Azərbaycan elləri
Əziz oxucu!
Ən dəyərli
söz həyat həqiqəti ilə üst-üstə düşən
sözdü. Bu deyimin
həqiqiliyini təsdiqləmək
üçün yüz
illərin tarixi yaddaşına baş vurub örnəklər axtarmağa, keçmiş
çağlardan misallar
alaraq onları bu günə daşımağa gərək
yox...
Sadəcə üç il öncə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin söylədiyi: «Çalışacağam
ki, hər bir azərbaycanlının
prezidenti olum» ifadəsinin bizim günlərdə həqiqətə
çevrilmə dərəcəsinə
nəzər salmaq kifayət edər.
Dövlət başçısı üçün hər bir ölkə vətəndaşının həyatında
rol oynamaqdan şərəfli bir vəzifə ola bilməz!
Bu həm də
VƏTƏNƏ XİDMƏTİN ən
çətin yoludur...
Bu həm də vətəndaş cəmiyyətinin
inkişafının ən
etibarlı stimuludur...
Budur, Azərbaycan
Respublikasında yaranmış
sabitlik zəminində
ictimai-siyasi, iqtisadi-sosial,
mədəni-mənəvi həyat
ahəngdar inkişaf edərək Azərbaycan Prezidentinin dili ilə ifadə olunmuş müqəddəs
bir istəyin həqiqətə çevrildiyini
təsdiqləməkdədir.
Bu gün ölkənin
hər yerində, hətta iqtisadi potensialı zəif olan, zaman-zaman gözdən-könüldən
Əlbəttə, dəyərli
əməllər barədə
xoş fikirlər söyləmək təbiidir,
lazımdır. Amma bu rubrika altda
yığcam nağılların,
məqalələrin tərtib
olunmasında məqsəd
hansı işisə tərifləmək, kimlər
haqqındasa xoş sözlər söyləmək
deyil. Məqsəd oxucuya bugünkü Azərbaycan həqiqətlərindən
bir damlanı konkret bölgələrin
timsalında çatdırmaqdan,
həmin bölgədə
baş verən yeniliklər barədə bilgi verməkdən ibarətdir.
Ola bilər
ki, burada çoxlu rəqəmlərin,
statistik məlumatların,
çıxışların, rəsmi sənədlərin,
hesabatların... yaratdığı
təəssürat quru
təsir bağışlasın.
Bu, məqsədimizin
xarakterindən irəli
gəlir. Unutmayın ki, cansız rəqəmlərdə, statistikada,
məlumatlarda, hesabatlarda
həmin bölgədə,
ümumən Azərbaycanda
hökm sürən işgüzar, sağlam havanın ətri, doğru yolun aydınlığı, yüz
minlərlə insanın
əməyinin izləri
var...
Yurdun Gəncə qapısı
Şəhərlər də insanlar kimidi - tale yaşayır. Beşikdən
boylanır, ilk addımlar atır, böyüyür, yüksəlir,
şöhrəti dillərdə
dolaşır. Necə
ki, bir insanın
yandırdığı ocağın
odu min-min ocağa calanır, necə ki, bir
tale yolu min-min nəsil şəcərəsinə çevrilərək
gələcək zamanlara
uzanır - şəhərlər
də bax eləcə, bəzən yarımçıq qırılan,
bəzən də əbədiyyətə qədər
uzanan ömür yoluna sahib olur.
Bu bir yaşamaq,
var olmaq meyarıdır. Əlbəttə,
hər dəqiqəbaşı
meyarlar yaradılmır.
Amma əgər şəhərlərin və
insanların tale oxşarlığını yoxlamaq
istəyirsinizsə, yer
üzündə yaşayan
bütün azərbaycanlıların
adı ilə qürur duyduğu qocaman və gənc Gəncəni örnək götürün.
O zaman görərsiniz
ki, həqiqətən
də Gəncə dünyanın çox az şəhərlərinə
məxsus maraqlı bir tale yaşayıb...
Məhz tale!
Deyirlər, təsadüflərdə
də zərurət var. Bəzən bu məsələdə təbiət və cəmiyyət yekdil olur. Salnaməçilər
900 il öncə təbiətdə baş vermiş bir təsadüf də zərurət axtarmaqdan xüsusi bir qürur duyaraq deyirlər; Azərbaycanın
Şərq intibahına
baş verən zəlzələ Gəncəyə
(oxu: dünyaya!) iki böyük möcüzə bəxş
etdi: Göygöl və Nizami Gəncəvi - zəlzələ
zamanı dağlar parçalanıb çayların
qarşısını kəsdiyinə
görə dərya əmələ gəlmişdi
və həmin il İlyas Yusif
oğlu doğulmuşdu...
