Cizgi filmləri aləminə səyahət
Bir müddət əvvəl Azərbaycanda
ilk dəfə olaraq Uşaq Kino Evi açıldı. Milli filmlərimizi qoruyan
Dövlət Film Fondunun
nəzdində fəaliyyət
göstərən Uşaq
Kino Evinin yaradılmasında
məqsəd azyaşlılara
incəsənətin bu
sahəsinə məhəbbət
aşılamaqdır.
Heydər Əliyev Fondu
ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi
olan kino evi uşaqlara burda «Sehrli xalat»dan tutmuş, Harri Potterə
kimi bir çox film qəhrəmanları ilə
görüşmək imkanı yaratmaqla əsl möcüzəli
və macəralı dünya bəxş etmək istəyir. Qeyd edək ki, Uşaq Kino
Evində balacalara bu sənətin sirləri də öyrədiləcək. Belə
ki, kino evində 8 -14 yaş arası uşaqlara öz filmlərini lentə almaq imkanı yaradılacaq. Uşaq Kino Evində ilk olaraq rejissor Firəngiz Qurbanovanın «Nuş olsun» cizgi filminin təqdimat mərasimi keçirilib. Uşaq Kino Evi özünün
yeni tədbirini azyaşlılara həsr etdi. “Cizgi filmləri
aləminə səyahət”
adlı kinoklubda Elçin Hami Axundovun “Cavanşir” və “Qızıl” cizgi filmləri azyaşlı tamaşaçıların
ixtiyarına verildi. Tədbir çərçivəsində
animasiya filmlərinin rejissoru, “Azanfilm” kinostudiyasının direktoru
Elçin Hami Axundovla görüş də baş tutdu. Eləcə də məktəblilərin
qatıldığı rəsm
sərgisinin də qalibləri bəlli oldu. Əslində isə tədbir “Mən kino çəkirəm”
uşaq rəsm sərgisinə daha bir baxışla öz işinə başladı. Burada Avropa Liseyi şagirdlərinin
rəsmləri nümayiş
etdirildi. Rəsmlər
məktəblilərin kino
dünyasına özünəməxsus
baxışlarını əhatə
edirdi.
Tədbirdə çıxış
edən Dövlət
Film Fondunun direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyev tədbirin əhəmiyyətindən danışaraq
Uşaq Kino Evində azyaşlı tamaşaçıları
daha tez-tez sevindirmək üçün
lazımi tədbirlərin
həyata keçiriləcəyini
vurğuladı. Cəmil
Quliyev “Mən kino çəkirəm” mövzusunda uşaq rəsmləri müsabiqəsinə
təqdim olunmuş
150 rəsm müəllifindən
3 qalibə diplom və hədiyyələr
təqdim etdi. Tədbir “Cavanşir” və “Qızıl” cizgi filmlərinin təqdimatı ilə davam etdi.
Cizgi filmləri
rejissoru, əməkdar
incəsənət xadimi
Elçin Hami Axundov isə çəkdiyi “Cavanşir”
və “Qızıl” animasiya filmləri barədə məlumat verdi: “Cavanşir”
2002-ci ilin istehsalıdır
və bu animasiya filminə 40 min
ABŞ dolları vəsait
xərclənib. Cizgi
filminin ssenari müəllifi və rejissoru özüməm. Quruluşçu rəssamı
Gülşən Quliyeva,
musiqi tərtibatçısı
İsmayıl Dadaşovdur.
Bu cizgi filmi Qarabağdan bəhs edir”.
Elçin Axundovun sözlərinə
görə, ikinci animasiya filmi olan “Qızıl” 50 min
ABŞ dollarına başa
gəlib. Cizgi filminin ssenari müəllifi Yusif Şeyxov, bəstəkarı
Mobil Babayevdir. “Qızıl” animasiya filmi 2004-cü ilin istehsalıdır.
Uşaqlar isə səbirsizliklə ağ və sehrli gördükləri ekranın canlanmasını
gözləyirdilər... “Cavanşir” filmi daha maraqla izləndi.
Film azyaşlı Cavanşirin erməni quldurlarına qarşı
döyüşlərdə iştirakından bəhs edir.
Uşaqlarsa zalı yalnız filmləri alqışlamaqla tərk etmək fikrində deyildilər. Çünki
onların cavab almaq istədikləri suallar var idi.
Onların cizgi və uşaqlar üçün bədii filmlərə çoxsaylı
suallarını Cəmil
Quliyev cavablandırdı.
Növbəti tədbirdə
uşaqlar “Sehrli xalat” bədii filminin qəhrəmanları
ilə görüşəcəklər.
Sabutay
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 10.