Pir Həsən ziyarətgahı
İnsanlar bura həm də «Çildağ» müalicəsi
almağa gəlirlər
Bakı ətrafında
yerləşən insanların müqəddəs bilib ziyarət
etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah
Mərdəkan qəsəbəsində yerləşən
«Çildağ» da adlandırılır. Ona görə ki, bu
pirin müqəddəsliyinə tapınan insanlar bura həm də
öz qorxularını götürmək, bədnəzəri
özlərindən uzaqlaşdırmaq üçün qədim
Şərq müalicə üsulu olan «çildağ
müalicəsi» almaq məqsədilə üz tuturlar. Əraziyə
daxil olmaq üçün üzərində iri tağlar olan
iki giriş var. Bir neçə həyəti olan bu ziyarətgah
digərlərindən fərqlənir. Belə ki, həyətdə
ayrı-ayrılıqda üzərində günbəz olan bir
neçə türbə var. Ziyarətgaha ön tərəfdən
daxil olduqda məşhur Azərbaycan milyonçusu Zeynalabdin
Tağıyevin heykəli diqqəti cəlb edir. Heykəlin
sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə
alınan türbənin mərkəzində Axund Hacı Mirzə
Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə
Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın
və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy
oğlunun qəbirləri var. Axundun qəbri üstündəki
türbəni onun xatirəsinə hörmət və ehtiram əlaməti
olaraq Bakı milyonçusu və xeyriyyəçisi Murtuza
Muxtarov tikdirib. 1924-cü ildə vəfat etmiş məşhur
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz vəsiyyətinə
əsasən Axundun qəbrinin ayaq tərəfində dəfn
olunub. Bunun da öz maraqlı tarixçəsi var. Deyilənlərə
görə, bir gün Axund milyonçu ilə söhbət
zamanı deyir ki, bir gün elə ola bilər ki, sənin
bütün var-dövlətin əlindən çıxa bilər
və əvvəlki milyonlarından heç bir əsər-əlamət
qalmaz. Doğrudan da Azərbaycanda bolşevik hakimiyyəti
qurulur və hacı bir günün içində müflis
olur. Məhz bu hadisədən sonra Axundun uzaqgörənliyinə
heyrətlənən Hacı Zeynalabdin Tağıyev belə
bir vəsiyyət edir.
Növbəti həyətdə
isə insanların ziyarət etdiyi iki müqəddəs
türbə yerləşir. Bunlardan biri üzərində qədim
günbəz olan Pir Həsənə məxsusdur. Deyilənlərə
görə, əsl-nəcabəti imamlara gedib çıxan
Pir Həsən XVII əsrdə yaşayıb və elə
çildağ - yəni közlə müalicə də onun
dövründən qalıb.
Müsəlman
qaydasına uyğun olaraq əvvəlcə pirin başına
üç dəfə dolandıqdan sonra türbənin pilləkənləri
ilə aşağı düşüb, Pir Həsənin qəbri
ziyarət edilir. Mən orada olduğum müddətdə
bütün ziyarətçilər türbənin içərisində
Pir Həsənin qəbrini ziyarət etdikdən sonra pəncərənin
yanında əyləşən çildağçı
qadına yaxınlaşır və özlərini bu qeyri-adi
müalicə üsulu ilə müalicə etdirirdilər. İnsanların
çoxusu inanır ki, çildağ qorxunun və stressin
qarşısını alır. Bəziləri iddia edir ki, bu
müalicə üsulu qorxunu azaltmaqla yanaşı, bədnəzəri
də dəf edə bilir. Hətta əsəb
pozğunluğunun da qarşısını almaq effektinə də
malikdir. Deyilənlərə görə, bəzən avtomobil
qəzasına düşən və yata bilməyən
insanlar yalınz çildağçıya müraciət edəndən
sonra sağaldırlar. Ziyarətgahda ikinci müqəddəs türbə
İslamın yeddinci İmamı Musa əl-Kaziminin
qızı Həzrəti Xədicənin qəbri üzərində
tikilən türbədir. O da digər bacıları, Həzrəti
Həkimə, Həzrəti Rəhimə və Həzrəti
Leyla kimi qardaşları- səkkizinci imam Rza Əleyhisəlam
Məşhəd şəhərində şəhid olduqdan
sonra təzyiqlərdən canını qurtarmaq
üçün Azərbaycana üz tutub. Türbə
memarlıq abidəsidir və dövlət tərəfindən
mühafizə olunur.
Ölkə prezidenti
İlham Əliyev 2000-ci ildə ARDNŞ-in vitse-prezidenti olarkən
öz təşəbbüsü ilə türbə və ətraf
ərazidə abadlıq və bərpa işləri
gördürü
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 16.