Salam, ulu yurdum, balaca
kəndim
Bahadur Fərman
SALAM, ULU YURDUM
Salam, ulu yurdum, balaca kəndim,
Sənsiz çıraq kimi
yandım, tükəndim.
Doğru danışmağı
səndən öyrəndim,
Həqiqət süd əmib
düzümdən mənim.
Böyürtkən
kolları yolumu kəsdi,
Xoş idi məramı,
xoş idi qəsdi.
Yel vurdu çəməndə lalələr
əsdi,
Biçənək boy verdi dizimdən
mənim.
Gümüşü bulaqlar
çağladı axdı,
Güneylər, quzeylər qınaqla
baxdı.
Böyüyən qəbristan
yandırdı - yaxdı,
Mirvari süzüldü gözümdən mənim.
Qoy uçum göyündə quşuna
dönüm,
Enim torpağına daşına
dönüm.
Məni unutmadın,
başına dönüm,
Məni sən qorudun
özümdən mənim.
Çəhlimlər, cığırlar yüyrək
oldular,
Qayalar yumşalıb ipək
oldular.
Gəzərgi buludlar
kövrək oldular,
Öpdü nur damlalar üzümdən mənim.
Ayrılıq tez
gəldi, kövrəlib
ürək,
Yoluma düzüldü gül ləçək-ləçək.
Hər bahar gələndə məhəbbətim
tək
Bənövşə bitəcək izimdən
mənim.
BU KƏND BİZİM KƏND
DEYİL
İsti qəlbi
soyuyub,
Bu kənd bizim kənd deyil.
Qəbristanı böyüyüb,
Bu kənd bizim kənd deyil.
Yeganəydi, bir idi,
Dağı-daşı pir idi.
Duman, çiskin
bürüdü,
Bu kənd bizim kənd deyil.
Yamanları öyündü,
Yaxşıları üyündü.
Yolu-izi düyündü,
Bu kənd bizim
kənd deyil.
Zəhərə noğul
tökən,
Ümidə nağıl
tökən,
Qəbirə oğul
tökən
Bu kənd bizim kənd deyil.
Sevincindən dərdi
çox,
Namərd olan mərdi
çox.
Dominosu, nərdi
çox,
Bu kənd bizim kənd deyil.
Sağ əliydi
baharın,
Ürəyiydi diyarın.
Siz o kəndi qaytarın,
Bu kənd bizim kənd deyil.
ODUNÇU
Ay Odunçu, baltan
sına,
Əcəb saldın işə
bizi.
Hanı palıd, hanı
vələs?
Qırıb-tökdün meşəmizi.
Yandırdığın “ocaqlar”
Ocağımı söndürüb.
Şəhid olan
ağaclar
Çırağımı söndürüb.
Qara bulaq qara geyib,
Ağ bulağın ağı
çatmır.
Qoşa bulaq qoşa deyil,
Solu batıb, sağı
çatmır.
Noylumuzun noyu düşüb,
Göyrüşümüz səksəkədə,
Çinarların boyu
düşüb,
Ağrı varmı
bu çəkidə ?
Meşəbəyi kəhər
üstə-
Belə gözəl peşə
vardı.
Dağ ətəyi
kötük-kötük,
Bir
vaxt burda meşə vardı.
Ağacları fağır
bilib
Cəllad kimi doğradılar.
Allah, bizim meşələri
Görən niyə qarğadılar?
Polad balta, yumşaq cökə,
Quşlar yuva qura bilmir.
Cevizimiz şikəst
olub,
Ayaq üstə dura
bilmir.
Ay odunçu, baltan
sına,
Yaman saldın işə
bizi.
Ciyərlərim daşa
döndü,
Qırıb tökdün
meşəmizi!
BAHAR HƏSRƏTİ
Sizə qurban olum, tər bənövşələr,
Yazdan soraq verin, qış uzanmasın.
İnamım, ümidim
buz içindədir,
Bahar həsrətiylə
can usanmasın.
