Səs
Yazıları Arxivinə 4000-dən artıq val
təqdim edilib
Məhv olmaq təhlükəsi ilə
üzləşmiş 4000-dən artıq qiymətli val
Dövlət Səs Yazıları Arxivinə təqdim edilib.
Ötən əsrin ortalarında
Azərbaycana aid bütün qrammafon valları Ümumittifaq Melodiya
Səsyazma Şirkətinin Bakıda yaradılan anbarında cəmləşərək
aidiyyəti ünvanlara paylanırdı. Bu anbar uzun müddət
fəaliyyətini dayandırdığından on minlərlə
xüsusi qiymətli qrammafon valları binanın zirzəmisində
məhv olmaq təhlükəsi qarşısında
qalmışdı. Bu yaxınlarda əməkdaşların təşəbbüsü
ilə həmin valların bir qismi - 4000-dən çoxu
seçilərək arxivə gətirilib.
Azərbaycan musiqi mədəniyyətinə
sanballı töhfə olan həmin qrammafon vallarının
arasında Cabbar Qaryağdıoğlu, Keçəçioğlu
Məhəmməd, Məşədi Məmməd Fərzəliyevin
ifasında 1905-1912-ci illərdə yazılmış
muğam, təsnif və xalq mahnıları, aşıq və
saz havaları, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev,
Cövdət Hacıyev, Arif Məlikov, Fikrət Əmirov,
Niyazi, Fikrət Əmirov və başqalarının əsərləri
yazılmış vallar var.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 11.