Niyazinin ev-muzeyində
Teymur Göyçayevlə
görüş keçirildi
Yanvarın 13-də Niyazinin
ev-muzeyində Azərbaycan
Dövlət Musiqi Mədəniyyəti Muzeyi
nəzdindəki klassik
musiqi həvəskarları
klubunun növbəti yığıncağı olub. Bu dəfə iştirakçıların
arzusu ilə onların görüşünə
respublikanın xalq artisti, Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Dövlət Gənclər
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev gəlib.
Musiqi Mədəniyyəti
Muzeyinin direktoru, sənətşünaslıq namizədi,
əməkdar mədəniyyət
işçisi Alla Bayramova və Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin və Dövlət Gənclər Simfonik Orkestrinin direktoru Nazilə Yaqubova görüşdə çıxış
edərək bildiriblər
ki, dirijor, pedaqoq, aranjimançı Teymur Göyçayev təkcə Azərbaycanda
deyil, ölkəmizin hüdudlarından kənarda
da tanınır. O, on
ildən çoxdur ki, Qara Qarayev
adına Kamera Orkestrinə rəhbərlik
edir. Onun pedaqoq kimi fəaliyyəti yüksək
dəyərləndirilir. T.Göyçayev altı yaşlı
uşaqlardan gələcəyin
musiqiçilərini yetişdirir.
Həmin
uşaqlar yaxşı
təhsil alaraq böyüyür və orkestrlərdə işləməyə
gedirlər.
Teymur Göyçayev onu narahat edən məsələyə toxunaraq
deyib ki, ölkəmizdə skripka,
violonçel, faqot sinifləri üzrə müəllimlər azdır. Ustad dərsləri
üçün mütləq
pedaqoqlar dəvət edilməlidir. T.Göyçayev
qastrol səfərlərində
musiqimizin hamını
necə heyran etdiyini xatırlayıb: “Həyatımda ən böyük hadisə Dövlət Gənclər
Simfonik Orkestrinin yaradılmasıdır. Mənim üçün
ən başlıcası
uşaqlarla işləməkdir.
Hər şey isə Mstislav Rostropoviçin ölkəmizdə uşaq
simfonik orkestri yaradılması barədə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya müraciətindən sonra
başlandı. Müxtəlif məktəblərdə baxışa
150 uşaq dəvət
olundu, onlardan 50-si seçildi və indi 20 uşaq işləyir.
Orkestr bir çox ölkələrdə çıxış
edib və hər yerdə yüksək dərəcədə
qiymətləndirilib».
Görüşdən sonra Dövlət Gənclər Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri
səslənib.
SAVALAN
Mədəniyyət.- 2010.- 15 yanvar.- S. 4.