“Gələcək əməkdaşlıq üçün imkanlar çoxdur

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın “The Times” qəzetinə müsahibə verib

     

   Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinin 21 oktyabr tarixli sayında Azərbaycan haqqında xüsusi hesabat dərc edilib. “Upper Reach” media agentliyinin qəzetin sifarişi əsasında hazırladığı hesabat Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsinin inkişafına həsr edilmiş ayrı-ayrı materiallardan ibarətdir. Qəzetdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə müsahibə də dərc olunub.

  

   - Azərbaycan xaricdə necə tanınır və bu, reallıqdan necə fərqlənir?

   - İlk dəfə biz istedadlı gənclərimizlə birgə xaricdə müxtəlif müsabiqə, festivals. tədbirlərdə iştirak edərkən hər kəs üçün bizim haradan gəldiyimiz maraqlı idi. “Azərbaycan? Ora haradır?” deyə suallar verirdilər. Onlar çox vaxt ölkəmizin Əfqanıstanı xatırlatdığını düşünürdülər. 1996 və 2000-ci illərdə Atlanta və Sidneydə Yay Olimpiya Oyunlarında iştirak edən atletlərimizin mükəmməl çıxışları sayəsində orada hamı Azərbaycanı və bizim bayrağımızı tanıdı, ölkəmizin güclü idmançılarının olduğunu qəbul etdi.

   Beləliklə, qurulan hər yeni əlaqə ölkəmizin xaricdə yeni mənzərəsini yaradırdı. Ümumilikdə, Azərbaycanın qlobal mənzərəsi son 10-15 ildə əsaslı şəkildə dəyişib. Avropa Birliyidaxil olmaqla Azərbaycan beynəlxalq təşkilatlarda çox zəif mövqeyə sahib idi. Bu gün isə biz beynəlxalq arenada fəal rol oynayır və çoxlu beynəlxalq tədbirlərə, müsabiqələrə, musiqi festivallarına ev sahibliyi edirik. Bütün bunlar isə ölkəmizin simasını dəyişdirir.

   Əlbəttə, biz xariciləri ölkəmizə dəvət edərkən onlar Azərbaycanın yerləşdiyi coğrafiyanı göz önünə alaraq qərar verməkdə müəyyən dərəcədə çətinlik çəkirlər. Biz Cənubi Qafqazda çoxlu konfliktlərlə əhatə olunmuş bir ərazidə yerləşirik. Buna görə də xaricilər çox zamanüçün Azərbaycana gəlməli olduqlarını soruşurlar. Turistlər başa düşməlidirlər ki, Azərbaycan təhlükəsizlik, sabitliyin bərqərar olduğu bir ölkədir və Bakının küçələri ilə addımlayarkən ölkəmizin öncəki vəziyyətinin necə olduğunu təsəvvür edə bilərlər.

   - Bakı İslam mədəniyyətinin paytaxtıdır. Bu konkret olaraq nəyi bildirirbundan necə yararlanırsınız?

   - İlk öncə onu qeyd edim ki, ölkəmizdə çoxlu mədəni tədbirlər həyata keçirilir və yüksək klassik musiqi mədəniyyətinə sahib olan Azərbaycan, Şərqdə ilk parlamentə sahib olduğu kimi, ilk operanın da bəstələndiyi bir məkandır. Azərbaycan musiqi məktəbi hətta sovet dövründə də çoxlu istedadlı bəstəkarlar yetişdirib. Ölkəmizdə hər il beynəlxalq caz festivalı, M. Rostropoviç adına beynəlxalq musiqi festivalı keçirilir. Biz bu yaxınlarda ilk beynəlxalq kitab yarmarkası və Londonun ViktoriyaAlbert Muzeyinin sərgisinə də ev sahibliyi etmişik.

   Muzeyləri, teatrları təmir-bərpa edir, yenilərini tikirik, teatr festivallarını ölkəmizə gətiririk. İndiyə qədər Hindistanİran ərazisində qalmaqda olan oda sitayiş, zərdüştlüyün əsası Azərbaycanda qoyulub, xristianlıq isə Azərbaycana eramızın I əsrində gəlib. Altı əsr ərzində xristianlığın yayıldığı Azərbaycana İslam dini VIII əsrdə daxil olub. Bu dinlər xalqımızın genetik yaddaşında qalıb, indioda sitayişdən irəli gələn Novruz bayramı, xristian bayramları və eləcə də İslam bayramlarını qeyd etməyimizə zəmin olub. Bu çox vacibdir və məhz buna görə mən inanıram ki, Azərbaycana gələn hər bir turist özü üçün maraqlı nə isə tapa bilər. Burada məscid, kilsələrlə yanaşı, pablar, restoranlar, müasir otellər və s. də var. Biz müsəlman ölkəsi olmaqla yanaşı, həm də dünyəvi dövlətik. Tolerant və qonaqpərvər insanların yaşadığı ölkəmizdə bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdir.

