“Sönməyən
ulduzlar”ın təqdimat
mərasimində...
Qədim və zəngin mədəniyyəti olan Azərbaycan xalqı dünya mədəniyyəti
xəzinəsinə zaman-zaman
şöhrətli sənət
adamları - teatr, musiqi, ədəbiyyat xadimləri bəxş etmişdir. Əgər
dönüb geriyə-keçmişə
baxsaq, o zaman milli mədəniyyətimizin
inkişafında misilsiz
xidmətləri olan onlarla sənət fədailərimizin işıqlı,
unudulmaz, həmişəyaşar
simalarını görərik.
Sənət aləminin
ecazkar səmasında
parlayan bu “Sönməyən ulduzlar”
zaman keçdikcə öz işığını,
şöləsini nəinki
azaltmır, əksinə
daha gur və parlaq, işıq saçmaqda, şölələnməkdə davam edir. Bəlkə də
elə bu səbəbdəndir ki, onlar bu gün
də anılır, xatırlanır və sevilir. Ötən gün Azərbaycan Yaradıcılıq Fondunun
layihəsi əsasında,
Respublika Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı ilə nəşr olunmuş “Sönməyən ulduzlar”
xatirə kitabının
təqdimat mərasimi
bu həqiqəti bir daha təsdiq
etdi.
Gecəyə toplaşan
tanınmış sənət
adamlarını, musiqi
və teatr xadimlərini salamlayan Respublika Yaradıcılıq
Fondu İdarə Heyətinin sədr müavini, əməkdar incəsənət işçisi
Rafiq Kaşanlı öncə bu kitabın ərsəyə
gəlməsində böyük
əməyi olan insanlara təşəkkürünü
edərək, belə
bir nəşrin milli mədəniyyətimizin
təbliği və öyrənilməsi sahəsində
mühüm rol oynadığını bildirdi.
O, həmçinin belə
bir həqiqəti də vurğuladı ki, bu gün
Azərbaycanda “Sönməyən
ulduz”lar - unudulmaz sənət adamları kiçik bir kitabın səhifələrinə sığmayacaq
qədər çoxdur.
Gələcəkdə bu seriyadan olan kitabların çap edilməsinin vacib və gərəkli
bir təşəbbüs
olduğunu bildirən
natiq, Yaradıcılıq
Fondunun fəaliyyətini,
onun rəhbəri AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Kamal Abdullanın
müstəsna zəhmətini
də gecəyə toplaşanların nəzərinə çatdırdı.
“Sönməyən ulduzlar”ın
təqdimat mərasiminə
toplaşanlar kitabın
müəllifi Bəsti
Əlibəylinin tanınmış
sənət adamları
barədə böyük
məhəbbət və
sənətkarlıqla qələmə
aldığı oçerklərin
bədii məziyyətlərindən,
bu yazılardakı bioqrafik materialların işlənməsi və oxuculara təqdim edilməsinin forma və məzmun xüsusiyyətlərindən
danışdılar. Qeyd olundu
ki, ensiklopedik xarakterli bu kitabın
maraqli və təqdirolunası məziyyətlərindən
biri də müəllifin müxtəlif
zaman kəsiyində yaşayıb-yaratmış sənət
adamlarının məişət
və ailə gizlinlərini, şəxsi
həyatını deyil,
məhz sənət dünyasını işıqlandırmasıdır.
10 çap
vərəqi həcmində
olan bu kitab
AMEA-nın müxbir üzvü, professor, əməkdar
elm xadimi Kamal Abdullanın redaktorluğu
ilə “Şərq-Qərb”
nəşriyyatında 500 nüsxə
tirajla çap olunub.
Cəlal Tağıyev
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 12.