Milli Kitabxana fəaliyyətini
genişləndirir
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli
Kitabxanası keçmiş sovet məkanında ən
böyük kitab xəzinələrindən biridir. 1923-cü
ildə fəaliyyətə başlayan, zəngin tarixə
malik olan kitabxana bu gün ölkəmizin kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində
aparıcı mədəniyyət müəssisəsinə,
ölkənin bütün kitabxanaları üçün
elmi-metodiki mərkəzə çevrilib.
Milli Kitabxana oxuculara kompleks xidmət göstərir. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılması
mədəniyyət ocağının
fəaliyyət imkanlarını
genişləndirib. Buraya elektron
kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların
qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi,
milli biblioqrafiyanın
və respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması,
yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları
daxildir. İndiyədək avtomatlaşdırma işinə
uyğun olaraq kitabxananın vacib sahəsi olan elektron kataloqun tərtibi aparılıb.
Elektron kataloqla yanaşı Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, yəni kitabların mətninin kompyuter yaddaşına köçürülməsi
işi davam etdirilir.
Yeni xidmət sahələri yaradılır
Son illərdə
informasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada «Kitabxana işinin avtomatlaşdırılması və
informasiya texnologiyaları»,
«Elektron informasiya xidməti», «Elektron resurslarının yaradılması»,
«Kitabxana işçilərinin
təlim və tədris mərkəzi» kimi yeni şöbələr
açılıb. Paralel olaraq
mövcud şöbələrin
fəaliyyəti genişləndirilib,
yeni xidmət növləri yaradılıb.
Not nəşrləri və
səsyazmaları şöbəsi
1960-cı ilə qədər
Xidmət şöbəsinin
bölməsi kimi fəaliyyət göstərib.
1961-ci ildə isə ayrıca Not-musiqi şöbəsi yaradılıb. Hazırda şöbənin
fondunda 121 mindən artıq not nəşrləri
toplanılıb. 244
000 nüsxə ədəbiyyatı
olan ümumi fondda 200 000 not materialları,
30 000 səs yazmaları
(qrammofon valları),
4000-ə yaxın not və
səhnə əsərlərinin
əlyazmaları, 10 000 nüsxə
musiqi haqqında kitablar saxlanılır.
Not nəşrləri
və səsyazmaları
şöbəsinin müdiri
Tamilla Məmmədova
deyir ki, son illər şöbə fəaliyyətini genişləndirib:
“2005-ci ildə şöbəmizə
yeni texnikalar verilib. Əvvəllər oxucu gəlib
köhnə aparatlarla
musiqiyə qulaq asmalı olurdusa, artıq bu gün
müasir texnika vasitəsilə musiqiləri
dinləmək imkanı
var. Hazırda fonotekada
olan qrammofon vallarının disklərə
köçürülməsi prosesi aparılır.
850-dən artıq qrammofon valı - milli musiqi ədəbiyyatı
nümunələrinin səs
yazıları disklərə
köçürülüb. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi
ilə bu işin uğurla davam etdiyini deyən T.Məmmədova burada zəngin qızıl fondun olduğunu, fondda 30 minə yaxın qrammofon valının qorunduğunu deyir. “Hər bir oxucu
bura gəlib sərbəst şəkildə
musiqi dinləyə, ona lazım olan musiqi ədəbiyyatı
ilə tanış
ola, diferensial xidmətdən istifadə
edə bilər. Not nəşrlərinin evə
aparılmasına icazə
verilmədiyindən əvvəllər
istifadəçi həmin
nəşrləri əl
ilə köçürməli
olurdu. İndi oxucuya lazım
olan not əsərlərinin
surətlərini kitabxanada
asanlıqla əldə
edə bilərlər”.
Kitabxanaya gəlmədən
virtual kitab sifarişi
Milli Kitabxanada olmayan
kitabların, dissertasiyaların
Rusiya Dövlət Kitabxanasından elektron sifarişini vermək mümkündür. Bu barədə məlumat verən Elektron informasiya xidməti və kitabxanalararası abonement şöbəsinin
müdiri Şahnaz Mirəhmədova kitabxananın
öz oxucularına hər gün bir saat internetdən
pulsuz istifadə etmək imkanı yaratdığını bildirdi.
Kitabxanada virtual sifariş
də mümkündür:
“Oxucu kitabxanaya gəlmədən, öz iş yerində və ya evində
kitabxananın elektron ünvanına daxil olaraq elektron kataloqdan istifadə edə, istənilən kitabı sifariş verə bilər. 1993-cü ildən bugünədək nəşr
olunan bütün kitablar kataloqda yer alıb. Həmin ilə qədər kitablar kataloqda olmadığından oxucu
elektron sifarişlə
ona lazım olan kitabı, kitabxanaya nə vaxt gələcəyi haqqında məlumatları
bizə göndərir,
kitabxana əməkdaşları
da həmin kitabı tapır və oxucu vaxt
itkisinə yol vermədən özü üçün müəyyənləşdirilmiş
vaxtda gəlib ondan istifadə edir”.
Nadir kitablardan istifadə üçün xüsusi
icazə lazım deyil
Kitabxanada nadir və qiymətli
kitabların elektron versiyasından lokal şəbəkədə istifadə
etmək imkanı da yaradılıb. Elektron informasiya xidməti və Kitabxanalararası abonement şöbəsinin
müdiri Ş.Mirəhmədova
deyir ki, əvvəllər nadir kitabları
nəinki aparmağa, hətta zədələnməməsi
üçün oxumağa
da icazə verilmirdi. Bunun üçün xüsusi
icazə tələb olunurdu: “Artıq oxuculara nadir kitablar fondunda kitabların elektron forması təqdim olunur. Hər bir oxucu burada
həmin nadir kitablardan
lokal şəbəkədə
istifadə edə bilər”.
Ceyhun
Mədəniyyət.- 2010.- 17
sentyabr.- S. 8.