Gənc
Tamaşaçılar Teatrının aktyorları
İsveçdə festivalda iştirak ediblər
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının bir
qrup aktyoru İsveçdə yaşayan əcnəbi
xalqların İncəsənət Festivalında iştirak
ediblər.
Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İran İslam Respublikası, İsveç, ABŞ, Fransa, Norveç, Hindistan, Mərakeş, Almaniya və Əfqanıstan sənətçilərinin iştirak etdiyi festivalda Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Qurban İsmayılov, Rasim Cəfərov, Günel Məmmədova və Əməkdar artist Dilarə Əliyeva təmsil ediblər. Teatr sənətçiləri xüsusi olaraq hazırladıqları “Xoşbəxt ailə” tamaşası ilə festivala qatılıblar. Əsərin müəllifi İsveç yazarı İoakin Prinne, quruluşçu-rejissoru İsveçdə yaşayan azərbaycanlı Həsən Təmənididir.
Tamaşa
İsveçdə yaşayan azərbaycanlılarla
bərabər, digər əcnəbi tamaşaçıların
da böyük
marağına səbəb olub. Teatr səfərdə olarkən gələn ilin mart ayı üçün bir
neçə ölkəyə yeni dəvət
alıb.
Mədəniyyət.- 2010.- 26
noyabr.- S. 5.