“Dədə
Qorqud və keçmişdən gələcəyə
türk dastanları”
Oktyabrın 26-da Şimali Kipr
Türk Cümhuriyyətinin Orta Doğu Universitetində “Dədə
Qorqud və keçmişdən gələcəyə
türk dastanları” mövzusunda beynəlxalq simpozium işə
başlayıb. Orta Doğu Universiteti və TÜRKSOY-un birgə
təşkil etdiyi simpoziumda Türkiyə, Azərbaycan,
Qırğızıstan, Qazaxıstan, İran və digər
ölkələrdən nümayəndələr iştirak
edir.
Simpoziuma ümumilikdə 14 türk
dövləti və türk toplumlarından 50-dək
iştirakçının qatıldığı bildirilir. Tədbirə
Azərbaycandan Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar, Bakı Slavyan Universitetinin
rektoru, professor Kamal Abdullayev, Bakı Dövlət Universitetindən
professor Əsgər Rəsulov, Dövlət Pedaqoji
Universitetindən professor Elman Quliyev və başqaları dəvət
olunublar.
Simpozium çərçivəsində
Berik Barisbekovun (Qazaxıstan) hazırladığı “Dədə
Qorqud” sənədli filminin nümayişi və Namit Kerimbəkovun
“Türk xalqlarının ortaq ədəbi əsərləri”
adlı kitabının təqdimatı olacaq. Tədbir
oktyabrın 27-də işini
yekunlaşdıracaq.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 13.