidmətlər ən
yüksək səviyyəyə
layiqdir.
Nevil Şulman, rəqqas, səyahətçi, yazıçı,
Beynəlxalq Teatr İnstitutu - Rəqs komitəsinin prezidenti, Teatr Forumunun sədri (Böyük Britaniya).
* * *
Azərbaycan teatrının perspektivləri
və gələcəyi
etibarlı əllərdədir!
Çexiya səfiri cənab Radek Matula ölkələrimiz
arasında müştərək
teatr layihəsini həyata keçirməyə
rəsmi olaraq razılığını verib.
Bu istiqamətdə mən
də lazım olan hər hansı
dəstək göstərməyə
hazıram.
Vlasta Smolyakova, teatr tənqidçisi (Çexiya).
* * *
Bakıda keçirilən beynəlxalq
teatr konfransına dəvət etdiyinizə görə bir daha səmimi təşəkkürümü bildirirəm. Bu, həqiqətən
hamımız üçün
olduqca mühüm və professional nöqteyi-nəzərdən
ciddi və xeyirli tədbir idi. Moldovaya qayıtmışam, lakin hələ də sizin gözəl şəhərinizdə aldığım
təəssüratın altındayam.
Kimi görürəm,
elə hey Bakı, Azərbaycan, konfransınız
barədə danışıram.
Mədəniyyət nazirimizlə
görüşmüşəm və Bakı barədə təəssüratlarımı
onunla da bölüşmüşəm.
Xahiş edirəm, “Azərbaycan teatrı 2009-2019 illərdə”
Dövlət Proqramının
rus versiyasını mənə göndərəsiniz.
Məncə, bizim nazirlik belə bir mühüm sənədlə tanış
olsa, heç pis olmaz. Elə
mənim özüm üçün də onu oxumaq və
təhlil etmək olduqca maraqlı olardı.
Əminəm ki, konfrans iştirakçılarının
hamısı onun işindən razı qalıb və Bakını zəngin təəssüratlarla tərk
ediblər. Ümidvaram
ki, Azərbaycan tərəfi də bizim işimizdən razı qalıb.
Azərbaycan teatrları ilə əməkdaşlıq barədə
olduqca ciddi niyyətlərim var. Bu həm
müştərək teatr
layihələri, həm
də master-klass, laboratoriya, müzakirələr,
qastrol səfərləri,
təqdimatlar və s.
kimi ola bilər. Hər necə olsa, nəzərinizə çatdırmaq
istərdim ki, Moldovadakı “Ejen İonesko” Teatrı sizinlə hər hansı əməkdaşlığa
və təcrübə
mübadiləsinə hazırdır.
Petru Vutkereu, Bədii rəhbər, rejissor, “Ejen İonesko” Teatrı (Moldova).
* * *
Konfransın hazırlanması və təşkilinə sərf
etdiyiniz səy və zəhmətinizə
görə təşəkkürümü
bildirirəm. Hazırda,
konfransın mənim təffəkkürümə göstərdiyi
təsirlərimi kağızda
ifadə etməyə
çalışıram. Bura
həm Bakı ilə bağlı möhtəşəm təəssüratlarım,
həm “Əli və Nino”nun səhnələşdirilməsi ilə bağlı cizgilər, həm də bütün dünyadan Bakıya toplaşmış teatr ideyalarının daşıyıcıları
olan insanlarla əsrarəngiz fikir mübadilələri daxildir.
Ned Bobkoff, ssenarist, “Əli və Nino” əsərinin səhnə tərtibatçısı
(ABŞ).
* * *
İnternetdə
“Leyli və Məcnun” operasının
ingilis mətnini tapıb, onunla yaxından tanış olmaq niyyətindəyəm.
Mən artıq onun barəsində öz tələbələrimə
danışmışam. Məndə
bu operanın videoyazısı olsaydı,
məmnuniyyətlə ona
dəfələrlə baxıb,
möcüzəvi geyimlər
və dekorasiyası, və əlbəttə ki, dahiyanə musiqi və ifaçılıq tərzindən
həzz almaq istərdim.
Bu tamaşa mənim əsərlərimdə
və müəllimlik
təcrübəmdə kəskin
surətdə öz təsirini göstərəcək.
Mən əminəm ki, Bakıda baş verən hadisələr, müşahidə etdiyim rənglər və musiqilər məni hələ uzun illər ərzində müşayiət edəcək.
Sizi yenidən görmək arzusu ilə.
Rut Marqraff, dramaturq, pedaqoq, müəllif,
“Sərhədsiz teatr” (ABŞ).
Mədəniyyət.-
2010.- 24 noyabr.- S. 8.