Gərək sənətin dəlisi olasan

 

   Səyavuş Aslan: “Deyirlər ki, insan öləndən sonra yenə təkrar dünyaya gəlir. Əgər nə vaxtsa mənim kimi bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm...”

  

   Ömrünün 56 ilini səhnədə keçirən, sağlığında sənətinin canlı əfsanəsinə çevrilən, teatr və kinoda yaratdığı obrazlarla milyonların qəlbinə yol tapan Xalq artisti Səyavuş Aslanın sentyabrın 5-də 75 yaşı tamam olur.

  

   Onunla beş il əvvəl, 70 illik yubileyi ərəfəsində çox sevdiyi məkanda - Dənizkənarı Milli Parkda görüşüb söhbət etmişdik. Beş ildən sonra, 75 illik yubileyi ərəfəsində yenə eyni məkanda görüşdük. Məkan da dəyişib, müsahibim də, elə mən də.... Hə, illər öz işini görür. Beş il əvvəlkindən fərqli olaraq həmsöhbətim gözümə xeyli dalğın və kədərli göründü...

   Eynən payız kimi...

  

   - Səyavuş müəllim, son beş ildə nələr oldu, nələr baş verdi?

   - Bu beş ildə yağış yağdı, külək qopdu, bir çox hadisələr oldu, xəstələndim, teatrdan uzaqlaşdım.

   - Neçə ildir səhnədən uzaq düşmüsünüz?

   - İki ilə yaxındır.

   - Səhnə üçün darıxmısınız?

   - Yox, darıxmamışam, çünki səhnəni o qədər çox istəyirəm ki, elə kənardan baxmağın özü də ləzzət eləyir.

   - 75 yaşın astanasında dayanan Səyavuş Aslan 56 il əvvəl sənətə qədəm qoyan Səyavuş Aslanın arzularını gerçəkləşdirə bildimi?

   - Haradasa hə, haradasa yox. Sənət aləmində əsl sənətkar olmaq üçün kəşməkəşli yollardan keçməlisən. O yollarda çətinliklər də, dözülməz vəziyyətlər də olur, xoş, sevincli günlər də. Əlbəttə, uzun bir yoldur. Kim bütün çətinliklərə dözürsə, sənətkar olur. Mən də buna nail olmuşam.

   - Nələrin hesabına?

   - İstedadımın, Allah tərəfindən verilən verginin hesabına. Yolum həmişə açıq olub, çox asanlıqla istədiyimə nail olmuşam.

  

   Teatr mənim üçün məbədgahdır

  

   - Yarım əsrdən çox səhnədə olandan sonra deyə bilərsinizmi, səhnə sizin üçün nədir?

   - Necə ki, məscidə səcdə etməyə gedərsən, teatr da elə bir yerdir. Orada başqalarının taleyini oynamaq, başqalarının taleyini yaratmaq əsl sənətkarlara nəsib olub. Mənim üçün səhnə həmişə ən əziz yer olub, olacaq da. Həmişə! Çünki mən bu sənətə uşaqlıqdan bağlı olmuşam, gənc vaxtımdan rəhmətlik Ağadadaş Qurbanovun - biz ona Mirzəqədeş deyərdik - tələbəsi olmuşam, ondan sənətin ilk sirlərini öyrənmişəm. Səhnə həmişə mənim üçün böyük məbədgah olub. Gərək bu səhnənin, sənətin dəlisi olasan.

   - İlk addımlarınızı Musiqili Komediya Teatrında atmısınız. Amma sonra ayrıldınız bu teatrdan...

   - Bayaq dedim ki, sənətə bağlı, vergili, Allahı sevən adamam. Həmişə istəmişəm ki, sənətlə bağlı xalqıma, tamaşaçılarıma yeni bir söz deyim. Amma Musiqili Komediya Teatrında bu alınmırdı. Alınmırdı ona görə ki, bu teatrın tavanı vardı. Bu tavandan yuxarı qalxmaq olmurdu. Həmişə sənətdə özümü göstərmək istəmişəm. Rəhmətlik Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova söhbət edəndə eşitmişdim ki, Dram Teatrı böyük sənət ocağıdır. Bu teatrda hər bir sənətkar püxtələşib, hərtərəfli, böyük sənətkar ola bilər. Çünki orada klassiklərimizin əsərlərini oynamaq olur. Azərbaycan Milli Dram Teatrının tavanı o qədər hündürdür ki, qalxıb göylərə ucala bilərsən. Onu nəzərə alaraq mən komediya teatrından getdim istədiyimə nail oldum.

