Şəhidlər. Biblioqrafiyakitabının təqdimat mərasimi keçirilib

 

Yanvarın 19-da M.F.Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş “20 Yanvar - qanlı şanlı tariximizadlı kitab sərgisinin açılışı Milli Kitabxananın əməkdaşları tərəfindən tərtib edilmişŞəhidlər. Biblioqrafiyakitabının təqdimat mərasimi keçirilib.

 

Milli Kitabxanadan qəzetimizə verilən məlumata görə, tədbiri qurumun direktoru Kərim Tahirov açaraq 20 Yanvar müsibətindən söhbət açıb, o ağrılı günü bir daha yada salıb bu faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb gələcək nəsillərə tariximizin erməni daşnakları tərəfindən xalqımızın başına gələn müsibətlərin olduğu kimi çatdırılmasının vacib olduğunu qeyd edib.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova xalqımızın tarixində qanlı səhifə olan 20 Yanvar faciəsindən danışaraq, o ağrılı günlərin daim ağrı ilə xatırlanacağını bildirib.

Milli Məclisin deputatları Həvva Məmmədova, Aqil Abbas Tahir Rzayev çıxışlarında əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri müsibətləri, on minlərlə dinc əhalinin faciə qurbanlarına çevrilməsini böyük təəssüf hissi ilə qeyd ediblər.

Sonra tədbir iştirakçıları “20 Yanvar - qanlı şanlı tariximizadlı sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsinə həsr olunmuş 200-dən artıq kitab, jurnal qəzet materialları nümayiş etdirilib. Sərgi tədbir iştirakçılarının oxucuların böyük marağına səbəb olub.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 3.