Turizm İnstitutunun
nəzdində peşə kursları fəaliyyətə
başlayır
Təhsil ocağı sertifikat alanların işlə təminatına
zəmanət verir
Azərbaycan artıq
dünya turistləri üçün
yeni bir turizm məkanına çevrilir.
Ölkəmizə gələn turistlərin sayı
artdıqca onlarla işləyəcək
yüksək ixtisaslı kadrlara - peşəkar
bələdçi-tərcüməçilərə və
bələdçi-təlimatçılara tələbat
artır. Turistlərlə bilavasitə bələdçi-tərcüməçilər
təmasda olduğundan onların peşəkarlığı
ümumən turizm məhsulunun keyfiyyətinə
təsir edir. Belə kadrlar
geniş dünyagörüşünə,
mükəmməl biliyə, yüksək mədəniyyətə,
insanlarla ünsiyyət qurmaq
bacarığına malik
olmalıdırlar.
Onların əsas vəzifəsi turistləri ölkənin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməklə bağlı məlumat-ekskursiya işidir. Digər tərəfdən, turizm sahəsinin inkişafını təmin edən əsas amillərdən biri bu sahədə çalışanların peşə hazırlığının artırılmasıdır. Hazırda təkcə Bakıda dünyada məşhur brend olan 5 ədəd beşulduzlu hotel tikilir. Onların tikilməsi ilə turizm kadrlarına tələbat bir neçə dəfə artacaq. Eyni zamanda Qusarda inşa olunan qış turizm kompleksində 5 min nəfərin çalışması nəzərdə tutulur. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk növbədə turizm ixtisaslı peşəkar kadrlara ehtiyac var.
Kurslar turizm obyektlərinin kadr tələbatını ödəyəcək
Turizm sahəsi üçün peşəkar kadrların hazırlanmasında əsas iş Azərbaycan Turizm İnstitutunun üzərinə düşür. Bu ildən etibarən ATİ-nin nəzdində kollec və peşə məktəbləri də fəaliyyətə başlayıb. Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun sözlərinə görə, təhsil ocağında hazırda bakalavr səviyyəsində 1300-dən artıq tələbə təhsil alır. Bu ildən magistratura pilləsinə də qəbul başlanıb: «Lakin turizm sektorunda yalnız ali təhsilli kadrlarla kifayətlənmək mümkün deyil. Bu sahədə bacarıqlı peşə təhsilli insanlara da böyük ehtiyac var. 2010-cu il aprelin 6-da qəbul olunan Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında ATİ-nin nəzdində Milli Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu təlim mərkəzi bilavasitə turizm sektoru üçün lazım olan peşə təhsilli kadrların hazırlığı ilə məşğul olacaq. Əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və ya orta təhsilini başa vurmuş şəxslərə xüsusi dil və peşə hazırlıqları keçməklə kadr hazırlığını həyata keçirəcəyik. Bu yolla ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektlərində çalışmaq üçün lazım olan xidməti personala olan tələbatı ödəmək mümkün olacaq. Bütün bunlar nəzərə alınaraq, ATİ-nin Təlim Mərkəzi tərəfindən peşə kurslarına tələbə qəbulu elan edilib. Yaxın günlərdə bununla bağlı məlumat kütləvi informasiya vasitələrində də müvafiq elanlar veriləcək”.
E.Aslanovun sözlərinə görə, peşə kursları bir neçə istiqamətdə keçiriləcək: «Bunlardan birincisi turist operatorları və turist agentlərinin fəaliyyətidir. İkincisi nömrə və mətbəx, üçüncüsü qidalanma və kulinariya, dördüncüsü restoran və bar, beşincisi hotel xidmətləri və ön büro işləridir, altıncısı xüsusilə Şahdağ kompleksi üçün texniki kadrların hazırlığıdır. Bu kompleksdə məlum olduğu kimi, qış aylarında kanatların qurulması nəzərdə tutulur. Burada texniki işləri həyata keçirmək üçün xüsusi kadrlar hazırlamaq lazımdır. Bunu biz kompleksdə kanatları quraşdıracaq şirkətlə birlikdə həyata keçirəcəyik. Bu məsələ ilə bağlı hazırda Şahdağ kompleksi idarəsinin rəhbərliyi ilə danışıqlar aparırıq. Biz ya kanatları hazırlayan firmaya bir neçə nəfər əməkdaş göndərəcəyik ki, oradakı işləri öyrənib gəlib burada dərs keçsinlər, ya da həmin firmanın bir neçə işçisi gəlib kurslarda tələbələri öyrədəcək».
