Londonda Üzeyir Hacıbəyliyə
həsr olunmuş tədbir keçirilib
Londonda fəaliyyət göstərən
“Azərbaycan Evi” mədəniyyət və
dostluq mərkəzində
dahi bəstəkar Üzeyir Hacıbəylinin
125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı
səfirliyindən bildiriblər
ki, tədbirdə
London şəhər ictimaiyyətinin,
Britaniyadakı azərbaycanlı
icmasının nümayəndələri
və səfirliyin əməkdaşları iştirak
ediblər.
“Azərbaycan
Evi” idarə heyətinin sədri Əli Təkin Atalar görkəmli bəstəkarın həyat
və yaradıcılığından,
XX əsr Azərbaycan
musiqisinin inkişafındakı
misilsiz xidmətlərindən
danışıb.
Səfir Fəxrəddin Qurbanov
Üzeyir bəyin Azərbaycan klassik musiqisinin əsasını
qoyduğunu deyib və onun bir
ziyalı kimi fəaliyyətindən söhbət
açıb. Səfir Ü.Hacıbəylinin
Azərbaycan xalqının
yetişdirdiyi ən görkəmli ziyalılardan
biri və bütövlükdə müsəlman
Şərqində klassik
musiqi sənətinin bir çox yeniliklərinin məhz onun adı ilə
bağlı olduğunu
vurğulayıb.
Üzeyir Hacıbəylinin ömür yolundan, həyat və yaradıcılığından bəhs edən videotəqdimat geniş ekranda nümayiş etdirilib.
Sonra bu ölkədə yaşayan gənc ifaçılar Nəzrin Rəşidova və Ayan Salahova Ü.Hacıbəylinin
“Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı,
Qara Qarayevin “Adagio” əsərlərini ifa ediblər, Məhəmməd
Ənsari və Fərhad Əmirinin ifasında bir sıra musiqi parçaları səsləndirilib.
Mədəniyyət.- 2010.- 20 oktyabr.-
S. 3.