Özbəkistan kino nümayəndələri Dövlət Film Fondunda oldular

 

   Oktyabrın 25-də “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Film Fondunda oldular. Film Fondunun direktoru Cəmil Quliyev Özbəkistanın kino nümayəndələrini buradakı arxivlə tanış edib. Qonaqlar Azərbaycanda özbək filmləri həftəsində nümayiş etdirilən 70-ə yaxın filmin fotosərgisinə maraqla baxıblar. Fondun arxivində onlara keçən əsrin 70-ci illərində “Özbəkkino” tərəfindən “Azərbaycanfilm”ə bağışlanan 40-dan çox filmin kolleksiyası göstərilib. Hazırda “Özbəkkino”nun arxivində olmayan bu nadir filmlərin qorunub saxlanması üçün qonaqlar azərbaycanlı həmkarlarına təşəkkürlərini bildiriblər.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 3.