Bələdçi kurslarında iştirak etmək istəyən şəxslər ali təhsilli olmalıdır
Həmsöhbətimiz bildirdi ki, kurs keçiriləcək yeddinci istiqamət turizm bələdçilərinin hazırlanması ilə bağlıdır. «Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir. Bununla belə, turizm obyektlərinin, tarixi yerlərin, mədəniyyət abidələrinin gələn turistlərə lazım olan səviyyədə təqdim olunması sahəsində müəyyən problemlər var. Bu problemləri həll etmək üçün bələdçi kursları təşkil etmişik. Artıq bir ilə yaxındır ki, bu kurslarla bağlı hazırlıq işləri gedir. Attestasiya komissiyası yaradılıb, ilkin komissiya üzvləri müəyyənləşdirilib, əsasnaməsi hazırlanıb, turizm-bələdçi kurslarının təşkili ilə bağlı elmi-metodiki şuranın üzvləri təyin edilib. Çünki bildiyiniz kimi, bələdçi məlumatları ciddi nəzarətdən keçməlidir. Müxtəlif tarixi və mədəniyyət abidələri ilə bağlı razılaşdırılmış məlumatlar olmalıdır. Ona görə də bu məsələnin bilavasitə o sahənin mütəxəssisləri ilə razılaşdırılması üçün belə bir şura yaradılıb. Onu da qeyd edim ki, kurslarda iştirak etmək istəyən şəxslər ali təhsilli olmalıdırlar. Kursları keçib sertifikat alanların isə işlə təmin olunmasına biz təminat veririk. Çünki hazırda çoxsaylı turizm şirkətləri və hotellər ATİ-yə kadr ehtiyaclarının olması ilə bağlı müraciət edirlər. Əminik ki, yerli və xarici mütəxəssislərin köməyi ilə kurslar çox yüksək səviyyədə təşkil ediləcək. Kurslarda biz əsas üstünlüyü dil hazırlığına verəcəyik».
Kursu keçməyənlərə bələdçi fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, nazirlik Azərbaycan Turizm İnstitutunun nəzdində təşkil edilən peşə kurslarını dəstəkləyir. Onun sözlərinə görə, bu kurslar dövlət başçısı tərəfindən imzalanan «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda ölkəmizdə turizm sənayesi üçün peşə təhsilli kadrların hazırlanması ilə bağlı nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi məqsədilə təşkil edilir.
O ki qaldı bələdçilərin hazırlanmasına, M.Qəhrəmanovun sözlərinə görə, ATİ-nin kurslarını bitirən şəxslər nazirliyin nəzdində Attestasiya Komissiyasından keçəcəklər. Bu komissiyadan keçənlər isə turizm bələdçisi şəhadətnaməsi alacaqlar. Kursu keçməyən şəxslərin bələdçi fəaliyyəti ilə məşğul olması bir müddət sonra qadağan olunacaq.
Turizm İnstitutunun nəzdində peşə kursları fəaliyyətə başlayır
Təhsil ocağı sertifikat alanların işlə təminatına zəmanət verir
Azərbaycan artıq dünya turistləri üçün yeni bir turizm məkanına çevrilir. Ölkəmizə gələn turistlərin sayı artdıqca onlarla işləyəcək yüksək ixtisaslı kadrlara - peşəkar bələdçi-tərcüməçilərə və bələdçi-təlimatçılara tələbat artır. Turistlərlə bilavasitə bələdçi-tərcüməçilər təmasda olduğundan onların peşəkarlığı ümumən turizm məhsulunun keyfiyyətinə təsir edir. Belə kadrlar geniş dünyagörüşünə, mükəmməl biliyə, yüksək mədəniyyətə, insanlarla ünsiyyət qurmaq bacarığına malik olmalıdırlar.
Onların əsas vəzifəsi turistləri ölkənin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməklə bağlı məlumat-ekskursiya işidir. Digər tərəfdən, turizm sahəsinin inkişafını təmin edən əsas amillərdən biri bu sahədə çalışanların peşə hazırlığının artırılmasıdır. Hazırda təkcə Bakıda dünyada məşhur brend olan 5 ədəd beşulduzlu hotel tikilir. Onların tikilməsi ilə turizm kadrlarına tələbat bir neçə dəfə artacaq. Eyni zamanda Qusarda inşa olunan qış turizm kompleksində 5 min nəfərin çalışması nəzərdə tutulur. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk növbədə turizm ixtisaslı peşəkar kadrlara ehtiyac var.
Kurslar turizm obyektlərinin kadr tələbatını ödəyəcək
Turizm sahəsi üçün peşəkar kadrların hazırlanmasında əsas iş Azərbaycan Turizm İnstitutunun üzərinə düşür. Bu ildən etibarən ATİ-nin nəzdində kollec və peşə məktəbləri də fəaliyyətə başlayıb. Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun sözlərinə görə, təhsil ocağında hazırda bakalavr səviyyəsində 1300-dən artıq tələbə təhsil alır. Bu ildən magistratura pilləsinə də qəbul başlanıb: «Lakin turizm sektorunda yalnız ali təhsilli kadrlarla kifayətlənmək mümkün deyil. Bu sahədə bacarıqlı peşə təhsilli insanlara da böyük ehtiyac var. 2010-cu il aprelin 6-da qəbul olunan Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında ATİ-nin nəzdində Milli Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu təlim mərkəzi bilavasitə turizm sektoru üçün lazım olan peşə təhsilli kadrların hazırlığı ilə məşğul olacaq. Əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və ya orta təhsilini başa vurmuş şəxslərə xüsusi dil və peşə hazırlıqları keçməklə kadr hazırlığını həyata keçirəcəyik. Bu yolla ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektlərində çalışmaq üçün lazım olan xidməti personala olan tələbatı ödəmək mümkün olacaq. Bütün bunlar nəzərə alınaraq, ATİ-nin Təlim Mərkəzi tərəfindən peşə kurslarına tələbə qəbulu elan edilib. Yaxın günlərdə bununla bağlı məlumat kütləvi informasiya vasitələrində də müvafiq elanlar veriləcək”.
