Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya
Forumu başladı
Bu gün Bakıda Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya
Forumu öz işinə başlayıb. Forumda iştirak etmək üçün Rusiya Prezident Administrasiyasının
rəhbəri Sergey Narışkin,
Rusiya Federasiyasının
mədəniyyət naziri
Aleksandr Avdeyev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoy, Rusiya prezidenti protokolunun rəhbəri
Vladimir Şevçenko və
digər rəsmilər,
eləcə də tanınmış simaların
həyat yoldaşları,
Moskva Böyük Teatrının artistləri,
Rusiyanın müxtəlif
media rəhbərləri və
jurnalistlərin də
daxil olduğu nümayəndə heyəti
Bakıya gəlib.
Forumun rəsmi açılışından
əvvəl qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını
ziyarət edəcək. Ziyarətdən sonra Azərbaycan dövlət rəsmilərinin
iştirakı ilə
Beynəlxalq Muğam Mərkəzində forumun
təntənəli açılışı
və I plenar iclas keçiriləcək.
İclas
yekunlaşdıqdan sonra
elə həmin məkanda forum çərçivəsində
müxtəlif seksiyalar
üzrə iclasların
keçirilməsi nəzərdə
tutulur. 10-a yaxın seksiyalar arasında mədəniyyət,
elm xadimləri, tibb xadimləri, yazıçılar,
jurnalistlər və digər seksiyalar baş tutacaq. Həmin gün axşam isə Rusiyanın nümayəndə heyəti
üçün “Gülüstan”
sarayında şam yeməyi təşkil olunacaq.
Yanvarın 23-də Rusiyanın nümayəndə
heyəti Heydər Əliyev Fondunda və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olacaq. Forum çərçivəsində
İTAR-TASS-ın təqdimatında
“Rusiya və Azərbaycan: Keçmişdən
gələcəyə” fotosərginin
açılışı da nəzərdə tutulur.
Fəxriyyə
Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 2.