«Azərbaycan-Britaniya mədəni əlaqələrinə töhfə verməyə çalışırıq»

 

   Pol Klementson: «İnsanların mədəniyyət yolu ilə bir-birlərini başa düşməsi daha asandır. Bu, yaxşı təcrübədir»

 

   British Council (Britaniya Şurası) Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirən beynəlxalq təşkilatdır. Hazırda dünyanın 110 ölkəsində nümayəndəliyi olan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb. Qeyd edək ki, British Council Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı səfirliyinin mədəniyyət və təhsil bölməsi hesab olunsa da, qurumun fəaliyyət dairəsi təkcə bununla məhdudlaşmır. Son dövrlər öz strategiyasını dəyişən və regionlaşmaya üstünlük verən British Council cəmiyyət üçün faydalı olan digər sahələrlə də məşğul olur. British Council-ın Bakı nümayəndəliyinin direktoru Pol Klementsonla qurumun ölkəmizdəki fəaliyyəti, Azərbaycan-Britaniya mədəni əməkdaşlığına töhfəsi barədə söhbət etdik:

  

   - Cənab Klementson, British Council-ın əsas hədəfləri, fəaliyyətindəki başlıca prioritetlər nələrdən ibarətdir?

   - Əsas məqsədimiz ideyalar və biliklər mübadiləsi vasitəsilə əməkdaşlığı genişləndirməkdir. Bununla da qarşılıqlı fayda əldə etmək niyyətindəyik. Ümumiyyətlə, qurumun başlıca fəaliyyət istiqaməti mədəniyyət diplomatiyasıdır. İstəyirik ki, əvvəlcə insanlar, sonra dövlətlər arasında belə münasibətlər yaransın. Ümid edirik ki, bununla Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinə kömək etmiş oluruq. Çoxlugeniş əlaqələr olduqca önəmlidir. Müxtəlif ölkələrin mədəniyyətləri ilə tanışlıq isə çox yaxşıdır. Çünki bununla tolerantlıq, qarşılıqlı anlayış önə çıxmış olur. Bütün bunlar nəticə etibarilə ölkələr arasında müstəqil münasibətləri beynəlmiləlləşdirir.

   Ümumiyyətlə, hədəf mədəniyyətdir. British Council-ın Azərbaycan üzrə direktoru kimi mənim üçün Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələr daha maraqlı və vacibdir. Həyata keçirdiyimiz bütün layihələrdə bu əlaqələri dəstəkləməyə, mədəni əməkdaşlığın inkişafına töhfə verməyə çalışırıq. İstəyirik ki, müxtəlif mədəniyyətlərə məxsus insanlar bir-birlərini başa düşsünlər. Ümid edirəm ki, insanların mədəniyyət yolu ilə bir-birilərini başa düşməsi daha asandır. Bu, yaxşı təcrübədir. Çünki münasibətlər zaman keçdikcə daha da genişlənir. Azərbaycan və onun insanları bizim üçün yenidirona görə də əlaqələri inkişaf etdirmək lazımdır.

   Lakin bizim üçün ənənəvi mədəniyyət vacib deyil. Daha çox yeni ideyaları həyata keçiririk. British Council-ın strategiya dəyişikliyinə gəlincə, yuxarıda qeyd etdiyimiz kimi, son iki ildə regionlaşmaya daha çox üstünlük veririk. Məsələn, Azərbaycandakı fəaliyyət dairəmiz ümumilikdə regionun 18 ölkəsini əhatə edir. Həyata keçirəcəyimiz yeni layihələrimiz də yalnız Azərbaycan üçün nəzərdə tutulmayıb. Məsələn, İsrail, Gürcüstan, Türkiyə, Ukrayna, Kiprlə birlikdə layihələrimiz varbiz bunu birlikdə reallaşdırırıq.

   Hazırda Viktoriya-Albert Muzeyidaxil olmaqla Londonun məşhur muzeyləri ilə işləyirik. British Council Avropa İttifaqı və onun mədəniyyət bölməsi ilə də yaxından əməkdaşlıq edir.

