Münasibətlərdə yeni başlanğıc...
Humanitar Əməkdaşlıq
üzrə I Azərbaycan-Rusiya
Forumu beynəlxalq xarakter daşıyacaq
Beynəlxalq Muğam Mərkəzində
keçirilən Humanitar
Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya
Forumunda iştirak etmək üçün Azərbaycana gələn Rusiya nümayəndə heyətinin tərkibinə
RF mədəniyyət naziri
Aleksandr Avdeyev, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoy, Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki
Anatoli Torkunov, Rusiya Federasiyasının
MDB İşləri, Xaricdə
Yaşayan Həmvətənlər
və Beynəlxalq Humanitar Əməkdaşlıq
üzrə Federal Agentliyinin
rəhbəri Farit Muxametşin, Dövlət
Dumasının deputatları
və Federasiya Şurasının üzvləri,
alimlər, mədəniyyət
və incəsənət
xadimləri, Rusiyanın
aparıcı KİV-lərinin
rəhbərləri daxil
idi.
Azərbaycan Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev forumu açıq elan edib. Natiq çıxışında
bildirib ki, bu cür gündəliyi
olan forum Bakıda ilk dəfədir keçirilir:
«Əminəm ki, onun uğurlu işi xalqlarımız və dövlətlərimiz
arasında əməkdaşlığın
daha da genişlənməsinə
və möhkəmlənməsinə
sanballı töhfə
verəcək. Forumun keçirilməsi faktının
özü ölkələrimizin
ali rəhbərlərinin
- İlham Əliyevin və Dmitri Medvedyevin müdrikliyinin və uzaqgörənliyinin
təzahürüdür. Çox
xoşagələn və
yaxşı haldır
ki, forumun işində Rusiyada tanınmış insanlar,
ölkənin ictimai-siyasi
ab-havasını formalaşdıran,
bu gün Rusiyada elmi, ədəbiyyatı, incəsənəti,
kütləvi informasiya
vasitələrini, idman
hərəkatını təmsil
edən insanlar iştirak edir. Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunun açılışında bu
cür nüfuzlu, mötəbər nümayəndə
heyətinin iştirak
etməsi çox rəmzi haldır».
Aparat rəhbəri
deyib ki, Azərbaycan-Rusiya münasibətlərinin
tarixinə humanitar əməkdaşlıq baxımından
nəzər salmağa
cəhd göstərilsə,
bu münasibətlərə
hətta qısa ekskurs belə çoxillik tədqiqatlar aparılmasını tələb
edərdi: «Burada biz Rusiya maarifçilərini,
Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mirzə Kazımbəyin fəaliyyətini,
Lermontovun Azərbaycan
dastanının motivləri
əsasında yaratdığı
gözəl “Aşıq
Qərib” əsərini,
Yeseninin Bakı haqqında ürəkdən
gələn sətirlərini
və ümumi tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar hadisələri və təzahürləri xatırlaya
bilərik».
Bakıda Səməd
Vurğun adına Rus Dram Teatrının fəaliyyət göstərdiyini
deyən R.Mehdiyevin sözlərinə görə,
Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının
və mədəni məkanın formalaşmasına
fəal kömək edir: «Son beş ildə rus klassiklərinin
- Puşkinin, Lermontovun,
Tolstoyun, Çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının
əsərləri Azərbaycan
dilinə tərcümə
olunaraq milyon yarım tirajla nəşr edilib. Bu humanitar layihələrin
həyata keçirilməsi
bizim iqtisadiyyatın dinamik inkişafı sayəsində mümkün
olub. Bu Beynəlxalq Muğam Mərkəzinin salonu bu gün təhsil
və mədəniyyətdə
həyata keçirilən
dəyişikliklərin miqyasını
çox gözəl nümayiş etdirir».
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, “TEFİ” Rusiya Televiziya Akademiyasının prezidenti Mixail Şvıdkoy, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə
Yaşayan Həmvətənlər və
Beynəlxalq
Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev,
Rusiya Dövlət Humanitar Universitetinin rektoru,
“Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin
prezidenti Yefim Pivovar, Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin sədri,
xalq yazıçısı Anar öz
çıxışlarında cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif peşə
adamları
arasında humanitar əməkdaşlığın genişləndirilməsinin
vacibliyini vurğulayıblar.
Çıxışçıların yekdil fikri bu
olub ki, sərhədləri dövlətlər
çəkir, mədəni
qarşılıqlı əlaqələr
isə onları genişləndirir. Xalqların
bir-birini daha yaxşı başa düşməsi çox
vacibdir. Bunun üçün hər iki ölkənin ziyalıları tez-tez görüşməli, problemləri
həll etməli, gələcək layihələr
barədə razılığa
gəlməlidirlər.
Forumda o da vurğulanıb ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə humanitar
əməkdaşlıq mühüm
yer tutur. 2007-ci ildə
Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlığa
dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə,
gənclər siyasəti
və idman sahələrində birgə
tədbirlərin həyata
keçirilməsi nəzərdə
tutulub.
Forumda hər iki ölkənin
elm xadimləri arasında
əlaqələri genişləndirməyin
zəruri olması fikri də səslənib. Bildirilib
ki, hazırda ölkəmizdə iki müştərək Azərbaycan-Rusiya
filminin çəkilişləri
aparılır. Onlardan
birinin çəkilişi
başa çatmaq üzrədir. Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrında yaxın günlərdə böyük
rus bəstəkarı
Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası göstəriləcək. Tamaşada
Mariinsk Teatrının
solisti çıxış
edir. Azərbaycan teatrlarının repertuarına
müntəzəm olaraq
rus klassiklərinin əsərləri daxil edilir.
Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış bəstəkarlarının
əsərlərinin Rusiya
səhnəsində ifa
edilməsi, bizim dramaturqların pyeslərinin
Rusiya teatrlarında tamaşaya qoyulması, teatrlarımızın tamaşalarına
Rusiyadan rejissorlar cəlb edilməsi, habelə bizim teatr kollektivlərinin RF-yə qastrollarının təşkil olunması təklif edilib.
Bundan əlavə, bildirilib ki, turizm sahəsi
humanitar əməkdaşlığın
genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın
zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi turistlərin ölkəmizin
təbiəti, xalqımızın
adət-ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verəcək. Bu il Rusiyanın “Vokruq sveta” nəşriyyatı
ilə birlikdə ilk dəfə “Azərbaycan üzrə sorğu kitabı” dərc edilib və Rusiyanın kitab ticarəti şəbəkəsində yayılıb.
Tədbirdə çıxış edənlər
onu da bildiriblər
ki, bu forum Rusiya vətəndaşlarının
diqqətini Azərbaycana
cəlb edəcək. Azərbaycan
rus ədəbiyyatına
- dəyərli nəsr
və poeziya əsərləri, habelə
musiqi və təsviri incəsənətinə
də xeyli gözəl nümunələr
bəxş edib. Rusiya da öz
növbəsində Azərbaycan
mədəniyyətinə töhfələrini
verib. Azərbaycan rus mədəniyyəti vasitəsilə dünya mədəniyyəti ilə
tanış olub. Bugünkü forum bir daha təsdiq
edir ki, bu əlaqələr kəsilmir.
Forumun sonunda İTAR-TASS agentliyinin
baş direktoru Vitali İqnatenko tədbir iştirakçıları
adından birgə bəyanatın qəbul edildiyini və Azərbaycan və Rusiya prezidentlərinin forumun fəxri sədrləri olması təklifinin irəli sürüldüyünü bildirib.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 27 yanvar.- S. 5.