Sloveniya ilə mədəni əlaqələr genişlənir

 

   Azərbaycan ilə Sloveniya arasında mədəni dialoqun qurulması genişləndirilməsi istiqamətində tədbirlər davam etməkdədir. Bu məqsədlə Azərbaycanın Sloveniyadakı səfirliyi, xarici işlər mədəniyyət nazirliklərinin dəstəyi iləDünən, bu gün, sabahadlı layihə hazırlayıb. Layihə çərçivəsində Azərbaycanda Sloveniyada 2010-2011-ci illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

  

   Azərbaycanın Sloveniyada müvəqqəti işlər vəkili Emil Həsənov məlumat verib ki, hazırda layihənin müəllifi sloveniyalı mədəniyyət xadimi professor Vesna Çrnivets Azərbaycanın qədim yaşayış məskəni olan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib. Layihə çərçivəsində Lahıc orta məktəbindəLahıca xoş gəlmisinizfilmi nümayiş etdirilib, məktəb şagirdlərinin işlərindən ibarət fotosərginin açılışı olub.

   İsmayıllı rayonu Lahıc qəsəbəsi ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir maraqla qarşılanıb. Qeyd edilməlidir ki, Azərbaycanın qədim mədəni irsinin nümunəsi olan Lahıc qəsəbəsinin, Nic Qırmızı qəsəbə ilə yanaşı UNESCO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi nəzərdə tutulur.

 

  

  Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 3.