   - MDB, Qərbi Avropa, Mərkəzi Asiya və digər ərazilərdən turistləri ölkəyə cəlb etmək nə dərəcədə çətindir?

   - Azərbaycan turistlər üçün xəritədə yeni məkandır. Biz hətta 2001-ci ilə kimi Dünya Turizm Təşkilatının üzvüdeyildik. Hazırda isə biz çox fəalıq və Bakıda Dünya Turizm Təşkilatının və eləcə də bir çox Avropa təşkilatlarının toplantılarını keçiririk. Azərbaycanın təbliği məqsədilə 2001-ci ildə keçirdiyimiz beş yarmarkanın sayı indi il üzrə 25-ə çatıb.

   Biz “Bakı Prosesiadlanan və mədəniyyətlərarası dialoqu təbliğ edən yeni bir prosesin əsasını qoymuşuq. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb arasındakı əlverişli coğrafi mövqeyindən də irəli gələrək biz Bakının tolerantlıq və mədəniyyətlərin qovuşduğu bir mərkəz rolunu oynamasını istəyirik. Bu gün Azərbaycanın müxtəlif mədəniyyətlərin bir araya gəldiyi məkan kimi tanınması turizmin inkişafı üçünçox əhəmiyyətlidir. Münaqişələrlə xarakterizə olunan müasir dünyada dini dözümlülük məkanı olan Azərbaycan özünün mövcud sülh və təhlükəsizlik şəraitindən qeyri-neft sektorunun vacib sahəsi olan turizmin inkişafı üçün istifadə edir.

   Bir neçə ildir ki fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutubir neçə turizm informasiya mərkəzləri hesabına bu göstəricilər xeyli artıb. 2002-ci ildə biz bu işə başladıqda hər il Azərbaycana xaricdən 834 min qonaq gəlirdi ki, onlardan da 576 mini xarici turist hesab olunurdu. 2009-cu ildə isə turistlərin sayı 1 milyon 430 min nəfərə çatıb. Bu göstəricini biz ondan öncəki ilin statistikası ilə müqayisə etdikdə qlobal böhrana baxmayaraq 1,5 % artım görürük.

   - Sizin fikrinizcə, turizm sahəsinin inkişafında Birləşmiş Krallıqdan olan sərmayəçilərin nə kimi rolu ola bilər?

   - Britaniya sərmayəçiləri otel tikintisinə sərmayə qoya, turizm şirkətlərini açaöz ölkələrindən çoxlu turist cəlb edə bilərlər. Azərbaycanın imkanlarını nümayiş etdirmək məqsədilə biz turist şirkətləri və mətbuat üçün xüsusi məlumat turları təşkil edə bilərik. Əlbəttə ki, çoxlu istiqamətlər var; məsələn, bizim regionlarda turizmi inkişaf etdirmək üçün müxtəlif layihələrin hazırlanmasında dəstəyə ehtiyacımız var. Gələcək əməkdaşlıq üçün imkanlar çoxdurbiz özümüzbunda maraqlıyıq. Məlumdur ki, azərbaycanlı gənclərin çoxu təhsil almaq məqsədilə Böyük Britaniyaya gedirsonra onların bir qismi orada işləmək üçün qalır. Həm buna, həm də Britaniya cəmiyyətinin çox tolerant və müxtəlif tərkibli olmasına görə biz əlaqələrin inkişafını istəyirik. Britaniyalı turistlərin ölkəyə gəlişi müsbət haldır, çünki çoxlu turist çoxlu gəlir deməkdir.

   Məlumdur ki, Bakı və London arasında gündəlik aviareyslər təşkil olunub. Hər iki ölkəyə təyyarə ilə səfər etmək mümkündür. Bu isə iki ölkə arasında səyahət edən çoxlu sərnişinlərin olmasını göstərir.

 

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 4.