Azərbaycan musiqisinin avazı hər kəsi heyran etdi

 

   “Avaza-2010” beynəlxalq festivalının qalibləri səfər təəssüratlarını bölüşdülər

  

   Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, avqustun 18-20-də TürkmənistanınAvazamilli turizm zonasında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə keçirilənAvaza - 2010” Beynəlxalq musiqi, mahnı rəqs festivalında Azərbaycan sənətçiləri ali mükafata - Qran-priyə layiq görülüblər. Xatırladaq ki, festival yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası dostluq yaradıcılıq əlaqələrinin yaradılması məqsədi ilə həyata keçirilir. Musiqi bayramında 21 ölkə təmsil olunub.

  

   Bu sənət yarışmasında ölkəmizi Mədəniyyət Turizm Nazirliyinin xətti ilə Dövlət Opera Balet Teatrının solisti, Səbuhi İbayev, Dövlət Filarmoniyasının solisti Almaz Orucova, tar ifaçısı Rüfət Hüseynov, kamança ustası Elnur Mikayılov təmsil ediblər.

   Festivaldan uğurla dönən musiqiçilərimiz təəssüratlarını bizimlə bölüşdülər.

  

   Səbuhi İbayev, Opera Balet Teatrının solisti:

 

   - Bu festivalda iştirak etmək bizim üçün çox xoş idi. İlk gündən hiss etdik ki, ev sahibləri festivala yüksək səviyyədə hazırlaşıblar, eyni zamanda özümüzə qarşı olduqca böyük diqqət, qayğı gördük. Festivalın ilk günü gözəl bir muğam parçası, ardınca da Şəfiqə AxundovanınMehriban olaqmahnısını ifa etdik. İfamız yüksək səviyyədə qarşılandı. Bağlanış mərasimində isəQarabağ şikəstəsi”ni tamaşaçılara təqdim etdik, böyük alqışlar qazandıq. Çox şadıq ki, 21 ölkə arasında festivalın ən yüksək mükafatına - Qran-priyə layiq görüldük. Eyni zamanda bizə diplomlar, hədiyyələr təqdim etdilər. Ancaq bizim üçün ən önəmlisi bu idi ki, festivalda Azərbaycan musiqisinin qüdrətini, təntənəsini nümayiş etdirə bilək buna da nail olduq.

   Avaza -2010” festivalının qeyri-adiliklərindən biri bu idi ki, festivalda iştirak edən ölkələrin musiqiçiləri səsvermə yolu ilə qalibləri təyin edirdilər. Səsvermə yolu ilə birinci olduq təbii ki, bu uğur bizi həddən artıq sevindirdi. Bütün bunlar bir daha sübut etdi ki, Azərbaycan muğamı dünyanın hər bir ölkəsində sevilir.

  

   Almas Orucova, Filarmoniyanın solisti:

 

   - Biz bu festivala Mədəniyyət Turizm Nazirliyinin göndərişi ilə getdik deyim ki, çox böyük təəssüratla qayıtdıq. Festival Türkmənbaşı şəhərində keçirilirdi. Festivalın ilk günündə Azərbaycan adı çəkiləndə zalda böyük canlanma yarandı. Biz bu festivalda çox böyük ürəklə, həvəslə iştirak etdik. Azərbaycan, Tacikistan Qazaxıstan Qran-priyə layiq görüldü.

   Festival tam folklor tərkibli deyildi, müxtəlif musiqi janrlarında ifalar vardı. Amerikadan, Avstriyadan, İrandan Rusiyadan, Koreyadan, Türkiyədən, Hindistandan gələn musiqiçilər vokal, estrada, pop musiqiləri ifa edirdilər.

   Bağlanışda ifa etdiyimizQarabağ şikəstəsiisə alqışlarla qarşılandı. Bu mənim sənət dostlarımın uğurundan daha çox, Azərbaycan muğamının Azərbaycan musiqisinin uğuru, musiqimizin insanlar arasında, xalqlar arasında əldə etdiyi nüfuzun göstəricisi idi. Çünki Azərbaycan adı gələndə tamaşaçıların o alqışı, reaksiyası bizi çox ruhlandırdı. Festivalın birinci mükafatına layiq görüldüyümüzə görə, eyni zamanda növbəti ilin festivalına da dəvət almış olduq.

  

   Rüfət Hüseynov, tar ifaçısı:

 

   - Möhtəşəm bir festivalın iştirakçısı olduq, buna görə Mədəniyyət Turizm Nazirliyinə öz təşəkkürümüzü bildiririk. Festivalda daha çox bizim milli musiqimizlə maraqlanırdılar festival günlərində bir çox telekanallara Azərbaycan musiqisi ilə bağlı müsahibələr verdik. Sənət dostlarım festivalın açılış bağlanışındakı çıxışımızla bağlı ətraflı məlumat verdilər. Festivalın ikinci günü açıq havada keçirilirdi mən tarda Süleyman ƏləsgərovunŞalaxoəsərini ifa etdim. Təbii ki, Azərbaycan musiqisi harada səslənirsə səslənsin, alqışlarla qarşılanır. Çıxışlarımız olduqca uğurlu oldu, ən əsası budur ki, səsvermə yolu ilə festivalın birinci mükafatına layiq görüldük. Səsvermə maraqlı formada düşünülmüşdü. Kim hansı ölkəyə səs verəcəkdisə, yazıb ağacdan yonulmuş dəvə fiqurunun içinə atırdı. Qran-priyə layiq olan ilk ölkə biz olduq bu sevinci yaşamaq çox xoş idi.

  

   Elnur Mikayılov, kamança ustası:

 

   - “Avaza -2010” festivalı yaddaqalan bir festival oldu. İlk çıxışımızdan hiss etdik ki, bu festivaldan əliboş qayıtmayacağıq. Çünki hər çıxışımız ürəkdən alqışlanırdı. Belə oldu. Birincilik qazandıq. Qran-pri ilə yanaşı, bizə türkmənlərin milli aləti olan dutar milli geyimlərini hədiyyə etdilər. Bu Azərbaycan muğamının, Azərbaycan musiqisinin növbəti qələbəsi idi əminəm ki, bu uğurların davamı hələ çox olacaq.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2010.- 1 sentyabr.- S. 4.