Gerçəkliyin aktyoru
Dosye:
Məhərrəm Musayev 1949- cu ildə Masallı rayonunda doğulub. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. 1975- ci ildə
ali təhsilini başa vurub. Həmin il
yeni açılmış
Şəki teatrına
təyinatını alsa
da, öz istəyi ilə alınaraq Lənkəran teatrında çalışıb.
2000 - ci ilə kimi Lənkəran
teatrında çalışan
aktyor elə həmin il Bakıya
köçüb. Sonrakı fəaliyyətini
Gənclər Teatrında
davam etdirib. Hazırda Gənc Tamaşaçılar
Teatrında çalışır.
- Ötən
ildə həm 60 illik doğum təqvimindən varaqladız,
həm də 40 illik sənət yubileyinizə nəzər
saldız. 40 illik
sənət həyatınızın
yarısından da çoxunu, 25 ilini Lənkəran teatrında
keçirmisiniz. Həyatınızda bu teatrın ayrıca yeri olar, yəqin.
- Əlbəttə ki, əsas fəaliyyətim Lənkəran teatrında
olub. Yüzdən artıq obraz
yaratmışam. Hətta bu
teatrda bir çox tamaşalara quruluş vermişəm.
G.Xuqayevin “Andro və
Sandro”, N.Vəzirovun “Pəhləvani-zəmanə”, C.Məmmədquluzadənin
“Ölülər” və
s. “Ölülər” pyesində
ikinci rejissor olaraq çalışmışam,
üstəlik həmin
tamaşada Mir Bağır
ağa rolunu ifa etmişəm. Qeyd edim ki, mən
Moskvada rejissor kursu keçmişəm və orada bir
çox tanınmış
rejissorlarla çalışmışam.
Quruluş verdiyim tamaşalarda
da öyrəndiklərimi
əlimdən gəldiyi
qədər sərgiləmişəm.
- Bu gün
hansısa bir tamaşaya quruluş vermək istəyərsinizmi?
- Əsərə quruluş
vermək üçün,
tam ürəyim istəyən
bir tamaşa hazırlamaqdan ötrü
gərək mənim öz teatrım olsun. Heç olmasa seçdiyim
aktyorlarla 2-3 ay ünsiyyətdə
olum, onların beynindəki bir çox şeyi dəyişim. Çünki onların keçdiyi və icra etdiyi
aktyor məktəbi mənə çox primitiv gəlir. Mən Moskvada kurs keçərkən,
italyan rejissoru Corc Streylerin lentə alınmış
məşq proseslərini
izləmişəm. Çox da
bəyəndim. İstəyərdim ki, aktyorlarla o cür işləyim.
Həmin
rejissor, aktyorları 2
ay təklif olunmuş
şəraitdə saxlayır,
bundan sonra mətnlə məşqlərə
başlayırdı. Bu zaman aktyor həmin
vəziyyəti hiss etdiyi
üçün tam təbii
alınırdı. Cümlələrdən çox, duyğular ön plana çəkilirdi.
Bizdə
isə tamaşalar cümlələr üzərində
qurulur. Bu sistemi dəyişdirmək
lazımdır. Bu yaxınlarda Bakıda qastrolda olan zaman R.Struanın tamaşalarını izlədim.
Onlar çox təbii oynayırdılar? Sanki real
həyat idi.
- Demək
istəyirsiniz ki, izləyici axıra kimi tamaşada qalmırsa problem teatrdadı?
- Əlbəttə. Sonra deyirlər ki, tamaşaçı teatra gəlmir. Vallah, günah teatrın
özündədir. Heç
ola bilər
ki, teatrda yaxşı nə isə olsun, tamaşaçı gəlib
baxmasın? Artıq teatr da, televiziya və internet qədər insanlarla canlı ünsiyyət qurmağı bacarmalı,
onların maraqlarına
uyğun olmalıdır.
Mən elə hey fikirləşirəm,
biz neynəyək ki, tamaşaçı gəlib
bizə baxsın?
Tamaşalara bilet satışı
təşkil olunmasın.
Tamaşaçı özü gəlib
kassa qarşısında
növbələr yaratsın.
Heç kim
bu sözlərimə
görə məndən
inciməsin. Amma, heç olmasa,
ağıllı tamaşalar
hazırlansın ki, bu tamaşalarla festivallara qatılmaq mümkün olsun. Bizim ölkə idman sahəsində yetərincə
nailiyyətlər əldə
edib. Heyifislənirəm ki, teatr sahəsində elə böyük uğurlarımız
yoxdur.
- Lənkəran
teatrından sonra niyə məhz Gənclər Teatrına gəldiniz?
