Yazıçı-publisist Mustafa Çəmənli ilə
görüş
Oktyabrın
22-də Mədəniyyət və İncəsənət
Universitetində yazıçı-publisist
Mustafa Çəmənli ilə
görüş keçirildi.
“Sənətşünaslıq”
fakültəsinin dekanı
Vəfa Əliyev tədbiri giriş sözü ilə açaraq, Mustafa Çəmənli
yaradıcılığından danışdı. “Ədəbi yaradıcılıq
və ekran dramaturgiyası” kafedrasının
müdiri, yazıçı-dramaturq
Aqşin Babayev çıxışında bildirdi
ki, Mustafa Çəmənli
yaradıcılığında vətənpərvərlik mövzusu
xüsusi yer tutur. Onun əsərləri Azərbaycan
gəncləri üçün
tükənməz ruh
mənbəyidir: “Mustafa Çəmənli
təkcə qələmi
ilə deyil, həm də mənəvi səviyyəsi,
şəxsiyyəti ilə
xalqımızda vətənpərvərlik
hissləri oyadır.
O, dəfələrlə döyüş
bölgələrində, səngərlərdə
olmaqla bunu bir daha sübut
edib”.
Tədbirdə iştirak edən
dramaturq Əli Əmirli də yazıçı həmkarının
yaradıcılığının məziyyətlərindən, ədəbi
nailiyyətlərindən danışdı,
Mustafa Çəmənlinin gözəl nasir və publisist olduğunu bildirdi. Jurnalist Tahir Aydınoğlu isə çıxışında
Mustafa Çəmənlinin könlünü sözə,
musiqiyə vermiş yazar, eyni zamanda,
Azərbaycanın peşəkar
jurnalistikasının görkəmli
nümayəndəsi olduğunu
diqqətə çatdırdı.
Tədbirdə
iştirak edən yazıçı-publisist İntiqam
Mehdizadə, rəssam
Natiq Ağayev,
professor Həsən Quliyev,
teatrşünas Atababa
İsmayıloğlu və
digər qonaqlar Mustafa
Çəmənlinin yaradıcılığından
söz açaraq onun “Xallı gürzə”, “Fred Asif”, “Mübariz” kitablarının
əsl vətənpərvərlik
salnaməsi olduğunu
vurğuladılar.
Görüşün sonunda Mustafa Çəmənli
ədəbi fəaliyyəti,
bu günə qədər qələmə
aldığı əsərləri
və Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimova
həsr etdiyi “Mübariz” povesti ilə bağlı tələbələrin suallarını
cavablandırdı.
Ceyhun
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 13.