Gülzat Daurbayeva: «Üzeyir Hacıbəylinin musiqi irsi əbədidir»

 

   Artıq 17 ildir ki, TÜRKSOY (Türk Kültür-Sənət Ortaq Yönətimi) təşkilatı bir sıra layihələri gerçəkləşdirməklə qardaş xalqların mədəniyyətini dünyaya təqdim təbliğ edir. Belə layihələrdən biri görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin «Koroğlu» operasının türkdilli ölkələrin sənətkarlarının iştirakı ilə tamaşaya qoyulmasıdır. İyul ayında İstanbulda uğurla nümayiş etdirilən səhnə əsərində Nigar obrazının ifaçısı Abay adına Qazaxıstan Dövlət Akademik Opera Balet teatrının solisti Gülzat Daurbayevadır.

   Gülzad xanım dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr edilmiş Beynəlxalq musiqi festivalına dəvətlilər sırasında Bakıda qonaqdır. Fürsətdən istifadə edib müğənni xanımla həmsöhbət olduq.

  

   - Gülzat xanım, «Koroğlu» operasına dəvət alarkən hansı hissləri keçirdiniz?

   - Düşünürəm ki, «Koroğlu» operasının tamaşaya qoyulması TÜRKSOY-un ən böyük ən mürəkkəb layihəsidir. Ötən il 4 ölkədə bu opera nümayiş etdirildi. 2010-cu il iyulun 23-də İstanbulda «İstanbul - 2010 Avropanın paytaxtı» ili Beynəlxalq opera festivalı çərçivəsində opera nümayiş etdirildi. Mənə deyəndə ki, Bakıda çıxış edəcəyəm, çox sevindim. Musiqinin dili yoxdur. Sevinirəm ki, bu opera bütün türkdilli xalqları birləşdirir. Qazaxıstan, Türkiyə, Başqırdıstan, Azərbaycan, Tatarıstan Qırğızıstandan olan xor solistlər, digər iştirakçılar bu operanın ərsəyə gəlməsində çox böyük zəhmət sərf etdilər.

   - «Koroğlu» operasında Nigar rolunu ifa edirsiniz. Bu obrazı oynamaq yüksək bacarıq, istedad tələb edir. Sizcə, bu rolun öhdəsindən yetərincə gələ bildinizmi?

   - Bu sevimli rolu mənə təklif edəndə çox sevindim. Deyərdim ki, ifamız yaxşı qarşılandı. Tamaşadan sonra vaxtilə Nigarı ifa etmiş sənətkarlar mənə yaxınlaşıb ifamı dəyərləndirdilər, xeyir-dua verdilər. Buna görə çox şadam. Bu günə qədər çox ifalar etmişəm sevimli obrazlarımdan biri sizin gözəl, sevimli Nigarınızdır. Mənə deyirlər ki, elə bil bu rol sizin səsinizə, boy-buxununuza hesablanaraq yazılıb. Hətta mənə elə gəlir ki, mən daxilən bu qadına bənzəyirəm. Bütün bunlardan sonra belə nəticəyə gələ bilərəm ki, mən Nigar rolunun öhdəsindən gələ bilmişəm. TÜRKSOY-un baş direktoru Dusen Kaseinova minnətdar olmalıyıq ki, o, «Koroğlu» operası təşəbbüsünü irəli sürdü gerçəkləşdirdi. Biz çox şad olardıq ki, belə layihələr davamlı olsun.

   - Gülzat xanım, sizcə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şəxsiyyəti, yaradıcılığı dünya müsiqisi, türk dünyası mədəniyyəti üçün deməkdir?

   - Bu dahi insanın musiqisi dünya mədəniyyətinin incisidir. Onun publisist, dramaturq, alim, ictimai xadim hətta pedaqoq kimi rolu əvəzsizdir. Böyük bəstəkarın «Arşın mal alan» operasını da sevirəm ona heyranam. Çox istərdim ki, bundan sonra onun «Arşın mal alan» operasında baş rolu - Gülçöhrəni ifa edim.

   «Koroğlu»nun Nigarını Azərbaycan orkestrinin müşayiəti ilə sizin teatrınızda ifa etmək istərdim. «Koroğlu» operası dahi əsərdir. Hətta bu operada olan keçəl Həmzə kimi mənfi obrazın ifası da adamda nifrət yaratmır.

   Bu festivala gəlincə, onun keçirilməsi çox gözəldir. Hesab edirəm ki, Üzeyir Hacıbəylinin musiqi irsi əbədidir, daima yaşayacaq. Çox şadam ki, məni belə bir festivala dəvət ediblər.

   - Azərbaycanla Qazaxıstan arasında mədəniyyət əlaqələrini, o cümlədən musiqi sahəsində mübadiləni necə qiymətləndirirsiniz?

   - SSRİ dövründə bu əlaqələr çox yaxşı qurulmuşdu. Müstəqillik dövründə əlaqələrimiz inkişaf edir. Qazaxstanda çoxlu azərbaycanlı yaşayır. Biz sevinirik ki, onlar qazax dilində yaxşı danışırlar. Ölkəmizdə 113 xalq yaşayır. Biz sülh şəraitində mehriban yaşayırıq olanlarımızı çox qiymətləndiririk, dəyərləndiririk.

   Mədəni əlaqələri daha da inkişaf etdirməliyik. Sizin müğənnilər, musiqiçilər Qazaxıstana, bizimkilər Azərbaycana gəlməlidirlər. Beləliklə, geniş ünsiyyətdə olmalıyıq. Bu işdə TÜRKSOY-un üzərinə böyük məsuliyyət düşür. Bu qurum xalqların mədəniyyətini birləşdirə bilər.

   - Bakıda bundan əvvəl olmusunuz, yoxsa ilk səfərinizdir?

   - Ötən il Bakıda olmuşam. Bu, ikinci səfərimdir. Bakı gözəl şəhər olmaqla yanaşı, həm mədəniyət mərkəzidir. Burada məşhur müğənnilər, şairlər, bəstəkar musiqiçilər, rəssamlar yaşayıb. Opera Balet Teatrının yaranma tarixi haqqında da eşitmişəm. Bilirəm ki, bu teatrın binası azərbaycanlı xeyriyyəçi Tağıyev tərəfindən inşa edilib. Qız qalası haqqında da eşitmişəm. Bakı ümumilikdə öz ab-havası, insanları ilə mənə gözəl təsir bağışlayır. Elə şəhərlər var ki, o istər-istəməz səni özündən itələyir. Amma Bakı çox cəlbedici bir şəhərdir. İnsanlar qonaqpərvər, mehribandırlar. Məsələn, mən İstanbulda, Yaponiyada, Koreyda da özümü çox yaxşı hiss etmişəm. Bəlkə bu, bizim şərqli olmağımızdan irəli gəlir. Avropada bu baxımdan başqa bir ab-hava var.

  

 

   Mehparə Sultanova

 

  Mədəniyyət.- 2010.- 22 sentyabr.- S. 5.