Çexov adına teatr festivalının “İpək yolu” mərhələsinin son tamaşası

 

   Noyabrın 12-dən Bakıda start götürən Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi çərçivəsində son səhnə əsəri Kanada teatrının təqdim edəcəyi “Yağış” tamaşasıdır.

     

   Bununla bağlı noyabrın 25-də mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə, festivalın prezidenti Valeri Şadrin, Kanadanın “Eluazsirkinin bədii rəhbəri Jan Penşo, aktyorlardan isə Oksana BurliKarr Eşli iştirak ediblər.

   Çexov adına Beynəlxalq Teatr Festivalının prezidenti Valeri Şadrin bildirib ki, bir neçə ildir “İpək yolu” mərhələsini müxtəlif ölkələr öz üzərinə çalışsalar da, sonradan müəyyən problemlərə görə geri çəkiliblər: “Nəhayət, bu layihəni Azərbaycanda gerçəkləşdirmək mümkün oldu. Təbii ki, texniki baxımdan müəyyən çətinliklər oldu. Çünki bu tamaşalar texniki cəhətdən çox çətin tamaşalardır. Çalışdığımız qədər problemləri aradan qaldıra bildik. Əvvəlki iki tamaşa çox yaxşı və maraqla qarşılandı. Ümid edirəm ki, son tamaşa da belə qarşılanacaq”.

   Kanadanın “Eluazsirkinin bədii rəhbəri Jan Penşo isə “Yağış” tamaşası barədə məlumat verib. Qeyd edib ki, “Eluazsirkinin “Yağış” tamaşası 2004-cü ildə Daniele Finsi Paska tərəfindən tamaşaya qoyulub. “Yağış” sirk, akrobatika, yeni, fərqli teatr elementləri ilə zəngindir. Burada aktyorlar həm sirk tryukları göstərirlər, həm musiqi alətlərində çalıb oxuyurlar və uşaqlıq xatirələrindən, arzularından, qorxularından və ilk məhəbbətlərindən danışırlar.

   Qeyd edək ki, Kanadanın “Eluazsirkinin “Yağış” tamaşasının ilk tamaşası noyabrın 25-də Rus Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşanın nümayişi ayın 30-dək davam edəcək.

 

Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 3.