   Bildiyiniz kimi, Britaniya Şurası dünyanın 110 ölkəsində fəaliyyət göstərir. Bu ölkələri əhatə edən 228 ofisimiz var. Böyük ölkələrdə, məsələn, Hindistan və Çində bir neçə ofisimiz var. Qurumun ümumi fəaliyyəti isə hər yerdə eyni mahiyyət kəsb edir. Qeyd etdiyim kimi, biz insanlar arasında bilik və yaradıcı ideyaların mübadiləsi yolu ilə Böyük Britaniyaya inam yaratmaq istəyirik. Azərbaycana gəlincə, məqsədimiz bu ölkənin uzunmüddətli inkişafına əhəmiyyətli dərəcədə töhfə vermək və Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələri təhsil, incəsənət, elm, idarəçilik və ingilis dili proqramları çərçivəsində inkişaf etdirməkdir. Biz bunu regionalqlobal şəkildə Azərbaycanda fəaliyyət göstərən hökumət, biznes sektoru və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk.

   - Cənab Klementson, nümayəndəsi olduğunuz qurumun mədəniyyət istiqamətindəki yeni fəaliyyətləri, yeni layihələri maraq doğurur. Bu çərçivədə hansı tədbirləri reallaşdırmısınız?

   - Məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki, bu yaxınlarda Qəbələdə keçirilmiş II Beynəlxalq musiqi festivalı çərçivəsində incəsənət sahəsində yeni layihələrimizi təqdim etdik. «Yeni fəaliyyət - yeni tamaşaçılar» adlı layihə Cənub-Şərqi Avropa regionunda yerli tərəfdaş təşkilatlar və əhali ilə birgə işləyərək həyata keçirilən, mümkün qədər geniş kütləyə Böyük Britaniyanın mədəni yaradıcılığını və incəsənət nümunələrini təqdim edən layihələrdən biridir. Londonun Kral Filarmonik Orkestri builki festivalın şərəfli qonağı oldu. Orkestrin musiqi təlim-tədrisi sahəsində dünya şöhrətli komandası British Council ilə birlikdə Bakının Mərdəkan qəsəbəsində yerləşən 2 saylı uşaq evinin gənc orkestr üzvlərinə ustad dərsləri keçdi. Layihənin məqsədi Kral Filarmonik Orkestri ilə birbaşa təmas yaradaraq və yaradıcılıq nümunələrini nümayiş etdirərək gənc musiqiçiləri ruhlandırmaq, yüksək keyfiyyətli yaradıcı musiqiçilik təcrübəsini təmin etmək, eləcə də bəstəkarlıq bacarığı və improvizasiya texnikasını inkişaf etdirmək idi. Bu sahədə geniş təcrübəyə malik olan Tim Steynerin rəhbərliyi altında gənc musiqiçilər üçün orijinal bəstə üzərində işləmək, mədəniyyətlərarası əlaqəni, müxtəlif janrların sintezini öyrənmək, improvizasiya bacarıqlarını inkişaf etdirmək imkanı yarandı. T.Steyner həmçinin avqustun 5-də Qəbələ Beynəlxalq musiqi festivalının bağlanış mərasimində ifa edilən yeni əsərlə bağlı yaradıcı ustad dərsləri keçdi. Bakının müxtəlif orkestrlərinin musiqiçiləri, eləcə də Qəbələ Musiqi Məktəbinin 10 tələbəsi də gənc iştirakçılara qoşuldu. Onu da qeyd edim ki, bu festival British Council-ın Heydər Əliyev Fondu ilə əməkdaşlığında yeni mərhələ oldu. Bu baxımdan fürsətdən istifadə edib British Council layihəsini Azərbaycandakı ən böyük musiqi festivalı çərçivəsində həyata keçirməyə şərait yaratdığına görə Heydər Əliyev Fonduna təşəkkür edirik. Qarşılıqlı əlaqə qarşılıqlı fayda verir.