Bilmirəm inamdır,
yoxsa təsəlli,
Qəlbimdə ümidə bükülən
qübar?
Bir zərif, bir incə tər
bənövşənin
Ləçəyi üstündə gəlirmi bahar?
Günəşdən nur əmib hey zərrə-zərrə
Gül açsın gülümüz,
çiçəyimiz də.
Bu çirkin dünyanı
gözəlləşdirən
Sevgilər göyərsin ürəyimizdə.
Bahar istəyirəm,
təzə-tər bahar,
Oyanan torpağın nəfəsi
gəlsin.
Ömrünün qışını
yaşayanların
Təzədən yaşamaq həvəsi
gəlsin.
Tez açın,
tez gəlin, sıxıldı könlüm,
Yolda ləngiməyin, yolda qalmayın.
Sizə qurban olum, tər bənövşələr,
Siz Allah, sözümü
yerə salmayın...
GƏZƏRLƏR SƏNİ
Özümə
Şaxtaya tablamaz
hər zərif çiçək,
Vaxt olar quzeyə
düzərlər səni.
Bir azca sərtlik də öyrənmək gərək
Ürəyi yumşaqsan, əzərlər
səni.
Zəhərə bal
qatıb kimsə iç deyir,
Hər şey yaxşı
deyil, hər şey xoş deyil.
Hamıya inanmaq düzgün iş deyil,
Söz olar-bez olar bəzərlər səni.
Dünyanı dərk
edən hissə qapılmaz,
Nə qədər qaya
var çapsan çapılmaz.
Görünmək istəsən,
görən tapılmaz,
Sonra çıraq alıb
gızırlər səni.
AĞRI HAQQINDA
Əlac edə bilməmişəm,
Ürəyimin ağrısına.
Çırpılaraq bir dərmana
Çiliklənib ağrı sına.
* * *
Mən infarktı
sənəd kimi,
Ürəyimdə daşıyıram.
Nə zamandı
aman verməz
Kəmfürsətlə yaşayıram.
* * *
Gücüm çata
ağrıları
Yığıb tökəm bir
tabuta.
Məndən əvvəl
dəfn edələr,
Ətəyindən tuta-tuta.
* * *
Bir az
artıq ömür sürəm,
Dərddən yaşına-yaşına.
Darıxdıqca gedib
baxam,
Ağrıların başdaşına...
NƏ ÇƏKDİ
Başımızın üstü göydü,
Bu nə haydı, bu nə küydü?
O çəməni dolu
döydü,
Çiçək nə çəkdi,
nə çəkdi.
Ürəklərə güman çökdü,
Nigaranlıq ağır yükdü.
Dəli külək
yolub tökdü,
Ləçək nə çəkdi,
nə çəkdi.
Dərd yüyürüb
yetən oldu,
Pöhrələyib bitən oldu.
Ağrılara vətən
oldu,
Ürək nə çəkdi,
nə çəkdi.
ÜRƏYİN DEDİ
Kİ…
Əlinə toxundum,
a zərif çiçək,
Bir
sirli, sehirli tilsimə düşdüm.
Ürəyim titrədi
kaman teli tək,
Bir
simdə alışıb,
yüz simə düşdüm.
Bildinmi varlığım
titrədi, əsdi,
İnandım, bu eşqin
əzabı çoxdur.
Əllərin dedi
ki, barmaqlarının
Qızıldan kəsilən üzüyü
yoxdur.
Baxışın qəlbimi
odlara yaxıb,
Bilirsən nə qədər
xiffət çəkmişəm?
Gözlərin dedik
ki, arxanca baxıb
Yaxından görməyə həsrət çəkmişəm.
Telinə toxundum,
xəyala dalıb
Gördüm ki, ürəyim
vüsal istəyir.
Küləklər dağıdıb,
dolaşıq salıb,
Saçların dedi
ki, sığal istəyir.
Dedin:-İmtahandır, hazır ol, gərək
Bu eşqin başına çevirəm
səni.
-Bir dənəm,
hazıram, nə deyir ürək?
