İndoneziya Milli Kitabxanasının sərgisində Azərbaycan da təmsil olunur

 

Azərbaycan Respublikasının İndoneziya eyni zamanda, Filippindəki səfirliyindən bildiriblər ki, səfirlik İndoneziyanın Milli Kitabxanasının təşkil etdiyi kitab sərgisində iştirak edir.

Oktyabrın 18-dən başlanan ayın 20-də başa çatacaq sərgidə Xarici İşlər, Mədəniyyət Turizm nazirliklərindən, Heydər Əliyev Fondundan göndərilmiş kitablar, Azərbaycanın milli geyim, tətbiqi sənət nümunələri, açıqcalar, səfirliyin Azərbaycanın tarixi, mədəniyyəti turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşr etdirdiyi kitablar, DVD-lər, ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar poçt markaları nümayiş etdirilib, onların bir qismi tədbirə gələnlər arasında yayılıb.

İndoneziya Milli Kitabxanasının sədri Sri Sularsih sərgidə iştirakına görə səfirliyə minnətdarlığını bildirib, Azərbaycanın geniş tanıdılması məqsədi ilə belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sərgidə diplomatik nümayəndəliklər, müxtəlif təhsil tədris mərkəzləri, kitabxanalar, nəşriyyatlar iştirak edir.

 

 

Mədəniyyət.- 2010.- 20 oktyabr.- S. 3.