Azərbaycan-Belarus turizm əlaqələri genişlənir

 

İki ölkə biznesmenləri mehmanxana təsərrüfatı ovçuluq turizminin inkişaf etdirilməsinə dair razılığa gəlib

 

Bugünlərdə Belarusun idman turizm nazirinin müavini Çeslav Şulqa AtaHoldinqşirkəti idarə heyəti sədrinin müavini Anar Mehdiyev arasında görüş olub. Görüş Belarusun Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilib.

 

BELTA agentliyinin verdiyi məlumata görə, görüşdə Belarus İdman Turizm Nazirliyinin turizm departamentinin nümayəndələri, AzərbaycanınAtaHoldinqşirkətinin marketinq departamentinin rəhbərləri, Belarusun Azərbaycan İcmaları Konqresi Beynəlxalq İctimai Birliyinin sədri, dördqat dünya çempionu, həmin ölkənin sambo cüdo üzrə yığma komandalarında çıxışları ilə tanınan Natiq Bağırov da iştirak ediblər.

Çeslav Şulqa Belarus Azərbaycanın biznes strukturları arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, işgüzar dairələrin qarşılıqlı iqtisadi əlaqələri genişləndirə biləcəyi sahələrdən söz açaraq, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanların olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.

Ç.Şulqa qeyd edib ki, Belarus tərəfi ölkəsinin mehmanxana biznesinə xarici sərmayənin cəlb olunmasında maraqlıdır. O birgə proqramların həyata keçirilməsi istiqamətində Azərbaycan biznesmenləri Belarus dövlətinin hakimiyyət strukturları nümayəndələri işgüzar adamları arasında əlaqələrin yaradılmasına hər cür kömək göstəriləcəyini vəd edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Belarusda mehmanxana təsərrüfatının ovçuluq turizminin inkişaf etdirilməsinə dair birgə investisiya layihələrinə böyük maraq göstərdiklərini, habelə Belarus İdman Turizm Nazirliyi rəhbərliyinin təkliflərini nəzərdən keçirməyə əməkdaşlığın istiqamətlərini dəqiqləşdirməyə hazır olduqlarını bildiriblər. Tədbir iştirakçıları Azərbaycan biznesmenlərinin konkret təkliflərini müzakirə etmək məqsədilə bir daha görüşmək barədə razılığa gəliblər.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 7.