- Mən Bakıya gələndə hansı
teatrda çalışacağımı
özlüyümdə dəqiqləşdirməmişdim. Bununla əlaqəli
yaxın dostum və tələbə yoldaşım olan Hüseynağa Atakişiyevlə
məsləhətləşdim. Həmin vaxtlarda artıq məni Bakıdakı bütün teatrlar tanıyırdı. Bilirdim
ki,
iş tapmaq elə də çətin olmayacaq. Lakin Hüseynağa Atakişiyev
məni rəhbərlik
etdiyi Gənclər Teatrına dəvət etdi. Mən də razılaşdım.
Bu teatrda da
həm baş rollar, həm də ikinci dərəcəli bir çox obrazlar yaratdım. İndi də bildiyiniz
kimi, Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrı
ilə birləşdirilib.
- Teatrın
bu qədər içində olmağınıza
baxmayaraq, sizi bir çoxları filmlərdən tanıyır.
Bunun günahı sizdədirmi?
- Bunu öz günahım olaraq görmürəm. Çünki teatr dünyasında
olan insanlar məni çox yaxşı tanıyıblar
həmişə. Rayon teatrları Bakıya qastrola gec-gec gəldiyindən orada işləyən aktyorları
heç kim
tanımır. Rayon teatrında işləyib,
çox tanınmaq qeyri mümkündür.
Şəhərdə işləyən aktyorlar televiziya kanallarına daha çox çıxırlar,
kinolara daha çox təklif alırlar. Rayonda çalışan aktyorlar isə kənarda qalırlar.
Elə mən özüm də rayonda çalışdığım
25 il müddətində
tanınmamışam. Amma artıq
10 ildir ki, burdayam, iyirmidən artıq filmə çəkilmişəm. Bunlardan ən məşhurlarını
sadalayım. “Cavad
xan” , “Cavid
ömrü”, “Məhəllə”,
“Məhkumlar” və s.
- 40 illik
sənət həyatınızda
ürəyinizcə olan
obraz hansıdır? Bir də hansı rolu oynamağı istəmisiniz, amma qismət olmayıb.
- Ən sevdiyim obraz C.Yusifzadənin “Səhər qatarı” tamaşasındakı Kərim
rolu olub. Mən bu
rolu, bu obrazı yaşayaraq ifa etmişəm. Sualın ikinci hissəsi ilə bağlı onu deyim ki,
heç vaxt ürəyimdə qalan rol olmayıb. Mən bir çox aktyorlar kimi “Hamlet” i, “Maqbet”i oynamağı
arzu etməmişəm.
Konkret olaraq beynimdə tutduğum, arzusu ilə yaşadığım
bir obraz olmayıb. Mənim üçün əsas nə oynayıramsa, onun haqqından gəlmək olub. Canlı obraz yaradım,
bu mənim bəsimdir. Hətta
1983- cü ildə Bakıya gələndə,
Cabir Səfərov və Novruz Təhməzov bizim baş rejissora tapşırdılar ki, Məhərrəmin özünə
uyğun pyeslər seçin və yaraşan rolları ona həvalə edin. Qeyd etmişdilər
ki, Rusiyada Smaxnovski kimi aktyor varsa, Azərbaycanda
da Məhərrəm kimi aktyor var. Mən burdan gedəndən sonra, sırf bu təriflərə
görə mənə
iki il
rol vermədilər. Çox təəssüf ki, bizdə belə hallar da olur.
- Son zamanlar
teatrlarımızda səhnələşdirilən
tamaşalara baxırsınız?
Bəli, baxıram. Bütün teatrlarda yeni
tamaşaların hamısına
baxıram.
- Bəyəndiyiniz
sonuncu tamaşa hansıdır?
- Yalan deyə bilmərəm. Heç kim
məndən inciməsin.
Elə bir tamaşa olmayıb.
- Siz teatra gedəndə, aktyor oyununa baxmağa gedirsiniz, yoxsa rejissor işinə?
- Bu sualla
bağlı bir hadisəni danışım
sizə. Mən bir dəfə
Moskvada, Bədaye Teatrının qarşısında
durmuşdum. Üç biletim
var idi. Son anda xəbər
tutdum ki, dostlarım gəlməyəcək.
Mən də iki bileti
bir qızla oğlana hədiyyə etdim. Onlar çox sevindilər.
Mən soruşdum ki, siz nə yaxşı
bu tamaşaya gəlmisiniz? Onlarda cavab
verdilər ki, biz Kalyaginə baxmağa gəlmişik. Mən də
elə aktyorlar var ki, onlara
baxmağa gedirəm.
Rejissor işinə baxmağa görə də getdiyim tamaşalar olur. Amma əsl rejissorun
işi, böyüklüyü
aktyor vasitəsilə
çatdırılmalıdır.
Söhbətləşdi: Günel İlqar
Mədəniyyət.- 2010.- 8 yanvar.- S. 5.