Beynəlxalq
caz festivalı davam edir
II Bakı Beynəlxalq
caz festivalı uğurla davam edir. Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində
festivalın “Yeni adlar” caz layihəsi
çərçivəsində Əfqan Rəsul və Elçin Şirinov konsert proqramı ilə çıxış etdilər.
Öncə tamaşaçılar qarşısına çıxan
Əfqan Rəsulovu konsert proqramında Ruslan Hüseynov (bass), Tofiq Cabbarov (perkussiya), Gennadi Qasıyev (zərb) müşayiət edirdi.
Bakı Musiqi Akademiyasında
təhsil almış
Əfqan Rəsul
2004-cü ildə Pianoçuların
IV Respublika Müsabiqəsinin
laureatı (I yer) olub. 2005, 2006-cı illərdə Bakıda beynəlxalq caz festivallarında çıxışları
ilə yadda qalıb.
Konsertdən öncə qəzetimizə
qısa açıqlama
verən Ə.Rəsul
festivaldan razı qaldığını qeyd
etdi: “Təbii ki, hər il
keçirilən caz festivalları gənclər,
sənətçilər üçün
öz imkanlarımızı
göstərməyə böyük
şərait yaradır.
Caz ciddi və azad
musiqidir. Bu musiqiyə əyləncə
kimi yanaşmaq doğru deyil. Mənim caz konsert proqramımda
xalq mahnıları ilə yanaşı, Fikrət Əmirovun musiqiləri və bəstələrim yer alıb”.
“Yeni
adlar” caz layihəsindən Elçin
Şirinovun da konserti də maraqlı keçdi.
Uşaq yaşlarından caza meyilli olan bu
gənc 2008-ci ildən
Bakı Caz Mərkəzində ifa edir. 2009-cu ildə Bakıda 6-cı zərb alətləri festivalında,
Almaniyanın Frankfurt, Frayberq,
Leypsiq şəhərlərində,
2010-cu ildə İsveçrənin
Bern və Bazel şəhərlərində, Fransanın
Marsel şəhərində
festivallarda iştirak edib. Konsertdə Elçin Şirinovu
Ruslan Hüseynov
(bass), Gennadi Qasıyev
(zərb) müşayiət
edirdi.
Yeganə
Mədəniyyət.-
2010.- 22 oktyabr.- S. 2