Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi qeyd olunub

 

   Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib. Tədbirdə hökumət rəsmiləri, xarici qonaqlar, bir sıra ölkələrin məşhur muzeylərinin rəhbərləri iştirak ediblər.

  

   Mərasimi muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı açaraq bu elm mədəniyyət müəssisəsinin tarixi, fəaliyyəti, keçdiyi inkişaf yolu barədə danışıb. O, qeyd edib ki, yubiley tədbirləri prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd edilir. Tədbirlər planı çərçivəsində muzeydə altı sərgi, “Mədəni irs muzeyləradlı beynəlxalq konfrans keçirilib. Prezidentin 22 noyabr 2010-cu il tarixli sərəncamı ilə muzeyin bir qrup əməkdaşının tarix elminin inkişafı tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində xidmətlərinə görəTərəqqimedalı Əməkdar mədəniyyət işçisiadları ilə təltif olunub. N.Vəlixanlı muzeyə muzeyin əməkdaşlarına göstərilən diqqət qayğıya görə kollektiv adından prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə edib.

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda tarix elminin inkişafında muzeyin əvəzsiz xidmətləri olduğunu qeyd edib. Bildirib ki, tariximizə mədəni irsin qorunmasına böyük diqqətlə yanaşan ölkə prezidentinin göstərişinə əsasən çoxsaylı abidələr mədəniyyət ocaqları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi yenidən qurulub, yeni eksponatlarla zənginləşib.

   Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tarix muzeyinin ölkənin hər bir vətəndaşının həyatında mühüm rol oynadığını, muzeyin ekspozisiyasında cəmiyyətimizin müxtəlif inkişaf mərhələlərinin əks olunduğunu vurğulayıb.

   Tədbirdə Türkiyənin Topqapı Sarayı Muzeyinin direktoru Yusuf Benli, Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski, Rusiya Dövlət Tarix Muzeyinin prezidenti Aleksandr Şkurko, Ukrayna Milli Tarix Muzeyinin direktoru Sergey Çaykovski, Bolqarıstan Milli Komitəsinin vitse-prezidenti Simeon Nedkov, bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir digər çıxış edənlər bildiriblər ki, bu yubiley Azərbaycan rəhbərliyinin mədəniyyət ocaqlarına diqqət qayğısını nümayiş etdirir.

   Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən muzeyin yubiley tədbirində tanınmış mesenatın yaxın qohumları, o cümlədən ABŞ-da yaşayan nəticəsi Əli Safyurtlu da iştirak edib.

   Tədbirdə bp-Azərbaycan şirkətinin dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəşr etdirdiyiHacı Zeynalabdin Tağıyevkitab-albomunun muzeyin kolleksiyasının incilərindən ibarət kitabın təqdimatı olub.

   Noyabrın 25-də qonaqlar paytaxtın görməli yerlərinə baş çəkiblər, İçərişəhər, Şirvanşahlar Sarayı, Müasir İncəsənət Muzeyi, “Azərilməmüəssisəsi ilə tanış olublar.

   Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci ilin iyununda Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə yaradılmış "Muzekskurs"un əsasında "Doğma diyarın tədris muzeyi - İstiqlal" adı ilə təşkil edilib. 1921-ci ildən Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialının, 1945-ci ildən Azərbaycan SSR EA tərkibində Azərbaycan Tarixi Muzeyi adlanıb. Hazırda AMEA-nın strukturunda elmi-tədqiqat mədəni-maarif müəssisəsi kimi fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 7.