Səyavuş Aslan “Fəxri diplom”la təltif edildi
Görkəmli sənətkar
bu mükafata Azərbaycan incəsənətindəki
xidmətlərinə görə
layiq görülüb
Prezident İlham Əliyevin 3 sentyabr 2010-cu il tarixli sərəncamı ilə görkəmli aktyor, Xalq artisti,
bu günlərdə
(5 sentyabr) 75 yaşını
qeyd edən Səyavuş Aslan Azərbaycan incəsənətindəki
xidmətlərinə görə
“Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Sentyabrın
4-də yüksək mükafat
yubilyara təqdim olundu. Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev “Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu”nu Səyavuş Aslana təqdim edərək onu 75 illik yubileyi münasibəti ilə təbrik etdi, sənətkara cansağlığı,
yeni yaradıcılıq
uğurları arzuladı.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin görkəmli sənətkar Səyavuş
Aslanın 75 illik yubileyi ilə bağlı əmri olduğunu xatırladan nazir müavini bildirdi ki, Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında təmir işləri başa çatandan sonra bu sənət
ocağında Xalq artistinin yubileyi yüksək səviyyədə
qeyd olunacaq. O, qeyd etdi ki,
yubilyar Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
pul mükafatı ilə də mükafatlandırılıb.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov da kollektiv adından yubilyarı təbrik edərək ona pul mükafatı və tər çiçəklər təqdim
etdi. Görüşdə
Teatr Xadimləri İttifaqının İdarə
Heyətinin sədri Azərpaşa Nemətov, Xalq artisti Yaşar
Nuri, teatrşünas Məryəm Əlizadə
və sənət dostları həyatını
səhnəyə, teatra,
kinoya həsr edən Səyavuş Aslanı təbrik etdilər.
Sonda yubilyar ona göstərilən
qayğı və diqqətə görə ölkə başçısına,
Mədəniyyət və
Turizm Nazirliyinə, doğma kollektivinə təşəkkürünü bildirdi.
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 8 sentyabr.- S. 4.