Bakıda
“Beynəlxalq kulinariya günü”
qeyd edildi
Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzinin və Xəzər Universitetinin birgə təşkilatçılığı
ilə Bakıda “Beynəlxalq kulinariya günü” qeyd edildi. Dünyada 7-ci dəfə, Azərbaycanda
isə 4-cü dəfə
keçirilən bayramda
Azərbaycanın məşhur
kulinarları, ictimai xadimləri, ictimaiyyət nümayəndələri ilə
bərabər, 8 ölkədən
kulinariya sənəti
üzrə araşdırmaçılar,
mütəxəssislər də
iştirak edirdilər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin icraçı
direktoru Nailə Mürsəlova bildirdi ki, belə bir
günü keçirməkdə
məqsəd kulinariya
sənətini, aşpazlığın
nə qədər əhəmiyyətli bir peşə olduğunu təbliğ etməkdir: «Azərbaycanın ən məşhur aşpazları
bu tədbirdə öz bacarıqlarını
nümayiş etdirirlər.
Yeri gəlmişkən, mərkəzimizin
bir qrup əməkdaşı bu günlərdə Çində
beynəlxalq kulinariya tədbirində iştirak
edirlər. Daha bir qrup aşpazımız isə noyabrın 2-5-də
Moldovanın paytaxtı
Kişinyovda keçiriləcək
beynəlxalq kulinariya konfransında ölkəmizi
təmsil edəcək».
N.Mürsəlova Milli Kulinariya
Mərkəzinin ötənilki
uğurlarından da danışdı. Onun
sözlərinə görə,
2009-cu il ərzində mərkəzin
aşpazları 15-ə yaxın
beynəlxalq əhəmiyyətli
yarışlarda iştirak
edib və hər dəfə də qızıl və gümüş medallarla qayıdıb. Mərkəz
ölkə daxilində
keçirilən 7 kulinariya
tədbirinin təşkilatçısı
olub.
Sonra N.Mürsəlova tədbirdə
iştirak edən xarici nümayəndələrə,
eləcə də bu günlərdə Çinin Şanxay şəhərində keçirilən
«EXPO-2010» sərgisində Azərbaycan
milli mətbəxini layiqincə nümayiş etmiş Milli Kulinariya Mərkəzinin əməkdaşlarına diplomlar
təqdim etdi.
Qeyd edək ki,
“Beynəlxalq kulinariya
günü” münasibətilə
keçirilən tədbirdə
Kanada, Gürcüstan,
Yunanıstan, Bolqarıstan,
Rusiya, Fransa və Türkiyədən
nümayəndələr iştirak
edirdilər. Fransalı
kulinariya sənəti
araşdırmaçısı, professor Denis Saillard qəzetimizə açıqlamasında
bildirdi ki, Bakıya üçüncü
dəfə səfər
edir və hər gəlişində
də Azərbaycan mətbəxinə daha yaxından bələd olmaq imkanı qazanır: «Hər hansı bir xalqın mədəniyyətini
tanımaq üçün
ilk növbədə onun
mətbəxini öyrənmək
lazımdır. Azərbaycan mətbəxi
o qədər zəngin
və rəngarəngdir
ki, onu bir
neçə dəfə
buraya gəlməklə
tədqiq etmək və tanımaq mümkün deyil. Mətbəx
mədəniyyəti deyəndə
yalnız xörəklərin
dadı nəzərdə
tutulmur. Xalqınızın süfrəni bəzəmək,
hansı təamı nə vaxt təqdim
etmək kimi özünəməxsus adətləri
var ki, bunlar
da Azərbaycan mətbəxini fərqləndirən
başlıca xüsusiyyətlərdəndir».
Kulinariya bayramı Xəzər
Universiteti tələbələrinin
ifasında hazırlanan
milli rəqs nümunələri ilə
davam etdirildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 22 oktyabr.-
S. 9.