   - Azərbaycan teatrınınqızıl dövr”ünün şahidi kimi sənətin qızıl qaydalarının pozulmasından narahatsınız?

   - Mən teatrınqızıl dövr”ünü görmüşəm. Onda bütün teatrlar böyük sənətkarların ocağı idi. Çoxları dünyasını dəyişib. Mən daxil olmaqla o dövrü görən adamlar indi narahat oluruq ki, niyə teatr sənətinin səviyyəsi get-gedə aşağı düşür. İndiki dövrdə yaxşı aktyorlar var, amma o dövrə çatmaz. Çünki o dövrdə birinci sənət idi. Gənclərdən xahişim budur ki, sənətlərində möhkəm olsunlar.

   - Onun üçün etməlidirlər, bəlkə məktəbləri zəifdir?

   - O zaman bizim məktəbimiz yalnız sənətkarların oyununa baxmaq onlardan isə götürmək idi. İndi dövlətimizin gözəl məktəbləri var.

   - Amma Adil İsgəndərov var, Ağadadaş Qurbanov.

   - Baxma, o məktəbi götürən müəllimlər dərs deyir, amma tələbələrin beyninə girmir. Əgər tələbə bu sənətəXalq artistiadı üçün gəlirsə, ondan sənətkar olmayacaq.

  

   Təkrarçılıqdan xoşum gəlmir

  

   - Niyə siz bir çox sənətkarlarımız kimi Mədəniyyət İncəsənət Universitetində dərs demədiniz?

   - gizlədim, universitetin rektoru neçə il əvvəl dönə-dönə mənə belə bir təklif etmişdi. Razı olmadım. Dərs deməyə vaxtım, həvəsim olmadı. Bəzi adamlar oraya gedir ki, professor adı alsın, afişada adı yazılanda yazılsın ki, Xalq artisti, professor. Bəziləri fəxri ada görə gedib orada dərs deyirlər. Amma mən bunu istəməmişəm.

   - Hansı rolunuzu dəfələrlə oynasanız yorulmazsınız?

   - Vallah, mən çox rollar oynamışam, bütün rolları sevirəm, hamısı ləzzət verir, amma bu ləzzətin içində tam bir ləzzətlisi var. ElçininMənim ağıllı dəliməsərində oynadığım idarə rəhbəri rolumdur. O əsəri çox sevirəm o rolu qədər oynasam da, doymaram.

   - Aktyor sənətində kumiriniz kim olub?

   - Lütfəli Abdullayev səhnəyə çıxanda bütün salon ayağa qalxırdı. O, böyük sənətkar, çox böyük ürək sahibi idi. Bizim sənət aləmində elə bir adam yox idi ki, o vaxt çörəyin qıt vaxtında, pulun olmayan vaxtında Lütfəli ona köməklik eləməsin. İlk addımlarımı Musiqili Komediya Teatrında atmışam, mənə kömək eləyən Lütfəli olub. Özünü vururdu xəstəliyə ki, mənim yerimə Səyavuş oynasın. Sənətə yenicə gəlmiş gənc bir aktyor o boyda sənətkara dublyorluq edirdi. Elə bil o dövrdə aktyorlar quş südü içmişdilər, ürəkləri böyük idi.

  

   Hicranyaxşı xatirədir

  

   - “Hicrantamaşası, səhv etmirəmsə, üç böyük sənətkarın - Nəsibə Zeynalova, Hacıbaba Bağırov Səyavuş Aslanın son birgə işi oldu.

   - O yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə yaxşı xatirə qalıb, “Hicrantamaşası da bizim nəsildən qalan yadigardır.

   - Ömrünüzün hansı anını təkrar yaşamaq istərdiniz?

