Rəssam dünyanın
güzgüsüdür
Qafar Sarıvəlli
1956-cı il yanvarın 17-də Qazağın
Kəmərli kəndində
dünyaya göz açıb. 1973-cü ildə
Kəmərli kənd
orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinə daxil
olub. 1974-76-cı illərdə
Qazaxıstanda hərbi
xidmətdə olub.
1980-ci ildə rəssamlıq
məktəbini bitirib.
1985-ci ildən Respublika
və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2002-ci ildə ilk,
2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox
kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər
toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001,
2005 və 2008-ci illər).
Ailəlidir, iki övladı var.
Qafar Sarıvəlli mənə
nə qədər doğma və yaxın olsa da, mən onun
haqqında uzaqdan-uzağa
bir rəssam kimi yazmaq istəyirəm. Etiraf
edək ki, onun kimi haqqında
nə qədər yazılsa da, istər şair, istər rəssam olsun, hələ təbliğatı kifayət
qədər omayan, qiymətini, dəyərini
almayan belə istedadlarımız çoxdur.
Onların üzə çıxarılması, cəmiyyətə
təqdim olunması çox vacibdir.
Gələn il 55 yaşı olacaq. Tanınmış rəssam
bu ömrü yaşadığı üçün
özü də özü ilə fəxr edə bilər. Mən onu cəmiyyətimizdə
yorulmayan, daim ora-bura qaçan bir ziyalı kimi tanıyıram. Qafarı bir çox tədbirlərdə
təmənnasız olaraq
yubilyarlara portretlər
təqdim edən görmək olar. Onun çox zaman şair, rəssam, bəstəkar və aşıqlarla qol-qola görürük. Bu istedadlı rəssamın başqa bir üstün cəhəti sinəsinin sözlə dolu olmasıdır. Bu da onun Aşıq Avdı, şair Səyyar Vəli, Aşıq Cəlal Qəhrəmanov, Aslan Kəmərli, Aşıq Yəhya, Aşıq Sadıq, Aşıq Kərəm, şair Ağamalı Sadiq, Akif Səməd
kimi söz-sənət
adamları olan bir eldə-elatda böyüməsi ilə bağlıdır.
Gözəlin yaraşığı
özündən olduğu
kimi, Qafarın da tərifi özündəndir. Görünən
dağa nə bələdçi. Onun qəzetimizin bu səhifəsində təqdim
etdiyimiz onun bir neçə əsəri dediklərimizi
bir daha təsdiqləyir.
Qafar Sarıvəlli haqqında söz-sənət adamlarının dediyi fikirləri də oxucularımıza təqdim etməyi vacib saydıq.
Mən Qafar Sarıvəllinin gözəl
rəsmlərində özümü
tapdım. Ürəyimcə
olan bu rəsmlər
ilahi tərəfindən
verilən vergilərdir.
Mənim qaboyum kimi onun sənəti
də ölməzdir.
Kamil Cəlilov,
Xalq artisti,
2002-ci il.
Bu rəsmlər məndə
olan türk yaddaşını bir daha oyatdı.
İlqar İlkin,
şair, 2002-ci il.
Qafar poetik ruhlu, məhsuldar
və çalışqan
bir rəssamdır.
Yusif Mirzə,
rəssam, 2002-ci il.
Qafar Sarıvəllinin əsərlərində
milli motivlər saz və sözlə
şöhrətləndirilən vətənimizin gözəllikləri
öz əksini tapmışdır.
Nurəddin Həbibov,
sənətşünas, 2005-ci il.
Qafarın üç
tablosu mənə xüsusilə zövq verdi: «Qara
zurna», «Haray», «Öncə Vətəndir»...
Rəssamla tanışlığımdan, doğmalığımdan qürur
hissi duydum, mənən zənginləşdim.
Aybəniz Vurğunqızı,
2005-ci il.
Qafar Sarıvəllinin sərgilənən
bu əsərlərindən
yurd ətri gəlir. Çox sağ ol, ay Qafar Sarıvəlli, böyük mənəvi zövq aldım.
Həmidə Ömərova,
kinoşünas, xalq artisti,
2005-ci il.
Mahmud Vəli
Mədəniiyət.- 2010.- 22 yanvar.- S. 8.