“Lətif”-80

 

   Filmin yubileyi

 

   XX əsrin 20-ci illərində olduğu kimi, 30-cu illərdə də Azərbaycan kinosu sosialist ideyalarının pafosunu kəskin şəkildə özündə birləşdirmişdi. O illərdə yaradılan filmlərdə nəzərəçarpacaq forma axtarışlarını, bir-birindən fərqlənən tipajları, S.EjzenşteynV.Pudovkinin poetikasına xas olan əhəmiyyətli montajın tətbiqini görürük. Bunlardan 20-ci illərdə çəkilmiş “Bismillah”, “Sevil”, 30-cu illərin məhsulları olan “Lətif”, “İsmət”, “Almaz”, “Kəndlilər” bədii filmlərini misal göstərmək olar. Digər tərəfdən, teatr aktyorlarının kinoya gəlməsi, milli kadrların tədricən yetişməsi bu sahədə mövcud olan çatışmazlıqların bir qədər aradan qaldırılmasına şərait yaradırdı.

  

   80 yaşı tamam olan “Lətif” kinohekayəsini 1930-cu ildə gənc rejissor Mikayıl Mikayılov öz ssenarisi əsasında çəkib. M.Mikayılov 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin tibb fakültəsində oxuyub, bir müddət mətbuatda çalışmışdır. Lakin ədəbiyyat və incəsənətə, xüsusilə kinoya böyük maraq onu kinofabrikə gətirib. Görkəmli dramaturq Cəfər Cabbarlının məsləhəti ilə o, 1925-1927-ci illərdə Dövlət Kinofabrikinin nəzdində fəaliyyət göstərən kino sənəti kurslarında təhsil alıb, eyni zamanda “Müxtəlif sahillərdə” və “Gilan qızı” filmlərində rejissor köməkçisi işləyib.

   M.Mikayılov öz üzərində həvəslə çalışır, rejissorluq sənətinin sirlərini dərindən öyrənməyə səy göstərirdi. Bunun nəticəsi olaraq “Lətif” filminə müstəqil quruluş verməklə kinostudiyanın yaradıcı kollektivinə professional rejissor kimi daxil olub.

   “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə, kəndlərdəki kolxoz quruculuğunasosialist kəndinin adamlarına həsr olunub. Bu elə bir dövr idi ki, sovet hökuməti bütün ölkədə təsərrüfatları məcburi şəkildə kolxozların ətrafında cəmləşdirirdi. Kəndlilərin kolxozlara daxil olmaları üçün geniş təbliğat işi aparılır, hətta bu bolşevik ideyasını həyata keçirmək məqsədilə zor da tətbiq edirdi.

   Kolxozlara daxil olmaq istəməyənləri qolçomaq adlandırıb cəzalandırır və ya gedər-gəlməzə (sürgünə) yollayırdılar. Bütün bunlar böyük mübarizə və sinfi ziddiyyətlər şəraitində həyata keçirilirdi.

   Qolçomaqlar kəndlərdə həyata keçirilən hər cür yeniliklərə qarşı çıxır, müxtəlif təxribatlar törədirdilər. Kənd təsərrüfatı avadanlıqlarının oğurlanması, dağıdılması, “xalq əmlakı”na ziyan vurulması tez-tez baş verirdi. Filmdə Ələsgər (M.Mərdanov), İbrahim (K.Zeynalov) və Hacı Səməd (A. Bəzirganişvili), Hacı Səmədin oğlu (Ə.Sultanov) qolçomaqları təmsil edirlər. Onlar bir yerə toplaşıb belə bir qərara gəlirlər: “Ya biz, ya onlar; ya biz, ya da kolxoz”.