İkisi də dahiyanə, ikisi də əbədi...
Bu möcüzələr
Gəncənin sonrakı
tarixində baş verib, əslində isə bu şəhərin
tale beşiyi tarixin daha dərin qatlarında qurulub.
«Gənc»
toponiminin müxtəlif
yozmaları var, pəhləvicə «xəzinə»,
türkcə «açıq
yer», «geniş yer», türk tayfalarından birinin adı «gəncək»… Əhalinin nəsil kökü «sak» tayfaları ilə də bağlanır. Gəncək tayfası haqqında ilk dəfə
XI əsrdə Mahmud Kaşğarlı məlumat
verib.
Gəncə şəhərinin
Makedoniyalı İsgəndər
dövründə (e.ə.
IV əsr), e.ə II -
b.e IV əsrlər arasında, Sasani hökmdarı I Qubadın
zamanında, Həmdullah
Qəznəviyə görə
VII əsrin ortalarında,
V.Bartolda görə
IX əsrin ortalarında
salınıb. Əksər
Azərbaycan alimləri
Gəncənin yaşını
V əsrdən hesablayırlar.
Dəlillərin müxtəlifliyi
təbiidir, Gəncə
torpağının hər
addımı Azərbaycan
xalqı üçün
müqəddəs türbədir,
məbəddir. Toxunulan
hər dah parçası tarixin yaddaşıdır.
Bu yaddaşa
X əsrdə Bərdənin
süqutundan sonra Gəncənin Arran dövlətinin paytaxtı
olması yazılıb!
Arran, Salarilər,
Səlcuqlar, Eldəgizlər,
Xarəzmlər, Elxanilər,
Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilər, Qarabağ
bəylərbəyliyi...
Adı «Kitabi-Dədə
Qorqud»dan keçən «Gəncə
şəhəri tarix
səhnəsinə qalxan,
ümumən türk xalqlarının inkişafında,
təşəkkülündə və dövlət quruculuğunda müstəsna
rol oynayan bu dövlətlərin bir çoxunun paytaxtı, ən əhəmiyyətli şəhəri,
istehkamı, qalası,
ticarət, sənətkarlıq,
mədəniyyət beşiyi
olmuşdur.
Bu gün
gəncəlilər öz
şəhərlərini müqəddəs
imamlarımızın ruhuyla
da bağlayır və deyirlər ki, Gəncə əziz şəhərdi,
müqəddəs şəhərdi.
Şeyx Nizami Gəncəvi, Məhsəti
Gəncəvi, Əbil
üla Gəncəvi...
Gəncənin söykəndiyi
silsilə dağlar qədər uca adlar... Sonrakı tarixdə Gəncə üfüqlərində işğalçı
rus ordusuna qarşı kişi kimi vuruşan, sonda güclü düşmən ordusuna məğlub olsa da, Azərbaycan tarixinin qəhrəmanlıq
səhifələrini yazan
Cavad xanın adı parlayır.
Tarix dönəmlərində Gəncə,
Yelizavetpol,
Kirovabad,
yenidən Gəncə adlanan bu şəhər dəyərli tarixi abidələrə malik bənzərsiz cizgiləri olan bir dünyadır.
Çinindən, rütbəsindən asılı
olmayaraq ora yolu düşənlər müdrik Nizaminin türbəsi önündə baş
əyib keçir.
Mirzə Şəfi
Vazeh, Əli Nəzmi, Abdulla Sur, Fikrət Əmirov, Adil İsgəndərov, Həmid
Araslı və digər adlı-sanlı sənətkarlar bu torpaqda yetişərək
Azərbaycan mədəniyyətinə
töhfələr vermişlər.
Gəncə rəmzi
ikinci paytaxt statusunu bu gün
də qoruyub saxlayır. Bunu yenə də qədim və gənc Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət
mərkəzlərindən biridir.
Tarixi, adət-ənənələri,
sənətkarları ilə
daim fərqlənən
Gəncə Azərbaycanın
dünyaya çıxan
əsas yollarından birin üstündədir. Gəncə İpək yolunun şəhəridir.
Əgər Qafqazın
ecazkar, möcüzələrlə
dolu təbiətinə
baş vurmaq istəsən gərək
Gəncə qapısından
keçəsən. Bu
qapılar isə Gəncəyə saf niyyətlə pənah gətirən hər bir kəsin üzünə taybatay açıqdır.
Mədəniyyət.- 2010.- 29 yanvar.- S. 8.