Daşlara həkk olunan tarix

 

   Azərbaycan Yer kürəsində ibtidai insanların formalaşdığı bölgələr sırasına daxildir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hələ ən qədim dövrlərdə bu ərazidə insanın təşəkkülü üçün əlverişli şərait olub. Azərbaycan həm dünyanın qədim mədəniyyət ocaqlarından hesab olunur.

  

   Azərbaycanın Qobustan, Ordubad Kəlbəcər bölgələrində üzə çıxarılmış qayaüstü rəsmlər qədim insanlardan qalan qiymətli mədəniyyət sərvətləridir. Qobustanın qaya rəsmləri Azərbaycan ərazisində ən qədim sənət nümunələri hesab olunur. Tədqiqatçıların fikrincə, qayalar üzərində həkk olunmuş bu rəsmlərin ən qədimi eramızdan əvvəl VIII-VI əsrlərə aiddir. Əlbəttə, bu təsvirlərin hamısı eyni vaxtda meydana gəlməyib, ayrı-ayrı dövrlərdə yaradılıb.

   Qobustan qayalarına insan fiqurları, müxtəlif heyvanların təsvirləri, ovçuluq səhnələri s. həkk edilib. Burada tək dayanmış insan rəsmləri, qrup halında «Yallı» oynayan adamların təsvirləri mövcuddur.

   Qobustan təsvirləri barədə tədqiqatçıların müxtəlif fikirləri var. Tədqiqatçıların əksəriyyəti bu rəsmləri sənət əsəri kimi qiymətləndirirlər. Buradakı qaya təsvirləri daş dövründən XIX əsrə qədər olan dövrün təsviri sənətini yazı mədəniyyətini özündə yaşadır.

   Məhz buna görə bu qədim sənət nümunələri ilə bağlı araşdırmaların aparılması, obyektiv elmi qənaətlərin əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan tarix elmləri namizədi Məlahət Fərəcovanın «Azərbaycan qayaüstü incəsənəti» kitabı maraq doğurur. Kitab müəllifin uzun illər apardığı elmi-tədqiqat işinin uğurlu nəticəsi olaraq meydana çıxıb.

   Kitab Mədəniyyət Turizm Nazirliyi tərəfindən üç dildə - Azərbaycan, rus ingilis dillərində nəfis şəkildə nəşr edilib. Mövzu ilə bağlı çoxsaylı illüstrativ materialların kitaba daxil edilməsi onun dəyərini xeyli artırıb.

   Müasir dövrdə qayaüstü təsvirlərin - petroqliflərin arxeoloji abidə kimi xüsusi əhəmiyyətini vurğulayan müəllif, eyni zamanda, qeyd edir ki, bu mühüm tarixi mənbələr uzun müddət xüsusi tədqiqat mövzusu olmayıb, nəşr edilmiş əsərlərin əksəriyyətində əsas diqqət petroqliflərin ümumi təsvirinə yönəldilib, onların dəqiq sistemli öyrənilməsi kənarda qalıb.

   Məlumdur ki, qayaüstü təsvirlərin öyrənilməsi qədim insanların mədəniyyəti, incəsənəti dünyagörüşü ilə əlaqədar bir sıra məsələlərin həllinə imkan verir. Azərbaycan qayaüstü təsvirlərinin arxeoloji cəhətdən yetərincə öyrənilmədiyini nəzərə alsaq, Məlahət Fərəcovanın «Azərbaycan qayaüstü incəsənəti» tədqiqat işinin bu sahədə mövcud boşluğun aradan qaldırılmasına müsbət təsiri öz-özünə aydınlaşar.

   Tədqiqat işinin əsasını Qobustan qayaüstü təsvirləri, daha dəqiq desək, bu təsvirlərin dövrlərə bölünməsi təşkil edir. Müəllifin fikrincə, bu mürəkkəb prosesin şərhi müxtəlif elmlərin, o cümlədən antropologiya, geologiya, paleontologiya, arxeologiya, etnoqrafiya tarix elmlərinin məlumatlarına əsaslanan araşdırmalar nəticəsində mümkündür.

