İstedad sorağında
Fitri istedadlı ifaçılar bəşəriyyətin
çox nadir insanlarıdır. Onlar həyata
bir ulduz parıltısı kimi şəfəq saçaraq
öz hərarətləri
ilə hamını isidir və gözəl incilər bəxş edir. Belə gənc ifaçılardan biri qədim odlar diyarı Naxçıvanda
yaşayan Ülvi Əhmədovdur.
Bildiyimiz kimi, Naxçıvan ta qədimdən mədəniyyət,
sənət, ədəbiyyat
beşiyi olub, dünya mədəniyyətinə
onlarla qüdrətli sənətkarlar bəxş
edib.
Əhmədov Ülvi
Rüfət oğlu
1992-ci il may ayının 1-də Naxçıvan
şəhərində ziyalı
ailəsində anadan olmuşdir. Həssas musiqi duyumu,
fəal musiqi qavrayışı hələ
onun uşaq yaşlarından özünü
büruzə verir. Əmisi - istedadlı bəstəkar Kamal Əhmədovla ünsiyyəti
onun musiqiyə olan həvəsini daha da artırır.
Əmisinin çalğısına,
bəstələrinə saatlarla
qulaq asan Ülvi musiqiçi olmaq arzusu ilə
yaşayırdı. Nəhayət, 2002-ci ildə Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbinin
fortepiano ixtisası üzrə 1-ci sinfinə qəbul olunan, öz istedadı, bacarığı ilə fərqlənən bu oğlan tezliklə bütün muxtar respublikada tanınmağa başlayır. Hələ musiqi
məktəbinin 1-ci sinfində
oxuyarkən ümummilli
liderimiz H.Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş baxış-müsabiqədə
Mədəniyyət Nazirliyi
və mədəniyyət
şöbəsinin tərtib
etdiyi 2-ci dərəcəli
diploma layiq görülür. 2004-cü ildə
Naxçıvan Dövlət
Universitetinin Konservatoriya
zalında keçirilən
tədbirdə o, Şubertin “Ekspromt” əsərini ifa edir. Dinləyicilər arasında olan
- Bakıdan gəlmiş
Ü.Hacıbəyov adına
Bakı Musiqi Akademiyasının professoru,
fəlsəfə elmləri
doktoru Gülnaz Abdullazadə və sənətşünaslıq namizədi
Fərəh Əliyeva
Ülvinin ifasını
çox bəyəndiklərini
bildirmiş, ona tövsiyələr vermişlər.
Gənclərin və yeniyetmələrin ideya-mənəvi aləminin
müəyyənləşməsində mühüm əhəmiyyət
kəsb edən musiqi tərbiyəsinin inkişafı ilk növbədə
musiqi təhsili ilə bağlıdır. Musiqi
təhsili prosesinin yüksək səviyyəyə
çatmasında musiqi
müsabiqələri və
baxışlarının keçirilməsi
çox mühüm əhəmiyyət kəsb
edir; şagirdlərə “rəqabət” hissi
aşılanır, əsl
sənət yarışı
onların ifaçılıq
səviyyəsinin yüksəlməsinə,
daxilən zənginləşməsinə
səbəb olur, onları gələcəkdə
öz ifaçılıq
qabiliyyətlərini daha
da artırmağa sövq edir. Ülvi də Naxçıvanda və
Bakıda keçirilən
müsabiqələrdə tez-tez
çıxışlar edir.
Müsabiqəyə hazırlıq dövründə
o, öz üzərində daha səylə çalışır.
2004-cü ildə Naxçıvan
Muxtar Respublikasının
yaranmasının 80 illik
yubileyi münasibəti
ilə keçirilən
baxış müsabiqəsində
1-ci dərəcəli diplomla,
2005-ci ildə ümummilli
lider H.Əliyevin anadan olmasının 82-ci
ildönümünə həsr
olunmuş baxış-müsabiqədə
2-ci dərəcəli diplomla
təltif olunmuşdur.
2006-cı il
1 iyun - Uşaqların
Beynəlxalq Müdafiəsi
Gününə həsr
olunmuş konsertdə
fərqləndiyinə görə
Fəxri Fərmanla təltif edilən Ülvi 2007-ci ildə ümummilli liderimiz H.Əliyevin anadan olmasının 84-cü ildönümünə
həsr olunmuş müsabiqədə 1-ci dərəcəli
diploma, 2008 ci il mayın 16-da Bakı şəhərində H.Əliyevin
anadan olmasının
85-ci il dönümünə
həsr olunmuş 1-ci
Respublika müsabiqəsində
diplomant adına layiq görülmüşdür.
2009-cu ilin aprelində Bakıda keçirilən
Gənc Pianoçuların
Respublika Müsabiqəsində
iştirak edib, I dərəcəli diploma layiq
görülən Ülvinin
burada məşhur musiqiçilərlə tanışlığı
və onlarla sıx ünsiyyətdə
olması, əlbəttə,
onun dünyagörüşünün
genişlənməsində, daxili aləminin zənginləşməsində böyük rol oynamışdır. Mayın 17-də isə M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
keçirilən laureatların
yekun konsertində ifa etdiyi T.Quliyevin
«Qaytağı» əsəri
alqışlarla qarşılanmışdır.
Onun repertuarında İ.S.Baxın,
V.A.Motsartın, L.V.Bethovenin,
F. Şubertin, Şopenin,
Paqanininin, İ.Bramsın,
P.İ.Çaykovskinin, T.Quliyevin,
F.Əmirovun, Q.Qarayevin
və başqa məhşur bəstəkarların
əsərləri səslənir.
Gənc musiqiçi Naxçıvan
televiziyasında və
bir çox konsert salonlarında vaxtaşırı müxtəlif
səpkili əsərlərlə
çıxış edir
və bu konsertlər mətbuat tərəfindən daim işıqlandırılır.
Ü.Əhmədov hazırda A.Nəzərəliyev
adına 16 saylı orta məktəbin 10-cu sinfində və Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq
məktəbinin fortepiano ixtisası
üzrə 7- ci sinfində oxuyur.
Ümumiyyətlə, hər bir tələbənin
istedadlı musiqiçi
kimi yetişməsində
müəllimin rolu danılmazdır. Şübhəsiz ki, Ülvinin
müvəffəqiyyətinin mühüm bir hissəsi onun müəllimi, təcrübəli
pedaqoq, sənətşünaslıq
namizədi, Naxçıvan
Dövlət Universitetinin
incəsənət
fakültəsinin musiqişünaslıq
kafedrasının müdiri
İnara Məhərrəmovanın
payına düşür.
O, öz tələbəsinə
zəruri pianoçuluq
vərdişləri aşılayır,
onun musiqi zövqünün və estetik tərbiyəsinin formalaşmasında var qüvvəsi ilə çalışır.
Əlbəttə, Ülvinin ən böyük arzusu ali təhsil almaq, Azərbaycanın hüdudlarından uzaqlarda böyük konsert salonlarında çıxış etməkdir. O, dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərkən, özünün fərdi yaradıcılıq yolunu müəyyən edir. Onu da qeyd etmək istərdim ki, Ülvinin ifaçılıq təfsiri xüsusi bir təəssürat yaradır.
XXI əsr Azərbaycan musiqi mədəniyyətinin
layiqli təmsilçisi olan və professional musiqi incəsənətimizdə nailiyyətlər qazanacağına inandığım Ülviyə bu yolda uğurlar
diləyirəm.
Jalə Qulamova-Əliyeva,
sənətşünaslıq namizədi
Mədəniyyət.- 2010.- 17 yanvar.- S. 6.