Londonda Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir keçirilib

 

   Londonda fəaliyyət göstərənAzərbaycan Evimədəniyyət dostluq mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər ki, tədbirdə London şəhər ictimaiyyətinin, Britaniyadakı azərbaycanlı icmasının nümayəndələri səfirliyin əməkdaşları iştirak ediblər.

   Azərbaycan Eviidarə heyətinin sədri Əli Təkin Atalar görkəmli bəstəkarın həyat yaradıcılığından, XX əsr Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

   Səfir Fəxrəddin Qurbanov Üzeyir bəyin Azərbaycan klassik musiqisinin əsasını qoyduğunu deyib onun bir ziyalı kimi fəaliyyətindən söhbət açıb. Səfir Ü.Hacıbəylinin Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri bütövlükdə müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yeniliklərinin məhz onun adı ilə bağlı olduğunu vurğulayıb.

   Üzeyir Hacıbəylinin ömür yolundan, həyat yaradıcılığından bəhs edən videotəqdimat geniş ekranda nümayiş etdirilib.

   Sonra bu ölkədə yaşayan gənc ifaçılar Nəzrin Rəşidova Ayan Salahova Ü.HacıbəylininArşın mal alanoperettasındanƏsgərin ariyası”nı, Qara Qarayevin “Adagio” əsərlərini ifa ediblər, Məhəmməd Ənsari Fərhad Əmirinin ifasında bir sıra musiqi parçaları səsləndirilib.

 

 

   Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 3.