Sovet dövrü filmlərimizin taleyi

 

   Kino tariximizdən

  

   Ekran əsərləri Moskvanınsüzgəcindənnecə keçirdi?

  

   SSRİ dövründə kino sahəsində müttəfiq respublikalar üçün müəyyən qaydalar olub. Əgər çəkilən filmdə ayrı-ayrı müttəfiq respublikaların aktyorları, kino işçiləri yer alırdısa, yəni ekran əsərisovet kinematoqrafiya ailəsi”nin məhsulu olurdusa, o zaman mərkəzin, Moskvadakı kino məmurlarının etimadını daha çox qazanırdı. Sözsüz ki, filmin mövzusu da nəzərə alınırdı. Digər tərəfdən, Moskva bəyənmədiyi filmlərə filmlərdəki bəzi epizodlara rahatca qadağa qoyurdu. Bu mənada Azərbaycan kinematoqrafçılarının işlərinə münasibət daha kəskin idi. Sözsüz ki, bəzi mövzuları mərkəz özü sifariş edirdi.

  

  

   Bakıkinostudiyasının 1943-cü ildə istehsal etdiyiBir ailə” (rejissor Mikayıl Mikayılov, Rza Təhmasib, Qriqori Aleksandrov, ssenari müəllifləri Mir Cəlal, İosif Prut, Lev Vaysenberq) filmi II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan sovet adamlarının vətənpərvərliyindən bəhs edir. Azərbaycanlı döyüşçü məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinin qonağı olur, onu mehribanlıqla qarşılayırlar. Filmin qəhrəmanı ilə ev sahiblərinin qızı arasında məhəbbət hissləri yaranır. Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. AmmaBir ailəfilminin nümayişi 1953-cü ilədək, Sovet İttifaqının rəhbəri İosif Stalin vəfat edənə qədər qadağan olunub. Çünki ekran əsərində real mövzular həmin dövrün rəhbərliyini razı salmırdı.

  

   “Bu vurhavurdaArşın mal alanyeridir?”

  

   Bir ailəfilmindən iki il sonra, 1945-ci ildə ekranlaraArşın mal alan” (rejissor Rza Təhmasib, Nikolay Leşşenko, ssenari müəllifi Sabit Rəhman) filmi çıxdı. Ekran əsəri Moskvada baxışa aparılarkən komissiyanın bəzi üzvləri komediya janrında olan filmə irad bildiriblər: “Bu vurhavurda, müharibənin ağrı-acısının davam etdiyi bir vaxtdaArşın mal alanyeridir?”.

   Əvəzində Stalin filmi çox bəyənib. Müharibədən yenicə çıxan sovet xalqları üçün bu cür musiqili komediyanın lazım olduğunu o, yaxşı bilirdi. Hətta 1946-cı ildə filmə görə bəstəkar Üzeyir Hacıbəyliyə, rejissor Rza Təhmasibə, aktrisalar Leyla Bədirbəyliyə, Münəvvər Kələntərliyə, aktyorlar Rəşid Behbudova, Lütfəli Abdullayevə Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verildi.

  

   Azərbaycanlı bəy rus kazakını döyə bilməz

  

   1969-cu ildəAzərbaycanfilmkinostudiyasındaBizim Cəbiş müəllimDəli Kürkimi uğurlu filmlər istehsal olundu. Adıçəkilən ekran əsərləri müxtəlif formalarda senzuraya məruz qalıb.

   Bizim Cəbiş müəllim” (rejissor Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyov) filmində Böyük Vətən müharibəsi illərində hər cür maddi çətinliklərə dözən sadə adamların mənəvi ucalığından söhbət açılır. Bununla yanaşı ekran əsərində faşizm üzərində qələbənin qazanılmasında Bakı neftinin oynadığı tarixi roldan söhbət açılır, Sovet Ordusuna yanacağın 70 faizinin məhz Bakıdan getdiyi vurğulanır. Moskva filmin bir neçə epizodu ilə yanaşı, neft mühəndisi Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verib. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olub. Beləliklə, fakt filmdə olduğu kimi qalıb.

   Tarixi-dram janrında çəkilənDəli Kür” (rejissor Hüseyn Seyidzadə, ssenari müəllifi İsmayıl Şıxlı) ekran əsərinin isə o vaxt Moskva tərəfindən final hissəsi dəyişdirilib. Filmin ilkin variantında Cahandar ağanın rus kazaklarının başçısını qamçıladıqdan sonra başlanan döyüşdə kazakların onu arxadan güllələməsi verilib. Lakin Moskva bunu qəbul etmir qeyd edirlər ki, azərbaycanlı bəy rus kazakını döyə bilməz. H.Seyidzadə həmin səhnəni dəyişdirməyə məcbur olub. Səhnə Allahyarın Cahandar ağanı öldürməsi ilə əvəzlənib. Beləcə filmin finalı öz effektini itirib. Qeyd edək ki, müstəqillik illərində filmin əvvəlki finalı bərpa olundu. Filmdəki rus ziyalısının yumurta döyüşdürmə səhnəsini tənqid edənlər çox olub. Bütün bunlara baxmayaraq, H.Seyidzadə Novruz bayramını filmdə təsvir edə bilib.