   Bununla da kəndlilərlə qolçomaqlar arasında gərginlik yaranır. Kənddə balacadan tutmuş böyüyə kimi hamı qolçomaqlara qarşı mübarizəyə qalxır. Filmin baş qəhrəmanı balaca Lətifin taleyi fonunda uzaq dağ kəndində kolxoz yaradılması prosesi, buraya ilk traktorun gətirilməsi hadisəsi tamaşaçılar tərəfindən maraqla qarşılanır. Qolçomaqlar sözü bir yerə qoyaraq kəndə yenicə gətirilmiş traktoru sıradan çıxarmağı qərara alırlar. Onlar gecə vaxtı traktorun hissələrini oğurlayıb gizlədirlər. Ertəsi gün kəndə bu xəbər yayılanda Hacı Əhməd oğruluğu Lətifin boynuna qoyur. Lakin haqq-ədalət öz yerini tutur. Oğrular ifşa olunur, traktor təmir edilib işə salınır.

   Rejissor istedadlı aktyorlardan Həqiqət Rzayevanı (ögey ana), Ələsgər Ələkbərovu (kolxoz sədri), Məcid Şamxalovu (traktorçu) və başqalarını çəkilişlərə dəvət edərək maraqlı aktyor ansamblı yaratmağa müvəffəq olub. Filmdə rejissor tərəfindən tapılmış paralel montaj Azərbaycanda yeniliyin köhnəlik üzərində qələbəsini əyani şəkildə tamaşaçıya çatdırır:

   Kadrların birində traktor yeri şumlayan kotanı dartıb aparır.

   Baş bir kadrda isə at yeri şumlayan xışı ardınca dartıb aparır. Kəndli xışın dəstəyindən tutub, onu idarə edir.

   Daha sonra:

   Sürücü traktoru idarə edir, o, yer şumlayır.

   At torpaqda ilişib qalmış xışı dartmağa çalışır. Kəndli əlindəki çubuqla atı vurur...

   Bu filmin yaranma tarixçəsi maraqlıdır. Vaxtilə SSRİ- kollektivləşmə aparılarkən bir çox varlılar nəinki kolxozlara daxil olmaqdan imtina edir, həm topladıqları məhsulların bir hissəsini aclıq çəkən ölkə üçün bolşeviklərə təhvil vermək istəmir, məhsullarını gizlədirdilər. Axırıncı aşırımfilmini yadınıza salın. Bolşeviklərə qoşulmuş İman, Bəylər, Vəli dövlətli Kərbəlayı İsmayılın evinə soxulub gizlətdiyi taxılı sovet hökumətinə təhvil verməsini tələb edirlər. Kərbəlayı onlara etirazını bildirəndə onun evində axtarış aparırlar.

   Belə hadisələrdən birində Rusiyada Pavlik Morozov adında balaca oğlan atasının məhsulları gizlətdiyi yeri bolşeviklərə nişan verir. Uşağın atasını həbs edirlər, Pavliki isə əsl pioner, qəhrəman adlandırırlar. Bu əhvalat o vaxtlar bütün ölkəyə yayılır, hər yerdə iclaslar keçirilir, yaşlılar uşaqları, cavanları Pavlik Morozov kumi hərəkət etməyə çağırırlar. Sonradan Pavlik çekistlərin əli ilə məhv edilir, bu qətlin qolçomaqlar tərəfindən törədildiyi elan olunur. Pavlik Morozovun adı tarixə qəhrəman kimi düşür. Küçələrə, pioner düşərgələrinə onun adı verilir, Rusiyanın şəhərlərində heykəli ucaldılır.

   O dövrdə SSRİ Baş Kino İdarəsi tərəfindən bütün respublika kinostudiyalarına tapşırılır ki, Pavlik Morozov nümunəsində filmlər yaradılsın, hətta filmin adı əvvəlcədən belə müəyyənləşdirilir: “Köhnə yeni”. Yəni köhnə yeni həyat. M.Mikayılov filmi çəkərkən adı elə beləcə idi: “Köhnə yeni.” Rejissor özü bu barədə belə deyirdı: ”Filmin adı əvvəl başqa idi. Film öz həqiqi adını prosesində tapdı. Azyaşlı Lətif sınaq çəkilişini qurtaran kimi filmin adınıLətifqoyduq”.

   Görkəmli opera müğənnisi Həqiqət Rzayeva bu filmdə çox maraqlı bir obrazı -ögey ana obrazını yaradıb. Lətifin analığı olan bu qadın çox qəddardır. Lətif onun yanında yaşayır, gündüzlər isə Hacı Əhmədin sürülərinə çobanlıq edir.