   - Təkrarçılıqdan xoşum gəlmir. Yaşananı bir yaşamaq mümkün deyil, arzulamıram.

   - vaxt özünüzü xoşbəxt saymısınız?

   - Sənətə gələn gündən özümü xoşbəxt saymışam. Heç vaxt heç nədən narazı olmamışam. Ona görə həmişə taleyimdən razı qalmışam. Bircə ailədə... Görünür qismət belə imiş.

   - Niyə ailə səadətiniz sona kimi davam etmədi?

   - Çox çalışdım ki, xoşbəxtliyimizi qoruyub saxlayaq. Qismət...

   - Sevib ailə qurmuşdunuz?

   - Əlbəttə, o vaxt Dram Teatrında işləyirdik. Orada bir-birimizi sevmişik, anası qızı verməyib, götürüb qaçmışam. Sevmişik, istəmişik, evlənmişik. Amma axıracan bu xoşbəxtliyi qoruyub saxlaya bilmədik. Həyatımda bir qadını sevmişəm, o da həyat yoldaşım Ofeliya olub. Həyatımın tək yeganə qadını o olub (kövrəlir, gözləri dolur).

   - Sizi əsasən komik aktyor kimi qəbul edirlər?

   - Məni komik rollarda görəndə komik, dramatik rollarda görəndə xarakterik aktyor kimi qəbul edirlər.

   - Hansına daha yaxınsınız?

   - Hər ikisinə.

   - Həyatınızı hansı janra aid edərdiniz?

   - Bütün janrlara.

   - Elə bir rol var ki, bu günə kimi arzulayıb, ancaq oynamayasınız?

   - Ürəyimdə elə rollar olub ki, istəmişəm, mənə qismət olmayıb, amma yoldaşıma qismət olub, mən baxıb ləzzət almışam.

   - Bir az çətindir ki, aktyoru rejissor seçir?

   - İki cür rejissor var, bunu bəlkə çoxları bilmir. Rejissor var aktyorun arxasında gizlənir, rejissor da var ki, aktyorları saymır, öz seçdiyi aktyoru çəkir qabağa, istədiyinə nail olur onunla da fəxr edir. Mən o rejissorlara üstünlük verirəm. Çünki elə aktyor var ki, inanmırsan o rolu oynaya bilər. Rejissor onu qabağa çəkir sonradan məlum olur ki, o aktyor aləm imiş.

   - Təklikdə özünüzə ən çox deyirsiniz, nəyi tövsiyə edirsiniz?

   - Özümə deyirəm ki, bir az dözümlü ol. Səbirli olmaq yaxşı şeydir. Elə vaxt olub səbirsizlik eləmişəm, ağrısını da çəkmişəm.

   - Boş vaxtınızı necə keçirirsiniz?

   - İndi yaşın o vaxtıdır ki, boş vaxtlarımı dostlarımla söhbətdə, çox vaxt isə tənhalıqda keçirirəm. Oturub ötən günlərimi xatırlayıram. Harada düz hərəkət eləmişəm, harada düz hərəkət eləməmişəm.

   - Ad gününüzü qeyd edirsiniz?

   - Heç vaxt ad günümü keçirməmişəm, sənətkar olduğuma görə yubileylərim dövlət tərəfindən keçirilib.

   - Həyat şirindir...

   - Əlbəttə.

   - Yaş üstə yaş gəldikcə fikirləşirsiniz?

   - İnsan yaşa dolduqca uzaq bir səfərə hazırlaşır. İllər keçdikcə o səfərin yolu yaxınlaşır.

   - İki ömrünüz olsaydı təkrar bu sənəti seçərdiniz?

   - Başqa əlimdən gəlir, bacarıram ki? Mən bu sənəti sevib, vurğunu olub, gəlmişəm. Təkrar-təkrar neçə ömrüm olsaydı, yenə bu sənətə gələrdim. Deyirlər ki, insan ölüb gedəndən sonra yenə dünyaya qayıdır. Əgər vaxtsa mənim kimi, mənim səpkidə bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm....

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 3 sentyabr.- S. 5.