   - British Council-ın «Yaradıcı əməkdaşlıq» və elmi-tədris layihələri də maraq doğurur. Bu layihələrlə hansı tədbirləri həyata keçirməyi nəzərdə tutursunuz?

   - Birinci layihə Brtaniya Şurasının sənətkarların, mədəniyyət liderlərinin və Cənub-Şərqi Avropa, eləcə də Böyük Britaniyanın yaradıcı insanlarının iştirakı ilə keçirdiyi regional proqramdır. Yaradıcı əməkdaşlıq Azərbaycan və digər ölkələrdən sənətkar və mədəniyyət liderlərini bir-biri ilə dialoq qurmağa, eləcə də öyrənməyə çağırır və ölkələrarası səmərəli əməkdaşlığı inkişaf etdirmək üçün şəbəkənin yaranmasına innovativ yanaşmadan istifadə edir. Layihə Birləşmiş Krallıq və Avropa ölkələrindən aparıcı incəsənət xadimlərini ictimai məkanın yaradıcı istifadəsi, incəsənət və professional inkişaf, sosial inteqrasiya, mədəni liderlik və yaradıcı şərhlər kimi məsələlər üzərində işləmək məqsədilə bir araya gətirir.

   Elmi-tədris layihəsinə gəlincə, onun əsas məqsədi təbiət fənləri üzrə interaktiv tədris metodlarını təqdim və inkişaf etdirərək, Azərbaycan məktəblərində tədris və öyrənmə təcrübəsində müsbət dəyişikliklərə təkan və dəstək verməkdir. Məqsədimiz bu layihə vasitəsilə hər bir müəllimi interaktiv tədris metodları ilə tanış edib, bütün ölkə üzrə orta məktəblərdə təbiət fənlərinin səviyyəsini yüksəltməkdir.

   - Ölkəmizdə daha çox hansı strukturlarla əməkdaşlığa üstünlük verirsiniz?

   - Müxtəlif nazirliklərlə işləyirik. Bundan əlavə Müəllimlər İnstitutu, Təhsil Problemləri Üzrə İnsititut, Qafqaz Universiteti, Dillər Universiteti ilə əməkdaşlıq edrik. Beləliklə, əlaqələr baxımından sıralarımız genişdir.

   - Maraqlıdır, siz ən son yaradıcı ideyalar üçün nə axtarırsınız?

   - Ümumiyyətlə, biz dünyada davamlı münasibətlər yaratmaq məqsədilə Birləşmiş Krallığın yaradıcı ideyainkişaf imkanları vasitəsilə insanları bir araya gətiririk. Biz Birləşmiş Krallıqdan ən yaxşı müasir incəsənət nümunələrini sərgiləyir, Britaniya və dünyanın digər ölkələrindən olan incəsənət xadimləri və cəmiyyətlərini qastrol, seminar və mübadilə proqramlarında bir araya gətiririk. Təşkilatımızın dram və rəqs şöbəsi Britaniyanı öz enerjisi və müxtəlifliyi ilə təmsil etmək üçün ən yaxşı teatr və rəqs nümunələrinin xarici qastrollarına kömək edir.

   - Teatrfilm sahəsində hansı layihələri həyata keçirmək istəyirsiniz?

   - Biz hazırda film festivalının təşkilini müzakirə edirik. Filmlər bizim üçün kifayət qədər dinamik sahədir. Ola bilsin ki, bu festival noyabrda, yaxud dekabrda reallaşsın. Ümumiyyətlə, festivalda təqdim ediləcək sənət əsərləri bir növ teatrla filmin kombinasiyasına bənzəyir incəsənətin nadir nümunəsidir. Bakıda çox insan teatr haqqında geniş bilgiyə malikdir. Bu baxımdan Bakıya müasir Britaniya teatrını gətirmək istəyirik. Bütün bunlar əlbəttə ki, iki ölkə arasında müəyyən əməkdaşlıq tanıtıma şəraiti yaradır.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 8 sentyabr.- S. 5.