   Axşam evə gələndə analığı ilə Lətif arasında belə bir söhbət olur.

   Analığı: Pul gətirmisən?

   Lətif: Xozeyindən istədim, amma o, vermədi.

   Analığı: Yenə çörəyi yemisən (Lətif evə gələndə çörəkdən bir parça yeyir, analığı buna işarə edir), mənim canım səndən vaxt qurtaracaq?

   Lətif: Xozeyin pulu verər, sənə verərəm, sonra özüm gedəcəyəm.

   Bu epizod Lətifin həyatının qədər acınacaqlı olduğunu göstərir. Bir tərəfdən o, nökəri olduğu Hacı Səməd tərəfindən tez-tez döyülür, digər tərəfdən ailəsində analığı ona göz verib, işıq vermir. Lətif Səfərov aktyor olmasa da qəhrəmanın keçirdiyi psixoloji sarsıntıları bacarıqla, həm təbii şəkildə tamaşaçılara çatdırır.

   Filimdə baş rolun ifaçısı Lətifin tapılması tarixçəsi maraqlıdır. M.MikayılovGilan qızıfilmində rejissor assistenti işləyərkən yaradıcı qrup çəkilişlərin bir hissəsini Dağlıq Qarabağda aparmaq üçün Şuşaya gedir. 1927-ci ildə günlərin birində Şuşada küçə ilə məktəbə gedən balaca oğlan rejissorun diqqətini cəlb edir. Bu 1-ci sinif şagirdi Lətif Səfərov idi. Onu bu filmdə Gülgül rolunda çəkirlər. Bunun ardıncaSevilfilmində Gündüz rolunu ifa edir.

   M.MikayılovLətif filminə quruluş verməyə hazırlaşarkən tərəddüd etmədən balaca Lətifi filmində baş rola dəvət edir. Balaca aktyor da ona tapşırılan rolun öhdəsindən bacarıqla gələrək kinostudiya kollektivinin sevimlisinə çevrilir. Rejissorun balaca aktyor haqqında dediklərindən: “O, elə birinci gündən birinci epizodu gözəl oynadı. Lətif özü ilə filmimizə lətiflik gətirmişdi.”

   Sonralar Lətif Səfərov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır, quruluşçu rejissor kimiBəxtiyar”, “Qızmar günəş altında”, “Leyli Məcnunbədii filmlərini, bir sıra sənədli filmləri çəkir.

   Lətif filmində xronikal-sənədli kadrlardan da istifadə olunub. Görkəmli gürcü rejissoru A.Şengelaya filmə baxandan sonra xronikal kadrların filmdə yerinə düşdüyünü qeyd edib.

   Lətiffilminin istehsalından düz 71 il sonra, yəni 2001-ci il iyunun 14-də BakıdaKeçmiş əsrdən yeni musiqifestivalı keçirilərkən tədbirin proqramına səssizLətiffilmi Bakustik cazqrupunun canlı musiqisi daxil edilmişdi. Burada köhnə film göstərilərkən onu müasir musiqi müşayiət edirdi. Bu baxımdan aldığı təəssüratı teatrşünas A.TalıbzadəKolxozməqaləsində belə ifadə etmişdi: “Lətiffilmindən məlumatlı idim. Təəssüf ki, oradan-buradan adda-budda oxuduqlarım vaxtilə mənim bu filmə baxmaq həvəsimi tamam öldürmüşdü. Məsələ bu idi ki, mövzu sovet kinematoqrafiyası üçün trafaret: kollektivləşmə. Süjetin sxemi adi: qolçomaq - “qaracamaat - kolxoz sədri. Bəllidir, əlavə izaha ehtiyac. Amma bu gün deyirəm: səhv tutmuşam ki, “Lətiffilmilə ciddi maraqlanmamışam. Yalnız iddialı yanaşmanı tərgitmək gərəkmiş ki, bu filmi şedevr qismində görüm onun rejissorunu dahi A.Dovjenko ilə müqayisə edim.”

  

 

   Aydın Kazımzadə

 

   Mədəniyyət.- 2010.- 15 sentyabr.- S. 10.