Turizmimiz “Ferien-Messe Wien 2010“da
Ölkəmiz Avstriyada keçirilən
beynəlxalq turizm sərgisində hər il təmsil
olunur
Yanvarın 14-dən 17-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - “Ferien-Messe Wien 2010“ təşkil
edilib. Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən
turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən
820-dən çox şirkət
iştirak edib. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif
ölkələrlə yanaşı,
Avstriyanın 9 federal
əyaləti də öz turizm imkanlarını nümayiş
etdirib. Builki yarmarkanın tərəfdaşları
Tunis (xarici ölkə qismində) və Zaltsburq (yerli region qismində)
olub.
Yarmarkada Azərbaycan daha geniş tərkibli heyətlə iştirak edib. Belə ki, bu
il Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndə
heyəti ilə yanaşı, ilk dəfə olaraq, «AL Travel» turizm şirkəti və «Azerbaijan review» jurnalının təmsilçiləri
də yarmarkada təmsil olunublar. Nazirliyin turizm şöbəsindən
qəzetimizə verilən
məlumata görə,
Azərbaycan üçün
ayrılmış guşədə
ölkəmizin turizm imkanları, respublikanın
müxtəlif regionları,
mədəniyyətindən və tarixindən bəhs edən kitablar, broşürlər
və bukletlər paylanıb, milli incəsənət nümunələri
və suvenirlər nümayiş
etdirilib, filmlər göstərilib. İngilis
və alman dillərində hazırlanmış
nəfis tərtibatlı
kitabçalar sayəsində
yarmarka iştirakçıları
Azərbaycanın müxtəlif
regionları ilə yanaşı, mehmanxanaları,
ölkənin turizm bölgələrinə səfər
marşrutları və
digər sahələrdə
praktiki informasiyalar
əldə ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifa etdiyi Azərbaycan milli oyun havaları
və kompozisiyalar yarmarka iştirakçıları
tərəfindən böyük
rəğbət və
maraqla qarşılanıb.
Qeyd edək ki, Avstriyada turizm sahəsində hər il 130 milyon gecələmə qeydə alınır. Həm yay, həm də qış turizminin ölkədə geniş inkişaf etməsi turistlərin Avstriyaya marağını artırmaqla yanaşı, yerli əhali belə yarmarkalar vasitəsilə yay məzuniyyətləri üçün maraqlı regionlarla tanış olurlar. Hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı şəkildə məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
F.ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 7.