Kitabxanaçılar beynəlxalq konfransda iştirak ediblər

 

   Sentyabrın 20-25-də Rusiya Federasiyasının Soçi şəhərində“Kitabxanalardan gələcəyə” adlı X beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov və Qusar rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev təmsil edib. Dünyanın müxtəlif bölgələrindən 270 kitabxana əməkdaşının iştirak etdiyi konfrans çərçivəsində “Sağlam nəslin tərbiyəsində gənclər kitabxanalarının rolu”, “Gənclər gələcəyi seçir-kitabxanalarda hüquqi maarifləndirmə”, “Gənclər və kitab: narkomaniyanın profilaktikasına kompleks yanaşma” və digər mövzularda 50-ə qədər seminar təşkil olunub, qarşılıqlı fikir mübadilələri aparılıb. Tədbirdə təşkil olunan kitab sərgilərində dünyanın tanınmış nəşriyyatlarında çap olunan sağlam həyat tərzini təbliğ edən, idmana aid ədəbiyyatların təbliğini əks etdirən kitablar nümayiş etdirilib.

 

 

Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 4.