Bakıda möhtəşəm caz havası

 

   Azərbaycan daha bir beynəlxalq musiqi festivalına ev sahibliyi edir

  

   Oktyabrın 16-da Heydər Əliyev Sarayında II Bakı Beynəlxalq caz festivalının təntənəli açılış mərasimi keçirildi. Oktyabrın 30-dək davam edəcək festival Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu “Sweet Production” tərəfindən təşkil olunub.

  

   Açılış mərasimindən öncə tamaşaçılar sarayın foyesində festivalda təmsil olunan caz kollektivlərinin fotoşəkillərindən ibarət maraqlı sərgi ilə tanış oldular.

   Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox görülüb. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış ediblər: ”Bu gün paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir”.

   Nazir qeyd etdi ki, Azərbaycan cazının bünövrəsi XX əsrin 30-cu illərinin sonunda böyük musiqi xiridarları NiyazininTofiq Quliyevin yaratdıqları “Dövlət cazı” adı ilə tanınan Dövlət estrada orkestri tərəfindən qoyulub. Orkestrin ilk konsert proqramına, klassik caz musiqisi nümunələri ilə bərabər, NiyazininTofiq Quliyevin pyesləri də daxil edilib: “1941-1945-ci illər müharibəsi dövründə və müharibə qurtardıqdan sonra “Dövlət cazı”na bəstəkar Rauf Hacıyev rəhbərlik edib. Amma 1950-1960-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurub.

   1960-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq QuliyevRauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estradacaz musiqisinin ikinci həyatı başlayıb. Rafiq BabayevinQayavokal kvarteti yaranıb və nəhayət, Vaqif Mustafazadə dövrü başlayıb”.

   Ə.Qarayev xüsusi olaraq vurğuladı ki, Prezident İlham Əliyevin sərəncamı ilə dünya şöhrətli caz ustası Vaqif Mustafazadənin 70 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ölkəmizdə musiqiyə, əsl sənətə verilən qiymət və qayğının bariz nümunəsidir: “Bu gün sevindirici haldır ki, Azərbaycan cazı dünya miqyasında tanınır və beynəlxalq festivallarda təbliğ olunur. Biz fəxr edirik ki, bu gün məşhur musiqiçilərlə bizim musiqiçilər səhnədə birgə çıxış edəcəklər”.

   Dünyanın ən böyük caz musiqisi bayramlarından biri olacaq II Bakı Beynəlxalq caz festivalında Azərbaycanın və müxtəlif xarici ölkələrin caz ifaçıları təmsil olunur. İştirakçılar arasında Matt Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio, Erik Vloeimaens, Diane Rives kimi məşhur ifaçılar, “Jazzamor” və “Şakatakkimi tanınmış caz qrupları var.

   Adətən qala konsertlərlə açılışını edən festival bu dəfə dəyişiklik edərək Əməkdar artist Həsənağa Abbasquliyevin rəhbərliyi altında “Arenacaz orkestrinin caz improvizasiyalarını tamaşaçılara təqdim etdi. Daha sonra orkestr israilli Amikam Kimelmanın dirijorluğu ilə dünya caz bəstəkarlarının məşhur kompozisiyalarını ifa etdi. Qeyd edək ki, hazırda ölkəmizdə yeganə caz orkestri olanArena” 2000-ci ildə Bakı Dövlət Sirkinin caz kollektivinin bazasında yaradılıb.

  

   * * *

 

   Festivalın ikinci günü (17 oktyabr) caz musiqisi həvəskarları Heydər Əliyev Sarayında dünya şöhrətli caz qrupuMatt Biankonun maraqlı konsert proqramına tamaşa etdilər. İngilis pop cazının liderlərindən olanMatt BiankoAvropada ən hit sayılan kompozisiyaları səsləndirdi. Ansamblın virtuoz ifası tamaşaçıların alqışları ilə qarşılandı. Qeyd edək ki, 1982-ci ildə yaradılan ansambl dens-pop üslubunda musiqi nömrələri, Kuba rəqs ritmləri ilə ifa etdiyi caz aranjemanları ilə məşhurluq qazanıb.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 5.