-Ürəyim…deyir
ki…
Sevirəm səni…
Sevirəm səni
ÜZÜMÜN ÜSTƏ
Saralır, tökülür
gün puçur-puçur,
İllər ömrümüzə
təzə don biçir,
Gəl inad eləmə, ömür-gün
keçir,
Yerin boş qalmasın
gözümün üstə.
Qoy hicran sel kimi axıb
gəlməsin,
Siz Allah, göz qoyun, baxın, gəlməsin.
Rəqibə deyin
ki, yaxın gəlməsin,
Yazıqdır, yanacaq közümün
üstə.
Adımı görəndə
qara çəksələr,
Hara çağırsalar, hara çəksələr,
Lap məni yüz
dəfə dara çəksələr,
Ölsəm də, duracam
sözümün üstə.
Dərdimi sulayır
gözümdəki nəm,
Açıb söyləmir ki,
nə istəyir qəm?
Sənə duaçıyam,
mənim bir dənəm,
Torpaq tökülüncə üzümün üstə.
GÖZLƏRİNƏ
TAPŞIR MƏNİ
Neçə yerdə
sözüm düşüb,
Ürəklərə közüm düşüb.
Gözlərinə gözüm
düşüb,
Gözlərinə tapşır məni.
Gözlər məni
hara çəkir,
Ağ könlümə qara çəkir.
Gündə yüz
yol dara çəkir,
Gözlərinə tapşır məni.
Baxışınla dünyam
gülə,
Qəm əriyə gilə-gilə.
A birdənəm, insaf
elə,
Gözlərinə tapşır məni.
Dəli hicran gözləsin qoy,
Addım-addım izləsin qoy.
Bəbəyində gizləsin
qoy,
Gözlərinə tapşır məni.
BƏXTƏVƏR
BAŞINA
Sənin həsrətinin
qədəri yoxdur,
Ürəyim göynəyir, titrəyir
səsim.
Xoşbəxt olduğundan
xəbəri yoxdur,
Bəxtəvər başına
sən sevən kəsin!
Sinənə dağılan
xınalı saçlar
Səhərin mehiylə daranıb,
gözəl.
O incə, o zərif,
yumşaq əllərin
Bənövşə üzməyə yaranıb, gözəl.
Yayılıb üzünə
göylərin nuru,
Taleyin yol gəlir
qismətə doğru.
Gizlicə baxıram,
rəngin dupduru,
Bilirmi qədrini o zalım
oğlu?
Görürəm, onunçün
adicə qızsan,
Soyuqdur buz kimi, divanə deyil.
Bilmir qiymətini,
yaman ucuzsan,
Alışmaz ürəyi, pərvanə
deyil.
Qədrin bilinməsə,
udub qəhəri,
Bir
ismarış göndər,
çəkilsin duman.
Ünvanım belədir:
Gəncə şəhəri,
Məhəbbət küçəsi, Bahadur Fərman.
ÜRƏK OLDU
Həya vurdu gül yanağı
Lalələndi, çiçək oldu.
Bir sevən əl sığal çəkdi,
Cod saçları ipək oldu.
Bu nə sirdi gülər üzdə,
Qönçələnir odda, közdə?
Möcüzədir, çirkin
qız da
Eşqə düşüb göyçək
oldu.
Yandı canım
korun-korun,
Yanmayanlar, kanar durun!
Bir yad qızı Bahadurun
Sinəsində ürək oldu.
ÜRƏYİM
Üstən soyuq
yel əsir,
Hey döyünür, tələsir.
İçində yüz
dərd əsir,
Qana batdı ürəyim.
Oda həris bu canım,
Su səpməyin, qoy yanım.
Seyrəlibdir dörd
yanm
Neçə çatdı ürəyim.
Uyub yetim ahına,
Sevinc gəlmir yaxına.
Ağrıların “şahı”na
Axır çatdı ürəyim.
Ömrə-günə qəm damar,
Sındırmayın, kim yamar,
Amanatdı ürəyim...
Mədəniyyət.- 2010.- 8 yanvar.-
S. 12.