Milli Teatr Festivalının
üçüncü mərhələsinə
start verildi
Bu ilin fevralında start götürmüş Milli
Teatr Festivalının
sonuncu - üçüncü
mərhələsi oktyabrın
11-də başlandı. Festivalın bu
mərhələsi dekabrın
10-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət
göstərən 27 teatr
festivalda iştirak edir. Bu mərhələdə
isə 10 teatr repertuarında olan ən yaxşı tamaşaları təqdim edəcək.
Mədəniyyət və
Turizm Nazirliyi İncəsənət şöbəsinin
Teatr sektorunun baş məsləhətçisi
Vəfa Novruzova festivalın üçüncü
mərhələsi barədə
ətraflı məlumat
verdi.
- 2010-cu ilin fevral ayının 22-dən
start götürmüş Milli Teatr Festivalının
birinci mərhələsində
6 teatr, ikinci mərhələsində 11 teatr
iştirak edib, üçüncü mərhələdə
isə 10 teatr iştirak edəcək.
Tamaşalar Bakının müxtəlif
teatrlarında, Teatr Xadimləri İttifaqının
və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində
oynanılacaq.
Oktyabrın
11-də festivalın üçüncü
mərhələsini Qax
Dövlət Kukla Teatrı rus xalq nağılı əsasında hazırladığı
“Turp” tamaşası ilə açdı. Tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaçılara
təqdim olundu. Oktyabrın 12-də isə
Qax Kukla Teatrı Sumqayıt Dövlət Kukla Teatrında S.və H.Latıpovların «Kral və əks-səda» tamaşasını təqdim
etdi.
Bu mərhələdə
həmçinin Dövlət
Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Gürcü Dram Teatrı,
“Yuğ” Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan
Dram Teatrı, Bakı
Bələdiyyə Teatrı,
Bakı Uşaq Teatrı iştirak edəcək.
Qax Gürcü Dram Teatrı oktyabrın 12-də Aktyor Evində B.Tomasın «Çarlinin xalası» tamaşasını nümayiş
etdirib.
Oktyabrın
16-da «Yuğ» Teatrı
A.P.Çexovun «Birinci
akt», oktyabrın 17-də
isə M.Servantesin “Don
Kixot” əsəri əsasında hazırladığı
«Psix» tamaşası ilə festivalda iştirak edəcək. 23
oktyabrda Dövlət Pantomima Teatrı Z.Zeynalovun «Maska» tamaşasını öz
səhnəsində göstərəcək,
oktyabrın 25-də «Pantomim
buketi» tamaşasını
isə Sumqayıt Dövlət Dram Teatrında
nümayiş etdirəcək.
Qazax Dövlət Dram
Teatrı noyabrın
1-də Aktyor Evində
B.Vahabzadənin «Kimdir
haqlı?», noyabrın
2-də isə Sumqayıt
Teatrında O.Kamalın
«Yad qızı» əsəri əsasında
hazırladığı tamaşanı
teatrsevərlərə təqdim
edəcək.
Noyabrın 3-də
Dövlət Kukla Teatrı U.Şekspirin «Yay gecəsində yuxu» tamasasını Sumqayıt Teatrında, Ü.Hacıbəylinin «O olmasın,
bu olsun» əsərinin tamaşasını
isə noyabrın 5-də
doğma səhnəsində
nümayiş etdirəcək.
Dekabrın 1-də
Aktyor Evində İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
K.Abdullanın «Unutmağa
kimsə yox», dekabrın 3-də isə T.Özakmanın «Ocaq» əsəri əsasında
hazırladıqları tamaşanı
Sumqayıt Teatrının
səhnəsində oynayacaq.
Dekabrın 3-də Bakı
Bələdiyyə Teatrı
Anarın «Qaravəlli»sini
Aktyor Evində oynayacaq, dekabrın 4-də
isə Sumqayıt Teatrında tamaşaçılar
bu teatrın təqdimatında M.Süleymanlının
«Bəylik dərsi»nə
tamaşa edəcəklər.
Bakı Uşaq Teatrı dekabrın 6-da A.Soltanın
«Cırtdanın sonuncu
qoçaqlığı»nı Aktyor Evində nümayiş etdirəcək,
İ.Soltanın "Gücümüz
birliyimizdədir» tamaşasına
isə balaca tamaşaçılar dekabrın
7-də Sumqayıt Teatrında
baxa biləcəklər.
Dövlət Akademik Milli Dram Teatrı dekabrın 8-də M.F.Axundzadənin
«Müsyö Jordan və
dərviş Məstəli
şah» tamaşasını
Aktyor Evində, dekabrın 10-da isə Sumqayıt Dövlət Musiqili Dram Teatrının
səhnəsində nümayiş
etdirəcək. Bununla
da Milli Teatr Festivalı başa çatacaq.
“Milli Teatr Festivalı qarşısına qoyduğu
məqsədə nail oldumu”
sualını isə Vəfa xanım belə cavablandırdı:
- Festivalın keçirilməsində məqsəd
bütün region teatrlarını
festivala cəlb etmək, onların hazırladıqları tamaşaları
paytaxt tamaşaçılarına
təqdim etmək və beləliklə, hər bir teatrın
yaradıcılıq imkanlarını
ortaya qoymaqdır. Bu festival həm də
hesabat xarakteri daşıyır.
Son iki
ildə regionlarda iki böyük teatr festivalı keçirilib. Biri 2009-cu ildə
Gəncə şəhərində,
ikincisi isə bu ilin iyun
ayında Qax şəhərində II Kukla
Teatrları Festivalıdır.
Festivalı keçirərkən teatra axın-axın gələn insanların şahidi olduq, teatra xüsusi marağın olduğunu
hiss etdik. Bu mənada
Milli Teatr Festivalı məqsədinə
nail olub. Region teatrları öz repertuarlarını paytaxt
sakinləri qarşısında
nümayiş etdirməyə,
başqa teatrların hazırladıqları tamaşalara
baxmağa imkan qazandılar, yaradıcılıq
mübadiləsi apardılar.
Festivalın üçüncü mərhələsi dekabrın
10-a kimi davam edəcək. Üzümüzü qəzetinizin oxucularına,
paytaxtımızın sakinlərinə
və qonaqlarına tutub onları bu teatr bayramında
iştirak etməyə,
maraqlı tamaşalara
baxmağa dəvət
edirik.
Təranə Vahid
Mədəniyyət.-
2010.- 13 oktyabr.- S. 1;6.