   Müəllif onu da qeyd edir ki, Qobustan, Abşeron, Gəmiqaya Kəlbəcərdə arxeoloqların apardıqları tədqiqatlar əcdadlarımızın keçdiyi tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, onların mədəniyyətinin, xüsusən qayaüstü incəsənətinin təkamülü haqqında təsəvvür yaradır, Avropa Asiyanın mədəniyyət tarixləri ilə kontekstdə Azərbaycan qayaüstü təsvirlərinin yerini əhəmiyyətini düzgün anlamağa imkan verir.

   Tədqiqatın geniş xronoloji sərhədləri, müəllifin qeyd etdiyi kimi, petroqliflərdə müxtəlif tarixi dövrlərə aid kompleks təsvirlərin mövcudluğu ilə şərtlənir. Müəllifin araşdırmaları ayrı-ayrı komplekslərin geniş izahı ilə yanaşı, qayaüstü təsvirlərin xronologiyası, onların semantik təhlili bədii dəyəri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirir.

   Kitab ön söz, dörd fəsil nəticədən ibarətdir. Birinci fəsil «Azərbaycan qayaüstü təsvirlərinin tarixi-coğrafi icmalı» adlanır. Azərbaycan petroqliflərinin tədqiq edilməsinin tarixi icmalını şərh edərkən müəllif bu işin əsasının görkəmli arxeoloq İ.Cəfərzadə tərəfindən qoyulduğunu xüsusi vurğulayır, digər arxeoloqların tədqiqatlarına nəzər yetirir. Məlahət Fərəcova hər bir tədqiqatçının əməyini qiymətləndirir, onların fikirlərinə hörmətlə yanaşır, eyni zamanda, öz qənaətlərini əsaslandırır.

   Kitabın ikinci fəsli «Azərbaycan petroqliflərinin mövzu işlənilmə texnikasına görə təsnifatı» adlanır. Müəllif Azərbaycan qayaüstü təsvirlərini insan heyvan, hərəkət vasitələrinin təsvirlərinə, habelə antropomorf zoomorf təsvirlərə, işarələr, damğalar su çalalarına bölüb. Ayrı-ayrı təsvirlər üzərində arxeoloji etnoqrafik müşahidələr aparan müəllif onların səciyyəvi cəhətlərini üzə çıxarır, bu barədə öz fikir mülahizələrini şərh edir.

   Üçüncü fəsil Azərbaycan qayaüstü təsvirlərinin dövrləşdirilməsinə həsr olunub. Müəllif petroqliflərin tarixinə dair əldə edilmiş son dəlillərə əsaslanaraq mövcud xronologiyaya müəyyən düzəliş dəyişikliklərin edilməsini məqsədəuyğun sayır. O, eyni zamanda, petroqliflərin dövrləşdirilməsi ilə bağlı özünün konkret təkliflərini təqdim edir.

   Kitabın sonuncu fəslində Azərbaycan qayaüstü incəsənətinin semantikası şərh olunur.

   Məlahət Fərəcovanın qənaətinə görə, Azərbaycan petroqliflərinin təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, qayaüstü təsvirlər bölgənin qədim insanlarının tarixi keçmişi ilə bağlı özünəməxsus cəhətlərə malikdir. Qobustan, Gəmiqaya, Kəlbəcər Abşeronun qayaüstü təsvirləri sübut edir ki, həmin dövrün mədəniyyəti təcrid olunmuş deyil, qonşu əyalətlərin mədəniyyətləri ilə qarşılıqlı əlaqədə inkişaf edib.

   Müəllif onu da unutmur ki, Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsində bir sıra məsələlər hələ aydınlıq tələb edir. Qafqaz Avropa mədəniyyətlərinin inkişafında Qobustanın rolu müəyyənləşdirilməli, bu məqsədlə Qobustanda, habelə Gəmiqayada, Kəlbəcərdə Abşeronda geniş tədqiqatlar aparılmalıdır.

   Tədqiqat işi ilə bağlı müəllifə bir arzumuzu da bildirmək istərdik.

   Məlumdur ki, Azərbaycan qayaüstü təsvirləri arxeoloji abidə olmaqla yanaşı, həm sənət əsərləridir. Azərbaycan incəsənəti öz qaynaqlarını bu təsvirlərdən götürür. Ona görə bu təsvirlər həm bədii cəhətdən öyrənilsəydi, tədqiqat işi bundan qazanardı. Güman edirik ki, Məlahət xanım gələcək tədqiqatlarında bunu nəzərə alacaq.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2010.- 22 oktyabr.- S. 15.