  

   Yeddi oğul istərəm  Axırıncı aşırım”: Moskva nələri bəyənməmişdi?

  

   Tarixi-inqilabi janrda çəkilənYeddi oğul istərəm” (1970, rejissor Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu) filmində əsasən iki səhnə tənqid olunub. Birincisi Novruz bayramı ilə bağlı olan səhnədir. Amma ondan əvvəlki filmlərdə Novruz bayramı mövzusu işləndiyi üçün məsələ o qədər aktual deyildi. İkincisi isə Gəray bəylə əlaqəli idi. Gəray bəy filmin sonunda komsomolçulara təslim olmur özünü güllələyir. Sovet dövrü üçün mənfi hesab edilən bir obrazın bu cür igidliyini Moskva həzm edə bilmirdi. Film sovet dövründə televiziyada nümayiş etdirilərkən Gəray bəyin özünü öldürməsi səhnəsi aydın şəkildə göstərilmirdi.

   Qeyd edək ki, “Yeddi oğul istərəmfilmi SSRİ dövründə xaricdə kinoprokatdan ən çox gəlir gətirən filmlərdən biridir.

   Senzuraya məruz qalanAxırıncı aşırım” (1971, rejissor Kamil Rüstəmbəyov, ssenari müəllifi Fərman Kərimzadə) filminin finalı iki nüsxədədir. Birinci nüsxədə Qəmlo Kərbəlayının sözünə məhəl verməyib Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayı isə qəzəbindən Qəmlonu öldürür. Digər nüsxədə isə Qəmlo Kərbəlayının oğlu Yədullanın məzarının yanında gizlənən qaçaq tərəfindən öldürülür. Hazırda hər iki nüsxə qorunub saxlanılır.

   Birinci variantda Kərbəlayının belə cəsur göstərilməsi Moskvanın xoşuna gəlmir rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Dəyişdirilən səhnədə Kərbəlayının adamlarından biri təşviş içərisində gəlib kəndlilərəKərbəlayı Qəmlonu gəbərtdixəbərini verməsi yuxarıda deyilənləri sübut edir.

  

   Həyat bizi sınayır

  

   Qayçılananfilmlərdən biri dram janrında çəkilənHəyat bizi sınayır” (1972, rejissor Şamil Mahmudbəyov, ssenari müəllifləri Vidadi Babanlı, Mixail Papava) filmidir. Ekran əsərində həyatın sərt sınaqlarından çıxan gənc metallurqun taleyindən söhbət açılır. Filmin ssenari müəllifi Vidadi Babanlı senzura ilə bağlı qeyd edib: “Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Moskva məhz milli ruhla zəngin olan kadrların məhvinə çalışırdı”.

   Filmdə Rəşidin ustasına corab hədiyyə etməsi Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar çıxarılıb. Elə buna görə film yarımçıq təsir bağışlayır.

  

   ErmənilərQaçaq Nəbi”yə uduzdu

  

   Tarixi-qəhrəmanlıq janrında çəkilənAtları yəhərləyin” (1985, Rejissor Əbdül Mahmudov, Həsənağa Turabov, ssenari müəllifi Əhmədağa Muğanlı, Süleyman Rüstəm) filminin adı istehsalatın sonuna qədər bir neçə dəfə dəyişdirilib. Bunun səbəbkarları o zaman SSRİ Dövlət Kinematoqrafiyasının erməni baş redaktoru olub. Hətta Qaçaq Nəbinin quldur olduğu iddiasını ortaya ataraq filmin istehsalının dayandırılmasına da çalışıb.

   Moskvada bildirilirdi ki, nəyə görəAzərbaycanfilmkinostudiyası erməniləri məhv edərək daima qaçaq həyatı sürmüş belə bir quldur haqqında film çəkməklə onu qəhrəman səviyyəsinə qaldırıb. Bundan sonra da ermənilər rəsmi şəkildə M.S.Qorbaçova müraciət edərək bu məsələyə qarşı münasibət bildirilməsini xahiş ediblər.

   Filmin Moskva tərəfindən təsdiq olunmasında Süleyman Rəhimov, Famil Mehdi böyük rol oynayıb. Mərkəzi Komitə yenidən filmə baxış keçirib. Qərar qəbul edilir ki, “film adı dəyişmək şərti ilə ekranlara çıxsın”. Qaçaq NəbiadıAtları yəhərləyinadı ilə əvəz olunur. Film bir müddətQanlı zəmi adlandırılıb.

   Ümumiyyətlə, o dövrdə kino sahəsi fəhlə, kolxozçu əməyinə geniş yer verilməsi tələbi ilə işləyirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlib. Ona görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda tam bütövlük hiss etmirik.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 11.