Zamana qarşı

 

Tarixi taleyimizdə elə ağlı, qaralı günlər var ki, heç zaman unudulmur. Bax 20 Yanvar 1990-cı il belə tarixi günlərdəndi. Söz yox ki, bu tarix zaman-zaman vərəqlənəcək, nəsil-nəsil oxunacaq yad ediləcək. Tarixdən o da məlumdur ki, qədirbilən xalqımız vətən uğrunda canından keçən vətən qarşısında az-çox xidməti olan hər bir övladını layiq olduğu yerdə: ... hətta könüllərdə, hafizələrdə yaşadıb.

 

Hər il 20 Yanvar günü ərəfəsində yolum Şəhidlər Xiyabanından düşür. Xəyalən o illərə, gərgin, təzadlı günlərə qayıdıram. İstər-istəməz o müdhiş gecə gözlərim önünə gəlir...

Hələ səksəninci illərin axırı idi. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini vaxtaşırı pozur, torpaqlarımıza təcavüz edirdi. Bu haqsız zorakılığa xalqımızın vətənpərvər, fədakar oğulları dözmürdü. Torpaqları qorumaq düşmənə layiqli cavab vermək üçün aidiyyəti təşkilatlardan kömək umur silah istəyirdilər. Respublika rəhbərliyi isə bütün bunlara biganə qalır, gözləmə mövqeyi tuturdu. Demək olar ki, bütün sahələrdə gecikirdik. 20 Yanvar faciəsinin baş verməsinin bir səbəbi - günahı da o vaxtkı rəhbərliklə bağlı idi.

Yadımdadı, ayın 19-u idi. Camaat AzTV - nin həyətinə yığılmışdı. Sanki bina mühasirəyə alınmışdı. Tələb olunurdu ki, xalqa həqiqəti desinlər. Bakıda baş verən hadisələr obyektiv işıqlandırılsın. Camaat Bakıda, Qarabağda digər şəhərlərdə hadisələrin necə cərəyan etdiyini yaxşı görürdü. Televiziyada isə hadisələr xalqa təhrif olunmuş şəkildə çatdırılırdı... Ölkə televiziya rəhbərliyi isə bütün bunlara biganə idi. Moskvadakı havadarlarına yarınmaq onların xoşuna gəlmək üçün qəsdən bütün riyakarlıqların üstündən sükutla keçirdilər. Əgər həmin axşam televiziyadan xalqa düzgün məlumat verilsəydi, hadisələr başqa məcraya yönələrdi. Təəssüf ki, belə olmadı. Rostovdan, Stavropoldan gətirilmiş vəhşi diviziyanın əsgərləri Bakıya dörd istiqamətdən daxil oldu. 140 nəfərədək soydaşımız qətlə yetirildi. Yüzlərlə adam yaralandı. Gəncədə, Lənkəranda qırğınlar törədildi. Bakı qırğını düz dörd il siyasi qiymətini ala bilmədi. Hətta azadlığımız üçün canından, qanından keçən oğullaraekstremistdamğası vuruldu. Cinayətlər ört-basdır edildi.

O tarixi gün bir növ bizim üçün sınaq məqamı oldu. Bakı tanklarla, əsgərlərlə dolu olmasına baxmayaraq, xalq qorxub geri çəkilmədi. Hamılıqla meydana yığılıb öz şəhidlərini ehtiramla dəfn etdilər.

20 Yanvar faciəsi tarixi hadisədi. Tariximizin qanla yazılmış bu səhifəsi hər birimizdə kədər, iftixar qürur hissi doğurur. Xalqımız əsrlər boyu yaşadığı mübarizə ruhunu 20 Yanvarda bir daha nümayiş etdirdi. Təəssüf ki, bu tarixi məqamlarda rəhbərlik xalqla bir yerdə deyildi. Çünki sovet imperiyası incə siyasəti böyük uzaqgörənliyi ilə əzəl gündən rəhbərliklə xalq arasında dərin uçurum yaratmışdı.

Xalq Qarabağ, dövlət müstəqilliyi azadlığı üçün ayağa qalxmışdı. Ermənilər isə torpaqlarımızı ələ keçirmək məqsədilə taktiki gedişlər edirdi. Məkrli planlarını məharətlə həyata keçirirdilər. Bizimbaşbilənlərisə torpağı qorumaq əvəzinə hakimiyyət üstündə çəkişirdilər. Həmin qanlı hadisələrə dörd il sonra ümummilli rəhbər, mərhum prezidentimizin təşəbbüsü ilə Milli Məclis tərəfindən siyasi qiymət verildi. Həmin gün tariximizə təkcə faciə kimi deyil, həm qəhrəmanlıq günü kimi daxil oldu.

Qəhrəmanlıq, fədakarlıq rəmzinə çevrilmiş 20 Yanvar şəhidlərinə Azərbaycan hökuməti xalqı böyük hörmət ehtiramla yanaşdı. Şəhərimizin ən ğörkəmli yerində onlara yer ayırdı. Şərəflərinə müqəddəs bir xiyaban saldı. Mərmər daşlarda şəhidlərimizin nurlu çöhrələri, şəhidlik tarixi əbədiləşdi.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 5.