Dağlıq Qarabağ münaqişəsində Azərbaycana
məxsus 85 musiqi məktəbi, 927 kitabxana,
40 minə qədər
muzey eksponatı məhv edilib
Yanvarın 27-də Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç
Komitəsinin təşkilatçılığı
ilə “Silahlı münaqişələr zamanı
mədəni dəyərlərin
qorunması” mövzusunda
konfrans keçirildi.
BQXK-nın
Azərbaycandakı nümayəndəliyinin
üzvlərinin və
altı ölkəni təmsil edən beynəlxalq ekspertlərin
iştirak etdiyi konfransın məqsədi
“Silahlı münaqişələr
zaman mədəni dəyərlərin qorunması
haqqında” Haaqa Konvensiyasının müddəalarına
əməl olunmasının
vəziyyəti, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi
və muzey işçilərinin biliklərinin
təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycanda mədəniyyət
abidələrinin qorunması
istiqamətində görülən
işlərdən və
həyata keçirilən
layihələrdən danışdı.
Nazir vurğuladı
ki, bu gün
müzakirə edilən
mövzu dövlətimiz
üçün xüsusi
önəm daşıyır:
«Ermənilər tərəfindən
işğal olunmuş
Azərbaycan ərazilərində
927 kitabxana, 25 muzey, 4 teatr, 85 musiqi məktəbi, 4 rəsm qalereyası və yerli əhəmiyyətli digər mədəniyyət
obyektləri məhv edilib. Habelə işğalçılar XI-XIX əsrə
aid dünya əhəmiyyətli 40 min
qiymətli və nadir muzey eksponatını
ölkədən çıxarıblar.
Azərbaycanın əzəli
və əbədi ərazisi olan Dağlıq Qarabağda və ətraf rayonlarda 566 tarix və mədəniyyət
abidəsi qalıb ki, onların da 13-ü dünya əhəmiyyətlidir».
Nazirin dediyinə görə, Azərbaycanın erməni işğalçıları tərəfindən ələ keçirilmiş ərazilərində
yerləşən mədəni və
tarixi abidələrin qərəzli
şəkildə
məhv edilməsi və
dağıdılması “Silahlı
münaqişələr zamanı
mədəni dəyərlərin qorunması
haqqında” 1954-cü
il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına,
eləcə
də
“Dünya mədəni və
təbii irsinin qorunmasi haqqında” 1972-ci il YUNESKO Konvensiyasına tamamilə ziddir.
Ə.Qarayev təəssüf
hissi ilə qeyd etdi ki,
dünya ictimaiyyətinin
diqqətini Azərbaycanın
mədəni dəyərlərinə
qarşı erməni
təcavüzü probleminə
yönəltməkdə bir
sıra çətinliklərlə
qarşılaşırıq: «Azərbaycan tərəfi dəfələrlə BMT və
Avropa Şurası qarşısında hər
iki dövlətin ərazisinə və Dağlıq Qarabağa müxtəlif mütəxəssis
qruplarından ibarət
faktaraşdırıcı missiyanın göndərilməsi
məsələsini qaldırıb.
Bizə məlum
olmayan səbəblərdən
hər iki beynəlxalq təşkilat
bu işin obyektiv qiymətləndirilməsi
və öyrənilməsində
çətinlik çəkir.
“Silahlı münaqişələr
zamanı mədəni
dəyərlərin qorunması
haqqında” Haaqa Konvensiyasına qoşulan və hətta işğalçı dövlətin
milli-mədəni dəyərlərinə
münasibətdə belə
konvensiyanın maddələrinə
əməl edən Azərbaycan tərəfi öz mənafelərinin kobud surətdə pozulması faktı ilə üzləşib».
Azərbaycanda mədəni irsin mühafizəsi və
təbliğinə
münasibətdə
dövlət başçısının xüsusi diqqəti və
təşəbbüsü
nəticəsində son bir neçə ildə mədəniyyət sahəsinə
ayrılan büdcə
vəsaitlərinin məbləğinin artdığını
bildirən Əbülfəs Qarayev dedi ki, memarlıq abidələrinin
kataloqu
üzərində iş başa çatdırılıb, Müasir İncəsənət Fondu yaradılıb.
Nazir Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.
Bu konfransın muzey işçilərinin təcrübəsinin
artmasına töhfə verəcəyini vurğulayan Ə.Qarayev bildirdi ki, mədəni irsin qorunması ilə
məşğul olan bütün tərəflərin birgə səyləri nəticəsində biz sülhün bərqərar olunmasına, bütün xalqların mədəniyyətinin çiçəklənməsinə
və
mədəniyyətlərarası dialoqun qorunmasına nail olacağıq.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tun Vandenhuv başçılıq etdiyi qurumla bağlı
ətraflı
məlumat
verdi, Azərbaycanda mədəni abidələrin qorunması
istiqamətində görülən işləri yüksək qiymətləndirdi.
Nümayəndəliyin rəhbəri dedi ki, bu tədbir Azərbaycanda, eləcə
də
regionda mövcud olan mədəni sərvətlərə hörmətlə yanaşmağa və
onların qorunmasına xidmət edəcək: «Bu istiqamətdə
işimizi
bundan sonra da davam etdirəcəyik».
Sonra BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya
üzrə
əməliyyatlarının rəhbəri xanım Paskal Mej Vaqner “Rəqabətli prioritetlər: mədəni dəyərlərin qorunması
məsələsinin
humanitar hüququn gündəliyinə daxil edilməsi”
mövzusunda çıxış etdi.
Müxtəlif mövzulara toxunan natiqlər bildirdilər ki, silahlı münaqişə şəraitində
mədəni dəyərlərin
qorunmasını tənzimləyən
qaydalar beynəlxalq humanitar hüququn bir hissəsidir. Belə tədbirlər
həmin qaydalara riayət olunmasını gücləndirməyin yollarını
birgə araşdırmağa
imkan yaradacaq.
İşini bölmə iclaslarında
davam etdirən konfransda mədəni dəyərlərin qorunması
məsələsinin humanitar
hüququn gündəliyinə
daxil edilməsi, silahlı münaqişə
zamanı mədəni
dəyərlərin mühafizəsinin
məqsəd və prinsipləri, mədəni
dəyərlərin mühafizəsinə
dair hüquqi müddəaların pozulmasının
qarşısının alınması,
mədəni dəyərlərin
mühafizəsinə dair
qaydaların implementasiyası
və digər məsələlər müzakirə
olundu.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 11.