Rumıniyada
Azərbaycandan bəhs edən kitabların təqdimatı keçirilib
Oktyabrın
20-də Buxarestdəki Zabitlər Sarayının Mədəniyyət
Mərkəzində “Polemos” kitab sərgisi açılıb.
Sərgi
çərçivəsində Buxarest Yazıçılar
Assosiasiyasının sədri Horia Qırbyanın Rumıniyanın
“Top Form” nəşriyyatında çapdan
çıxmış “Azərbaycan - canlı alov”, Heydər Əliyev
Fondunun Rumıniya Nümayəndəliyinin direktoru İqbal
Hacıyevin “Azərbaycan Respublikasının Mərkəzi
Asiya dövlətləri ilə əlaqələri” və
ölkəmizin Rumıniyadakı səfirliyinin mədəniyyət
attaşesi Fəxri Kərimlinin “Azərbaycan Respublikası və
Rumıniya arasındakı münasibətlər (1993-2004)”
kitablarının təqdimat mərasimi keçirilib.
Mərasimdə
çıxış edən “Top Form” nəşriyyatının
direktoru, nüfuzlu “Geopolitika” toplusunun redaktoru Vasile Similyanu təqdimatı
keçirilən kitabların əhəmiyyətindən
danışıb, rəhbərlik etdiyi qurumlarla Azərbaycan
arasında əməkdaşlığın bundan sonra da
uğurla davam edəcəyinə inamını ifadə edib.
Rumıniyanın
Azərbaycandakı ilk səfiri, Babeş-Bolyai Universitetinin
Türkologiya və Mərkəzi Asiya Araşdırmalar
İnstitutunun direktoru, professor Tasin Cəmil azərbaycanlı
kitab müəlliflərinin elmi rəhbəri olduğunu
vurğulayaraq, təqdim edilən nəşrlərin rumın
dilində Azərbaycan və Orta Asiya haqqında
yazılmış fundamental əsərlər olduğunu diqqətə
çatdırıb.
Kitabların
müəllifləri Azərbaycanın tarixi, mədəniyyəti,
ədəbiyyat və iqtisadiyyatı, habelə Rumıniya-Azərbaycan
əlaqələrinin keçdiyi yol haqqında ətraflı
məlumat veriblər.
Sərgi
oktyabrın 23-də yekunlaşacaq.
Mədəniyyət.- 2010.- 22
oktyabr.- S. 2.