Bakı
şəhəri mədəniyyət müəssisələri
bədii rəhbərlərinin toplantısı
Oktyabrın 26-da Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsində mədəniyyət müəssisələrinin
bədii rəhbərlərinin toplantısı keçirildi.
Toplantıda bədii rəhbərlərin
vəzifələri və səlahiyyətləri, asudə
vaxtın səmərəli təşkili, tədbirlərin həyata
keçirilməsinə birbaşa cavabdehlik, işə davamiyyət,
müəssisələrdə zalların və texniki
avadanlıqların icarəyə verilməsi haqqında
müzakirələr aparıldı.
Toplantı zamanı bədii rəhbərlər,
onlar üçün hazırlanmış xüsusi testlərdən
keçdilər. Testlərin nəticələri toplantı ərzində
müzakirə edildi.
Müzakirələr zamanı mədəniyyət
müəssisələri nəzdində fəaliyyət
göstərən kursların təşkili və
açılması, kursları bitirdikdən sonra diplom və
sertifikatların verilməsi, onların düzgün tərtib
olunması, həmçinin dərs qrafiklərinə aid məsələlərə
toxunuldu. Bundan başqa, oktyabrın 23-də keçirilən
iməciliyin nəticələri və
araşdırılması, təmirə ehtiyacı olan mədəniyyət
evlərinin vəziyyəti, musiqi məktəbləri ilə
qarşılıqlı iş birliyinin qurulması, Bakı
Uşaq Teatrının tamaşalarının müəssisələrdə
nümayişinin təşkili haqqında söhbət
aparıldı. 9 noyabr - Dövlət Bayraq Günü ilə əlaqədar
keçiriləcək tədbirlər müzakirə olundu.
Toplantıda 11 nəfərdən
ibarət Bədii rəhbərlərin Şurasının
yaradılması da qərara alındı.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 9.