E.Aslanovun sözlərinə görə, peşə kursları bir neçə istiqamətdə keçiriləcək: «Bunlardan birincisi turist operatorları və turist agentlərinin fəaliyyətidir. İkincisi nömrə və mətbəx, üçüncüsü qidalanma və kulinariya, dördüncüsü restoran və bar, beşincisi hotel xidmətləri və ön büro işləridir, altıncısı xüsusilə Şahdağ kompleksi üçün texniki kadrların hazırlığıdır. Bu kompleksdə məlum olduğu kimi, qış aylarında kanatların qurulması nəzərdə tutulur. Burada texniki işləri həyata keçirmək üçün xüsusi kadrlar hazırlamaq lazımdır. Bunu biz kompleksdə kanatları quraşdıracaq şirkətlə birlikdə həyata keçirəcəyik. Bu məsələ ilə bağlı hazırda Şahdağ kompleksi idarəsinin rəhbərliyi ilə danışıqlar aparırıq. Biz ya kanatları hazırlayan firmaya bir neçə nəfər əməkdaş göndərəcəyik ki, oradakı işləri öyrənib gəlib burada dərs keçsinlər, ya da həmin firmanın bir neçə işçisi gəlib kurslarda tələbələri öyrədəcək».
Bələdçi kurslarında iştirak etmək istəyən şəxslər ali təhsilli olmalıdır
Həmsöhbətimiz bildirdi ki, kurs keçiriləcək yeddinci istiqamət turizm bələdçilərinin hazırlanması ilə bağlıdır. «Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir. Bununla belə, turizm obyektlərinin, tarixi yerlərin, mədəniyyət abidələrinin gələn turistlərə lazım olan səviyyədə təqdim olunması sahəsində müəyyən problemlər var. Bu problemləri həll etmək üçün bələdçi kursları təşkil etmişik. Artıq bir ilə yaxındır ki, bu kurslarla bağlı hazırlıq işləri gedir. Attestasiya komissiyası yaradılıb, ilkin komissiya üzvləri müəyyənləşdirilib, əsasnaməsi hazırlanıb, turizm-bələdçi kurslarının təşkili ilə bağlı elmi-metodiki şuranın üzvləri təyin edilib. Çünki bildiyiniz kimi, bələdçi məlumatları ciddi nəzarətdən keçməlidir. Müxtəlif tarixi və mədəniyyət abidələri ilə bağlı razılaşdırılmış məlumatlar olmalıdır. Ona görə də bu məsələnin bilavasitə o sahənin mütəxəssisləri ilə razılaşdırılması üçün belə bir şura yaradılıb. Onu da qeyd edim ki, kurslarda iştirak etmək istəyən şəxslər ali təhsilli olmalıdırlar. Kursları keçib sertifikat alanların isə işlə təmin olunmasına biz təminat veririk. Çünki hazırda çoxsaylı turizm şirkətləri və hotellər ATİ-yə kadr ehtiyaclarının olması ilə bağlı müraciət edirlər. Əminik ki, yerli və xarici mütəxəssislərin köməyi ilə kurslar çox yüksək səviyyədə təşkil ediləcək. Kurslarda biz əsas üstünlüyü dil hazırlığına verəcəyik».
Kursu keçməyənlərə bələdçi fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, nazirlik Azərbaycan Turizm İnstitutunun nəzdində təşkil edilən peşə kurslarını dəstəkləyir. Onun sözlərinə görə, bu kurslar dövlət başçısı tərəfindən imzalanan «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda ölkəmizdə turizm sənayesi üçün peşə təhsilli kadrların hazırlanması ilə bağlı nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi məqsədilə təşkil edilir.
O ki qaldı bələdçilərin hazırlanmasına, M.Qəhrəmanovun sözlərinə görə, ATİ-nin kurslarını bitirən şəxslər nazirliyin nəzdində Attestasiya Komissiyasından keçəcəklər. Bu komissiyadan keçənlər isə turizm bələdçisi şəhadətnaməsi alacaqlar. Kursu keçməyən şəxslərin bələdçi fəaliyyəti ilə məşğul olması bir müddət sonra qadağan olunacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 26 noyabr.- S. 9.